25-12-2015 [19:27]
Bu gün Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası Katibliyinin müşavirəsi keçirilib.
Şuradan Mia.az-a verilən məlumata görə, iclasda çıxış edən Şura sədri, millət vəkili Azay Quliyev rəhbərlik etdiyi qurumun 2015-ci ildəki fəaliyyətinin məhsuldar olduğunu bildirib.
Şura sədri yerli və beynəlxalq layihələrin icra vəziyyəti, ictimaiyyətlə əlaqələrin qurulması, layihə və hesabatların elektron formada qəbulu və digər sahələrdə uğurlu nəticələrin əldə edildiyini deyib: "Şura sadəcə donor deyil, QHT-lərin hərtərəfli inkişafı üçün məqsədyönlü siyasət həyata keçirən dövlət qurumudur”.
QHT-lərin müqavilə öhdəliklərinə əməl olunması ilə bağlı məsuliyyətlərinin artırılmasının vacibliyini bildirən Azay Quliyev dövlət vəsaitindən maksimum dərəcədə səmərəli və qənaətlə istifadə edilməsinin Şuranın fəaliyyətinin dəyişilməz istiqaməti olduğunu vurğulayıb.
Katibliyin fəaliyyəti haqqında geniş hesabatla çıxış edən icraçı direktor Fərasət Qurbanov Şuranın 2015-ci ildə 520 yerli və xarici QHT-nin layihəsini dəstəklədiyini, keçirilən təlim, seminar və konfranslarda ümumilikdə 72 min şəxsin iştirak etdiyini qeyd edib.
Fərasət Qurbanov 2015-ci ildə QHT-lərin bilik və bacarıqlarının, təcrübələrinin artırılması üçün "Layihə hazırlığı”, "Monitorinq və qiymətləndirmə”, "İctimai problemlərin müəyyən olunması mexanizmləri” və digər mövzularda paytaxtda və regionlarda fəaliyyət göstərən QHT-lər üçün çoxsaylı təlimlərin keçirildiyini deyib. Hazırda Bakı və Qazaxda bu cür təlimlərin davam etdirildiyini deyən F. Qurbanov həmçinin, cari ildə 300-dən artıq QHT-yə illik maliyyə hesabatlarının hazırlanması ilə bağlı praktik yardımların göstərildiyini bildirib.
Müşavirədə Şuranın baş mühasibi Emin Məmmədov, hüquqşünas Rauf Məcidbəyli, mətbuat xidmətinin rəhbəri Elməddin Behbud, baş məsləhətçi Xanım Cəbrayılova və digər şəxslər 2015-ci ildə müvafiq sahələr üzrə görülmüş işlərlə bağlı hesabatla çıxış ediblər.
İclasın yekununa Şura sədri Azay Quliyev QHT layihələrinin icrasının səmərəliliyinin artırılması, audiovizual və çap məhsullarına nəzarətin gücləndirilməsi, sərgilərin keçirilməsi və digər məsələlər ilə bağlı Katiblik əməkdaşlarına tapşırıq və tövsiyələrini verib.
Qida borusunda yemək qalan 64 yaşlı qadın ölüb
Sabah hava necə olacaq? - Proqnoz
Bibiheybət yolunda torpaq sürüşməsi təhlükəsi yaranıb - Nəqliyyatın hərəkət qismən məhdudlaşdırılıb
ABŞ və İRAN ARASINDA İKİ MƏRHƏLƏLİ SÜLH PLANI HAZIRLANIB: atəşkəs, saziş və şərtlər…
Diplomatik xidmətə qəbul üzrə növbəti müsabiqə başlayır
Azərbaycanlı nazir Londonda 4.6 milyon funt sterlinqə mənzil alıb - Jurnalist elə fakt açıqladı ki...
İLHAM ƏLİYEV GÜRCÜSTANDA - FOTOLAR (YENİLƏNİR)
İrandan Azərbaycana narkotik keçirmək istəyiblər
“Yol hərəkəti haqqında” Qanun dəyişir
Sel Siyəzəndə körpünü apardı - FOTO
İsrail ordusu Livana zərbə endirib – 7 nəfər ölüb, yaralılar var
Ayağının altında torpaq sürüşdü, selə qapıldı - Qusarda toya hazırlaşan gənci sel apardı (VİDEO)
Mirça Luçesku komaya düşüb: "Vəziyyəti kritikdir"
Bu rayonlarda qar yağıb - SİYAHI
Yağış davam edəcək - Xəbərdarlıq
İran dini lideri əməliyyat otağında üzə çıxdı: şok videonun açıq siqnalı və... - İsrailin nüvə obyekti niyə nəhəng ekranda görüntüləndi? (VİDEO)
"İnter" - "Roma" oyunu: qapılara 7 qol vurulub
İran İsrailə raket atıb - Ölənlər var
Eldar Əzizov Keşlədə su basmış ərazidə - VİDEO
İranın Qum şəhərində bina raketlə vurulub – Ölənvə yaralananlar var
Tehranda iki ev və universitet bombalandı – Azı 13 nəfər həlak olub, xeyli yaralı var
İran eyni anda 4 ölkəni birdən vurdu – Müharibə daha da şiddətlənr
İstefaya göndərilən Amerikalı general Trampa “ilişdi”: “Ordunun başında xarakerli lider olmalıdır”
İran PA Trampın tələbini lağa qoydu: “Təzminat ödə, sonra…”
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Türkiyə derbisi: "Fənərbağça" son dəqiqədə "Beşiktaş"ı devirdi
"Rusiya tərəfinə bir daha xatırlatmaq istərdik ki..." - Rəsmi Bakıdan Kreml sözçüsünə etiraz
Sabah gücü külək olacaq - Xəbərdarlıq
Silinməmş vəsaitlər... - "Bakıkart" NFC funksiyası olan bank kartlarından istifadə edən şəxslərə müraciət edib
Sulutəpə - Hökməli yolunda subasma: tədbir görüldü - VİDEOLAR
Badamdar yamacında sürüşmə: nəqliyyatın hərəkəti dayandırılıb - Kəmaləddin Heydərov əraziyə gəlib (VİDEO)
Bu gün 49 mindən çox şagird buraxılış imtahanı verdi - 4 nəfər zaldan qovuldu (YENİLƏNİB)
Sabah yağış yağacaq
Şəmkirdə 16 yaşlı uşaq dəhşət saçdı - 19 yaşlı gənc öldürüldü
Keşlədə bəzi əraziləri su basıb - VİDEO
Xocalı soyqırımının təşəbbüskarlarından biri öldü
Məmur olmaq istəyənlər üçün imtahan keçirilir
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR