QHT Şurası təşkilatlar üçün təlimləri davam etdirir - FOTO

img

22-12-2015 [20:45]


Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası Bakı QHT-lərinin Resurs və Təlim Mərkəzində QHT nümayəndələri üçün keçiridiyi təlimləri bu gün də davam etdirib. 

Ekspertlər təlim iştirakçılarına "İctimai problemlərin müəyyənləşdirilməsi və onların həllinə yeni yanaşma yolları” haqqında ətraflı məlumat veriblər. 

Təlimçilər həmçinin "Layihənin komponentləri”, "Layihənin idarə olunmasının ümumi quruluşu və modeli”, "Layihə hazırlanması, planlaşdırılması və icrası”, "Layihənin uğursuzluqla nəticələnməsinin səbəbləri”, "Layihə təklifi paketinə əlavələr” mövzuları haqqında QHT nümayəndələrini maaarifləndiriblər. 

İnteraktiv şəraitdə keçirilən təlimdə ekspertlər QHT təmsilçilərinin çoxsaylı suallarını cavablandırıb. 

Şura bu mövzuda təlimləri növbəti həftələrdə də davam etdirəcək. 

Şura QHT-lər üçün təlimləri davam etdirir

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA