Nardaranda əməliyyat keçirildi - Saxlanılan var

img

25-12-2015 [16:09]


Sabunçu Rayon Polis İdarəsinin 14-cü Polis Bölməsinin əməkdaşları Nardaran qəsəbəsində əməliyyat keçirib.

Mia.az "report"a istinadən xəbər verir ki, Nardaran qəsəbəsi, Abşeron küçəsindəki evdə yaşayan Akif Nuriyevin evindən 5 ədəd patron, ov tüfəngi üçün 39 ədəd dolu patron, 8 ədəd boş patron, 9 ədəd patron doldurmaq üçün alət və vasitələr, ov tüfənginə məxsus 3 ədəd yarımkəsilmiş patron, 2 qutu barıt, 1 qutu alışdırıcı piston və 1 ədəd cib bıçağı aşkarlanıb.

A.Nuriyev saxlanılıb. Faktla bağlı araşdırmalar davam etdirilir.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA