Rusiya ilə ikitərəfli hərbi-texniki əməkdaşlıq - İlham Əliyev sərəncam verdi

img

24-12-2015 [21:07]


Azərbaycan prezidenti İlham Əliyev Azərbaycan və Rusiya hökumətləri arasında ikitərəfli hərbi-texniki əməkdaşlığın gedişində istifadə edilən və əldə edilmiş əqli fəaliyyətin nəticələrinə hüquqların qarşılıqlı mühafizəsi haqqında 4 dekabr 2006-cı il tarixli sazişdə dəyişiklik edilməsi barədə Protokolun təsdiqi haqqında sərəncam imzalayıb.

Sərəncama əsasən Nazirlər Kabinetinə sərəncamın birinci hissəsində göstərilən protokolun müddəalarının həyata keçirilməsi üçün tədbirlər görmək, Xarici İşlər Nazirliyinə isə protokolun qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirildiyi barədə Rusiya hökumətinə bildiriş göndərmək tapşırılıb. 

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA