Nardaranda saxlanılanlardan yeni xəbər - 8-dən 5- i sərbəst

img

20-12-2015 [10:41]


Dünən Nardaranda keçirilən əməliyyatlar zamanı saxlanılan 8 nəfərdən 5-i sərbəst buraxılıb. 3 nəfər isə "Banditzm"ə aparılıb.

Bu barədə məlumatı musavat.com-a kənd ağsaqqalı Natiq Kərimov verib. "5 nəfər dünən axşam buraxılıb. 3 nəfərdən xəbər yoxdur. Əməliyyat hər gün var. Saxlanılanlar var. Buraxılanlar da var. Əksər saxlanılanın taleyindən xəbərsizik. Ailələri də narahatdır. Ombudsmana müraciətimizə də cavab verilməyib"- deyə N.Kərimov bildirib.

Kəndin hələ də Daxili Qoşunların və polisin ciddi nəzarətində olduğunu deyən N.Kərimov qetd edib ki, kəndə kənar yerlərdən gələnlərin girişinə qadağa yenə də qüvvədədir.

Xatırladaq ki, dekabrın 1-dən Nardaran Daxili Qoşunların və polisin nəzarətindədir. Nardaran sakinlərindən başqa heç kim kəndə buraxılmır. Kənddə keçirilən əməliyyatlar zamanı xeyli sayda saxlanılan var. Lakin bu barədə heç bir rəsmi açıqlama verilmir.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA