"Tam əksinə, Prezident siyahıya əlavələr edib" - Deputatdan əfvlə bağlı açıqlama

img

26-12-2015 [17:19]


Gözlənilən növbəti əfv fərmanı ilə bağlı səsləndirilən rəqəmlər dəqiq deyil.

Bunu Trend-ə Azərbaycan Prezidenti yanında Əfv Məsələləri Komissiyasının üzvü, deputat Azay Quliyev deyib. A.Quliyev açıqlamasında əfvlə bağlı konkret rəqəm söyləməyib. 

Əfvlə bağlı bütün səlahiyyətlərin Prezidentə məxsus olduğunu bildirən A.Quliyev vurğulayıb ki, dövlət başçısı belə məqamlarda həmişə çox böyük humanistlik göstərib: "Prezident bizim təqdim etdiyimiz siyahıdan heç vaxt heç bir məhbusun adını çıxartmayıb. Tam əksinə, o siyahıya əlavələr edib. Ona görə də əminik ki, Prezident növbəti dəfə çox mühüm fərman imzalayacaq.

 Çoxlu sayda vətəndaşlarımızı yerdə qalan cəzalarından azad edəcək. Onları ailələrinə qovuşduracaq. Bununla da onların ailələrinə ikiqat sevinc bəxş edəcək”. 

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA