İntihar edən məhkum MTN-çi İlqar Əliyevin kamera yoldaşı olub? - Xidmətdən rəsmi açıqlama

img

25-12-2015 [19:08]


"Bəzi kütləvi informasiya vasitələrində Bakı İstintaq Təcridxanasında intihar etmiş, Cinayət Məcəlləsinin 177.3.3-cü maddəsi ilə (oğurluq) təqsirləndirilən və əvvəllər dəfələrlə məhkum edilmiş Manaf Paşayevin ondan bir neçə gün əvvəl intihar etmiş digər təqsirləndirilən şəxs - hüquq mühafizə orqanının işçisi İlqar Əliyevin kamera yoldaşı olması barədə həqiqəti əks etdirməyən və tam yalan məlumatlar yayılıb".

Bu, Ədliyyə Nazirliyi Penitensiar Xidməti Azərtac-a daxil olan məlumatında bildirilir.

Məlumata görə, cəza-icra qanunvericiliyinə əsasən, əvvəllər hüquq mühafizə orqanlarında xidmət etmiş şəxslər digər həbs edilmiş şəxslərdən ayrı saxlanılırlar. Məhz bu səbəbdən göstərilən şəxslər nəinki eyni kamerada saxlanılmayıb, hətta ayrı-ayrı rejim korpuslarında yerləşdirilib: "Heç bir həqiqəti əks etdirməyən bu kimi yanlış məlumatlar cəmiyyətdə çaşqınlıq yaratmaq məqsədini daşıyır və mətbu orqanına nüfuz gətirmir".


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA