22-12-2015 [14:22]
Yeni Azərbaycan Partiyasının keçmiş funksionerlərindən biri, Müdafiə Nazirliyinin mətbuat xidmətinin sabiq rəisi Eldar Sabiroğlu oğlu Rüfət Səfərovla bağlı Modern.az saytının suallarını cavablandırıb
- Eldar müəllim, oğlunuz Rüfət Səfərov məlum hadisədən sonra aclıq aksiyasına qərar verib. Bir ata kimi fikirlərinizi eşitmək istərdik.
- Valideyn kimi belə bir addım atmasını istəməzdim. Başlanğıcdan oğlumun atdığı addımla razılaşmadığımı bəyan etdim. Bunu ictimaiyyət bilir. Nə qədər xahiş etsək də, o geri çəkilmək istəmir. Ona müəyyən faktorlar təsir edib. Mənimlə telefonda danışanda dedi ki, "ata, mənimlə cinayətkar kimi rəftar etdilər. Heç bir səbəb göstərmədən, məhkəmə qərarı olmadan əmlakımı müsadirə etdilər. Kompüterlərimi, telefonlarımı götürüb, axtarış apardılar”. Doğrudan da, bu təəccüb doğurur.
- Rüfət Səfərov ailəlidir. Övladları varmı?
- Xeyr, gözlənilir.
- Oğlunuzun siyasi mövqeyi barədə güman ki, anası çox narahatdır? Həyat yoldaşınız Rüfətin aclıq aksiyasına başlaması barədə sizinlə nə danışır?
- Həyat yoldaşım Tahirə xanımın bir ana kimi Rüfətin üzərində çox böyük haqqı var. Ana olaraq çox üzülür. Oğlunun nə üçün bu addımı atması ona rahatlıq vermir. O mənə təskinlik verir, mən də ona təskinlik verirəm.
- Oğlunuz mətbuata ilk açıqlamalarında müxalifətə keçdiyini bəyan etsə də, sonradan belə bir fikri olmadığını dilə gətirib. Ümumiyyətlə, oğlunuzun müxalif mövqedən çıxış etməsi sonradan hansısa müxalifət partiyasına üzv olmasına gətirib çıxara bilərmi?
- Gələcək üçün belə bir halın proqnozlaşdırılmasında çətinlik çəkirəm. Amma, oğlumun qəti rəyi bundan ibarətdir ki, indi və gələcəkdə hansısa müxalifət partiyasının üzvü olmayacaq. Özü ilə də söhbət edəndə heç bir müxalifət partiyasına keçməkdə məqsədli olmadığını deyib.
- Sabiq müdafiə naziri Səfər Əbiyevin də mövqeyi maraq doğurmaya bilməz. Oğlunuz Rüfətlə bağlı məsələdə hansısa formada rəy bildiribmi? Xüsusilə, müxalif mövqedə dayanmaq məsələsində.
- Səfər Əbiyevlə bu barədə heç bir söhbətim olmayıb. Ümumiyyətlə, telefon zəngi də etməyib.
- Rüfət Səfərov 5 ilə yaxın Zərdab rayon Prokurluğunda müstəntiq vəzifəsində çalışıb. Həmin illərdə ata evinə səfər etməsi mütəmadi olaraq baş verirdi?
- Ayda bir-iki dəfə evimizə gəlirdi. Hansısa cinayət məsələsi vardısa, Baş Prokurorluqda məruzə etmək üçün gələrdi. Səfərinin məqsədi işlə bağlı olurdu. Yoxsa, heç vaxt intizamsızlıq edib iş yerini tərk etməzdi.
- Bu məsələdə diqqət çəkən o idi ki, siz Eldar Sabiroğlu YAP-çı kimi tanınmısınız. Çıxışlarınızda mərhum Heydər Əliyevi sevdiyinizi dilə gətirmisiniz.(Sözümü kəsərək)
- Heydər Əliyevi indi də sevirəm.
- Buna şübhəmiz yoxdur. Sadəcə, mövqeyi bəlli bir atanın övladının müxalif cəbhəyə keçid etməsi anlaşılmır.
- Sualınızın mahiyyətini anlayıram. Hətta, bəzi şübhəli yanaşmaları da duyuram. İndi vəziyyət elədir ki, mənim inandırmam, hər hansı sözüm o qədər də öz təsirini göstərmir. Belə düşünənlər var ki, mən nəyisə gizlədirəm. Əslində, oğlum hər zaman siyasi mövqeyimə dəstək verib. Heydər Əliyev və İlham Əliyev siyasətini müdafiə etməyimi alqışlayıb. Bizim evdə başqa söhbət gedə bilməz. Sadəcə, oğlumun atdığı addım mənə çox qaranlıq görünür. Axı, o niyə belə edir?!
- Sizcə, müstəntiq vəzifəsində çalışan oğlunuz dözümsüzlük nümayiş etdirmədimi?
- Yaxşı olar ki, oğlum Rüfətə yazdığım məktubu oxuyasınız.
- Oxumuşam.
- Orda dedim ki, oğul, bilirdim ki, səni boğaza yığıblar. Haqsız işlər görürlər. Amma, dözməli idin. Məni də boğaza yığmışdılar. Mən sənin naminə dözürdüm. Oğlum dözə bilmədi...
İran ABŞ-a məxsus daha bir MQ-9-u vurub
“Veysəloğlu” və “Avrora”nın həmtəsisçisi olduğu voleybol komandası Azərbaycan birinciliyinin qalibi oldu
Kəmaləddin Heydərov Bibiheybətdə bağlanan yolda - VİDEO
Muzeylər Dövlət Xidmətinin tabeliyinə verilir
İlham Əliyev İrakli Kobaxidze ilə görüşdü, birgə bəyanat verildi - VİDEO, FOTOLAR (YENİLƏNİB)
Tehranda iki bina vurulub: 9 nəfər ölüb – 4-ü uşaqdır
Qida borusunda yemək qalan 64 yaşlı qadın ölüb
Sabah hava necə olacaq? - Proqnoz
Bibiheybət yolunda torpaq sürüşməsi təhlükəsi yaranıb - Nəqliyyatın hərəkət qismən məhdudlaşdırılıb
ABŞ və İRAN ARASINDA İKİ MƏRHƏLƏLİ SÜLH PLANI HAZIRLANIB: atəşkəs, saziş və şərtlər…
Diplomatik xidmətə qəbul üzrə növbəti müsabiqə başlayır
Azərbaycanlı nazir Londonda 4.6 milyon funt sterlinqə mənzil alıb - Jurnalist elə fakt açıqladı ki...
İLHAM ƏLİYEV GÜRCÜSTANDA - FOTOLAR (YENİLƏNİR)
İrandan Azərbaycana narkotik keçirmək istəyiblər
“Yol hərəkəti haqqında” Qanun dəyişir
Sel Siyəzəndə körpünü apardı - FOTO
İsrail ordusu Livana zərbə endirib – 7 nəfər ölüb, yaralılar var
Ayağının altında torpaq sürüşdü, selə qapıldı - Qusarda toya hazırlaşan gənci sel apardı (VİDEO)
Mirça Luçesku komaya düşüb: "Vəziyyəti kritikdir"
Bu rayonlarda qar yağıb - SİYAHI
Yağış davam edəcək - Xəbərdarlıq
İran dini lideri əməliyyat otağında üzə çıxdı: şok videonun açıq siqnalı və... - İsrailin nüvə obyekti niyə nəhəng ekranda görüntüləndi? (VİDEO)
"İnter" - "Roma" oyunu: qapılara 7 qol vurulub
İran İsrailə raket atıb - Ölənlər var
Eldar Əzizov Keşlədə su basmış ərazidə - VİDEO
İranın Qum şəhərində bina raketlə vurulub – Ölənvə yaralananlar var
Tehranda iki ev və universitet bombalandı – Azı 13 nəfər həlak olub, xeyli yaralı var
İran eyni anda 4 ölkəni birdən vurdu – Müharibə daha da şiddətlənr
İstefaya göndərilən Amerikalı general Trampa “ilişdi”: “Ordunun başında xarakerli lider olmalıdır”
İran PA Trampın tələbini lağa qoydu: “Təzminat ödə, sonra…”
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Türkiyə derbisi: "Fənərbağça" son dəqiqədə "Beşiktaş"ı devirdi
"Rusiya tərəfinə bir daha xatırlatmaq istərdik ki..." - Rəsmi Bakıdan Kreml sözçüsünə etiraz
Sabah gücü külək olacaq - Xəbərdarlıq
Silinməmş vəsaitlər... - "Bakıkart" NFC funksiyası olan bank kartlarından istifadə edən şəxslərə müraciət edib
Sulutəpə - Hökməli yolunda subasma: tədbir görüldü - VİDEOLAR
Badamdar yamacında sürüşmə: nəqliyyatın hərəkəti dayandırılıb - Kəmaləddin Heydərov əraziyə gəlib (VİDEO)
Bu gün 49 mindən çox şagird buraxılış imtahanı verdi - 4 nəfər zaldan qovuldu (YENİLƏNİB)
Sabah yağış yağacaq