24-12-2015 [16:49]
Milli Şura sədri, professor Cəmil Həsənli Feysbuk səhifəsində manatın devalvasiyasına münasibət bildirib.
Mia.az hörmətli professorun fikirlərini təqdim edir:
"On ay ərzində manat iki dəfə ucuzlaşdı. Bu, əslində həyatın, yaşayışın, dolanışığın iki dəfə bahalaşması deməkdir. Diqqət edin: başa çatmaqda olan 2015-ci ilin dövlət büdcəsi 19,5 milyard manat idi. Bu məbləğ həmin dövrün qiymətləri ilə 24,5 milyard Amerika dollarından çox idi. Qarşıdakı 2016-cı ilin büdcəsi isə 14,5 milyard manat həcmində müəyyən edilib. Dekabrın 21-də manatın ikinci devalvasiyasından sonra bu məbləğ 10 milyard dollardan da azdır. Deməli, möhkəm valyuta ilə hesabladıqda, bir il ərzində büdcə göstəricilərimiz, təxminən, 15 milyard dollar aşağı düşüb. Əgər nəzərə alınsa ki, Azərbaycan əsasən möhkəm valyuta ilə alınan idxal məhsulları hesabına yaşayır, bunun qiymət bazarına necə təsir göstərəcəyi daha aydın görsənər.
Son 3 gün ərzində qiymətlərin durmadan artması əhalini çıxılmaz vəziyyətə salıb. Bir sıra təhlilçilər bunu labüd proses kimi təqdim etməyə çalışırlar. Amma nəzərə almırlar ki, hökumət böhranın bütün ağırlığını xalqın üzərinə yükləyib. Əhalinin, xüsusilə aztəminatlı ailələrin böhrandan müdafiə olunması üçün heç bir qabaqlayıcı tədbir görməyib. 1 milyon 400 min pensiyaçının, təxminən, bir milyonu 120-200 manat məbləğındə pensiya alır. Yalnız idxal üzərində qurulan dərman preparatlarının qiymətlərində 30-40 faiz artımının əhalinin bu təbəqəsini hansı vəziyyətə salacağını təsəvvür edirsinizmi?
Hakimiyyət ölkədəki maliyyə böhranını beynəlxalq amillərlə izah etməyə çalışsa da, vəziyyətin belə acınacaqlı həddə çatmasının çoxlu subyektiv səbəblər vardır.
Məsələ burasındadır ki, manatın arxasında neftdən başqa, bir şey dayanmır, neftin qiyməti də günü-gündən ucuzlaşır. Bu, ilk növbədə, bir vaxtlar qoymağa yer tapılmayan neft pulları hesabına qeyri-neft sektorunun yaradılmaması ilə bağlıdır.
Bir vaxtlar yaxşı təhsil görməmiş hökumət rəsmiləri dərs buraxan şagirdlər hesabına büdcəni doldurmağa ümid bəsləyir. Hər 7 saat buraxılan üzürsüz dərsə 100 manat cərimə müəyyən edilib. İndiyə qədər valideynlər uşaqlarına ildə bir dəfə məktəb forması, dərs ləvazimatları almağın, fondpulu ödəməyin dərdini çəkirdilər. İndi "qayıbpulu" ödəməyin də yükünü çəkməli olacaqlar. Kim təminat verə bilər ki, bu, məktəblərdə kütləvi rüşvət hallarının çoxalmasına gətirib çıxarmayacaq?
Maliyyə vəzirimiz və baş xəzinədarımız indi də qəvvaslıqla məşğul olub manatı üzməyə öyrədirlər. Qiymətli kağızlar bazarı olmadan, normal pul-kredit sistemi işləmədən, maddi istehsal sahəsi olmadan, manatın uzağa üzəcəyi sadəcə xəyalpərvərlikdir. İndilik, əhalini qiymət şokundan xilas etməyin ən təxirəsalınmaz yolu əmək haqqı, pensiya və müavinətlərin devalvasiyaya uyğun indeksasiyasıdır”.
Qida borusunda yemək qalan 64 yaşlı qadın ölüb
Sabah hava necə olacaq? - Proqnoz
Bibiheybət yolunda torpaq sürüşməsi təhlükəsi yaranıb - Nəqliyyatın hərəkət qismən məhdudlaşdırılıb
ABŞ və İRAN ARASINDA İKİ MƏRHƏLƏLİ SÜLH PLANI HAZIRLANIB: atəşkəs, saziş və şərtlər…
Diplomatik xidmətə qəbul üzrə növbəti müsabiqə başlayır
Azərbaycanlı nazir Londonda 4.6 milyon funt sterlinqə mənzil alıb - Jurnalist elə fakt açıqladı ki...
İLHAM ƏLİYEV GÜRCÜSTANDA - FOTOLAR (YENİLƏNİR)
İrandan Azərbaycana narkotik keçirmək istəyiblər
“Yol hərəkəti haqqında” Qanun dəyişir
Sel Siyəzəndə körpünü apardı - FOTO
İsrail ordusu Livana zərbə endirib – 7 nəfər ölüb, yaralılar var
Ayağının altında torpaq sürüşdü, selə qapıldı - Qusarda toya hazırlaşan gənci sel apardı (VİDEO)
Mirça Luçesku komaya düşüb: "Vəziyyəti kritikdir"
Bu rayonlarda qar yağıb - SİYAHI
Yağış davam edəcək - Xəbərdarlıq
İran dini lideri əməliyyat otağında üzə çıxdı: şok videonun açıq siqnalı və... - İsrailin nüvə obyekti niyə nəhəng ekranda görüntüləndi? (VİDEO)
"İnter" - "Roma" oyunu: qapılara 7 qol vurulub
İran İsrailə raket atıb - Ölənlər var
Eldar Əzizov Keşlədə su basmış ərazidə - VİDEO
İranın Qum şəhərində bina raketlə vurulub – Ölənvə yaralananlar var
Tehranda iki ev və universitet bombalandı – Azı 13 nəfər həlak olub, xeyli yaralı var
İran eyni anda 4 ölkəni birdən vurdu – Müharibə daha da şiddətlənr
İstefaya göndərilən Amerikalı general Trampa “ilişdi”: “Ordunun başında xarakerli lider olmalıdır”
İran PA Trampın tələbini lağa qoydu: “Təzminat ödə, sonra…”
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Türkiyə derbisi: "Fənərbağça" son dəqiqədə "Beşiktaş"ı devirdi
"Rusiya tərəfinə bir daha xatırlatmaq istərdik ki..." - Rəsmi Bakıdan Kreml sözçüsünə etiraz
Sabah gücü külək olacaq - Xəbərdarlıq
Silinməmş vəsaitlər... - "Bakıkart" NFC funksiyası olan bank kartlarından istifadə edən şəxslərə müraciət edib
Sulutəpə - Hökməli yolunda subasma: tədbir görüldü - VİDEOLAR
Badamdar yamacında sürüşmə: nəqliyyatın hərəkəti dayandırılıb - Kəmaləddin Heydərov əraziyə gəlib (VİDEO)
Bu gün 49 mindən çox şagird buraxılış imtahanı verdi - 4 nəfər zaldan qovuldu (YENİLƏNİB)
Sabah yağış yağacaq
Şəmkirdə 16 yaşlı uşaq dəhşət saçdı - 19 yaşlı gənc öldürüldü
Keşlədə bəzi əraziləri su basıb - VİDEO
Xocalı soyqırımının təşəbbüskarlarından biri öldü
Məmur olmaq istəyənlər üçün imtahan keçirilir
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR