Doğru Yol Partiyası növbəti toplantısını keçirib

img

21-12-2015 [23:48]


Doğru Yol Partiyası təşkilat komitəsinin növbəti toplantısı keçirilib.

İclasda qərarların icra vəziyyəti, ictimai siyasi vəziyyət və təşkilat komitəsinin qurultaya hazırlıq istiqamətində gördüyü işlər müzakirə edilərək uyğun qərarlar qəbul edilib. Həmçinin bir neçə rayon təşkilatlarının formalaşması və konfransa hazırlıq üzrə təşkilat komitələrinin yaradlması müzakirə edilib.

Doğru Yol Partiyası təşkilat komitəsinin sədri Kəramət Salayev toplantıda çıxış edərək qarşıda duran vəzifələr, partiyanın təşkilatlanması və ölkədə mövcud siyasi durum haqqında geniş çıxış etmişdir. Həmçinin sədr ölkəmizə, xalqımıza qarşı xarici bədxah qüvvələrin apardığı çirkin prosesin qarşısının alınmasında xalqın birliyinin, gücünün əsas olduğunu vurğulayıb.

Gündəlikdə olan təşkilati məsələlərdə partiyaya üzv olmaq üçün müraciətlərə baxılmışdır. Beləliklə üzv olmaq üçün müraciət edən Elməddin Həsənov, İlyas Hümbətov və Sənan Alıyev Doğru Yol Partiyası qurultaya hazırlıq üzrə təşkilat komitəsində partiya sıralarına qəbul edilmişdir.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA