"Yaqlandın nümayəndəsini İşçi Qrupundan geri çəkməsinə üzülürəm" - Azay Quliyev

img

24-12-2015 [17:06]


İnsan Hüquqları üzrə Birgə İşçi Qrupun 24 dekabr tarixli iclasında həmçinin QHT-lərin vəziyyətinə dair müzakirələr aparılıb.

Bu barədə qhtxeber.az-a İşçi qrupun katibi Sahib Məmmədov məlumat verib. S.Məmmədov bildirib ki, Azərbaycan Respublikasının  Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının sədri, millət vəkili Azay Quliyev iclasda çıxışı zamanı QHT-lərlə bağlı mövcud problemlərin həlli istiqamətində əhəmiyyətli işlərin həyata keçirilməsindən danışıb. Qeyd edilib ki, hesabları müvəqqəti olaraq məhkəmə qərarı ilə dondurulmuş QHT-lərin bank hesabları ilə bağlı problem demək olar ki, həllini tapmış, QHT-lər tərəfindən əvvəllərdə alınmış qrantların qeydiyyatı və bildirişlərin verilməsi prosesi başlanmışdır. Xüsusən bildirilib ki, Mədən Sənayesində Şəffaflıq Təşəbbüsünə qoşulan QHT-lərlə bağlı mövcud olan problemlərin əsas hisssəsi həll olunmuşdur.

Daha sonra Sahib Məmmədov və Əliməmməd Nuriyev çıxış edərək hazırda bankların QHT-lərin maliyyə fəaliyyətinə süni problemlər yaratmasından danışıblar.

"Avropa Şurasının baş katibi Turbyorn Yaqlandın öz nümayəndəsini İşçi Qrupundan geri çəkməsinə çox üzülürəm".

Gün.Az xəbər veirir ki, bunu millət vəkili Azay Quliyev İnsan hüquqları məsələləri üzrə İşçi Qrupunun parlamentdə təşkil olunan növbəti iclasında çıxışı zamanı dilə gətirib.

Onun dediyinə görə, Azərbaycan bütün məsələlərdə, o cümlədən, insan hüquqları ilə bağlı məsələlərdə beynəlxalq təşkilatlarla işbirliyində, əməkdaşlıqda maraqlıdır.

"Biz hər zaman da əməli şəkildə bu niyyətlərimizi ortaya qoymuşuq.

Amma çox təəssüflər olsun ki,  beynəlxalq təşkilatların da bizimlə əməkdaşlığa hazır olmadıqlarının şahidi olmuşuq. 

Biz bu İşçi Qrupunu da öz daxili ehtiyaklarımız üçün yaratmışıq, kiminsə istəyi və təzyiqi ilə yox. Biz bütün məsələlərdə, o cümlədən, insan hüquqları ilə bağlı məsələrdə də qeyri-hökumət təşkilatları, bütövlükdə vətəndaş cəmiyyəti ilə təmasda, dialoqdayıq. 

Bunun bizim işimizə, problemlərimizin həllinə çox böyük və müsbət təsiri var” - deyə, A.Quliyev daha sonra sözlərinə əlavə edib.

Qeyd edək ki, 2005-2008-ci illərdə fəaliyyət göstərmiş işçi qrupun iclası prezident İlham Əliyevin və Avropa Şurasının baş katibi Tyorbyorn Yaqlandın təşəbbüsü ilə fəaliyyətini 2014-cü il oktyabrın 22-də yenidən bərpa edib.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA