18-12-2015 [14:45]
Milli Məclisdəki hərbi qulluqçuların dəfn mərasimlərinin təşkilini nəzərdə tutan layihənin müzakirəsi zamanı deputat Səyavuş Novruzov dedi ki, əsgər, gizir və çavuşların dəfn qaydası ümumi olmalıdır: "Biz bir yeni qanun layihəsi hazırlayırıq, onu parlamentə təqdim edəcəyik. Orda göstərilir ki, insanlar eyni qaydada dəfn olunmalıdır, məzarların ölçüsü də eyni olmalıdır. Ancaq bu, bizim hərbçilərimizə aid edilmir”.
Deputat Əli Hüseynli isə dedi ki, son illər orduda nizam-intizam qaydalarına əməl edilməsi gücləndirilib, bu da təqdir olunmalıdır. Deputat Aqil Abbas təklif verdi: "Türkiyədə belə bir adət var, şəhid əsgərin harda dəfn olunmasından asılı olmayaraq şəhid məzarlarının üzərinə bayraq qoyulur, hamı bilir ki, həmin məzarlıqda şəhid dəfn olunub. Bəlkə biz də dəfn olunan şəhidin məzarının üzərinə bayrağımızı asaq. Bu da bir ehtiramdır, hörmətdir”.
Parlament sədrinin birinci müavini Ziyafət Əsgərov "Maraqlı təklifdir, gələcəkdə ona da baxmaq olar, niyə də olmasın. Biz hələlik qanunu qəbul edək, sonra dəyişikliklər kontekstində ona da baxmaq olar”-dedi. Torpaq sahələrinin və dəniz sahili boyunca ərazilərin qanunsuz hasara alınmasına görə cərimələrin tətbiq olunmasını nəzərdə tutan Torpaq Məcəlləsində dəyişikliklərin edilməsi məsələsinin müzakirəsi zamanı deputat Fazil Mustafa dənizin hasarlanmasından danışaraq bildirdi ki, artıq neçə illərdir ayrı-ayrı şəxslər dənizi hasarlayıb: "Yayda da iş adamları çimərliklərdə dənizə girişi məhdudlaşdırır. Çox sayda adamlar dənizi hasarlayıblar, tikinti işləri aparıb, böyük vəsait xərcləyiblər, praktik cəhətdən qanunun icrası çətin olacaq. Məsələyə artıq prinsipial yanaşmaq lazımdır. Layihədə hündürlükdən bəhs olunur. İndi necə olacaq, 4 metrlik hasarlar 2 metrə endiriləcəkmi? Qaradağdan gələndə baxırıq ki, hasarlardan dəniz görünmür, Pirşağı tərəfdə də belədir. Nəhayət ki, bu məsələlərin qarşısı alınmalıdır”.
Deputat Elmira Axundova dedi ki, hasarların birdəfəlik sökülməsi üçün müəyyən vaxt lazımdır. Sahilboyu daş hasarlar tikilib, onlar artıq şəxsi mülkiyyətdir. Bu qanun onlara da şamil olunacaqmı? Xeyr. Deməli, ancaq bundan sonra tikilən sahilboyu hasarlara şamil olunacaq. Xəzər dənizinin əhəmiyyətli hissəsi artıq hasara alınıb. Deməli, bu qanunun vəziyyəti dəyişmək üçün elə bir əhəmiyyəti olmayacaq. Bilirəm, qanunun geriyə icrası yoxdur, amma icra hakimiyyəti bununla bağlı nəsə düşünməlidir”.
Deputat Fuad Muradov qeyd etdi ki, əgər vaxtilə həmin hasarların və evlərin tikilməsi zamanı nöqsanlar olubsa, müvafiq qurumlar bunu araşdıra bilər: "Sizi əmin edirəm ki, bir çox hallarda həmin hasarların tikilməsi zamanı nöqsanlara yol verilib. Bu, çox ciddi məsələdir. Bu vəziyyət gənclərimizin istirahətinə çox böyük təsir göstərir. Şərait yaradılmalıdır ki, insanlar dənizdən istifadə etsin”.
F.Muradov avtomobillərin dəniz kənarında saxlanmasını isə məhdudlaşdırmağa çağırdı: "Başqa heç bir ölkədə belə vəziyyət yoxdur. Bizdə isə yayda nəqliyyat vasitələrini düz dənizin sahilində saxlayırlar”. Komitə sədri Eldar İbrahimov deputatların iradlarını və təkliflərini əsəbi şəkildə qarşıladı və dedi ki, qanunun mahiyyəti bir kənarda qalıb, ayrı məsələlərdən danışılır.
İclasa sədrlik edən Ziyafət Əsgərov isə "mənim universitetdə bir müəllimim var idi. Bir mövzudan danışırdı, ancaq birdən mövzu yadından çıxırdı və ardınca nə yadına düşürdüsə, ondan danışırdı” deyə, reaksiya verdi. Bundan sonra müzakirələrin dayandırılması təklifləri səsləndi.
Deputat Fəzail Ağamalı təkidlə söz aldı: "İcazə verin sözümüzü deyək. Burda çox ciddi məsələlərə toxunulur. Bunun üstünü niyə malalayırıq? Dəniz başdan-ayağa hasarlanıb, biz yayda ailə-uşağımızla gedib istirahət edə bilmirik”. Z.Əsgərov isə "söhbət malalamaqdan getmir, bəli, belə problem var, insanları narahat edir, amma bu qanunun predmetinə aid deyil”-deyə reaksiya verdi.
F.Ağamalı əvəzində "Ziyafət müəllim, sizə çox böyük hörmətim var, amma çox xahiş edirəm, bir-birimizə təmkinli yanaşaq” dedi. O, bildirdi ki, ictimai maraqları nəzərə almaqla bu məsələtə xüsusi yanaşmaq olar: "Ona görə də mən təklif edirəm ki, Milli Məclis rəhbərliyi də insanların narahatlığını anlayışla qarşılasın və bununla bağlı tədbirlər görsün”.
Zahid Oruc iclası yekunlaşdırmaq istəyənlərə təpki göstərdi: "Ay yoldaşlar, cəmi 15 gün öncə ilk iclasımızı keçirmişik. Hara tələsirsiniz? Rica edirəm, siz də bizə hörmət edin! Kürəyimizin arxasından bizə nə qədər təzyiq edirsiniz? Bu nə yanaşmadır, bu, nə deməkdir? Hər dəfə eyni vəziyyət yaranır. Kim eşitmək istəmirsə, buyursun getsin. Heç kim burda dövlət əleyhinə fikir söyləmir. Hasar bütövlükdə ölkəni bürüyüb. Qaradağın daşını ölkəboyu daşımışıq. Bu hasarları Ermənistanla aramızda çəksəydik, Çin səddi yaranardı. Mən istərdim ki, biz təkcə dənizin ətrafında yox, həm də öz evimizin ətrafındakı hasarlara baxaq. Bəlkə bir qərar, sərəncam olsun, bu daş hasarlardan xilas olaq. Özümüzü qonşumuzdan qoruyuruq. 150 metrlik qadağanı qoymuşduq, işləmədi. Mahnılardan başqa dənizə nə həsr etmişik ki? Heç həyatını itirən neftçinin də bir abidəsi yoxdur ki, gedib qarşısında gül qoyaq, deyək əllərinizə qurban olaq”.
Bakıda məşhur hoteldə ofisiant iş yoldaşını öldürüb
ƏMƏK PENSİYALARI BU QƏDƏR ARTIRILACAQ - Deputat məbləği açıqladı
MN: "Pirəkəşkül və Ağdərədə yararsız döyüş sursatları məhv ediləcək"
İranda etirazlar davam edir - Ölənlərin sayı 5848-ə çatıb
Göygöl rayonunda 26 yaşlı gənc 37 yaşlı kişini öldürüb
İsrail Livana yenə zərbələr endirib
Bakıda yaşlı qadın öldürülüb
"Bizimlə donuzdan da pis rəftar edirdilər" - Azərbaycanlı əsir Rusiyanı biabır etdi
Çində dünyanı silkələyən skandal: məşhur general nüvə sirlərini ABŞ-a satıb - Cinayət işi açılıb
Türkiyədə zəlzələ olub - 4.4 bal gücündə
Bu gün magistraturaya sənəd qəbulu başa çatır
Komitə məscidlərə 4 qadın dini ayin icraçısı axtarır
İsrail fələstinli məhbusları azad edib
Yeni binalarda internet problemi - MTK ilə provayderlərin gizli sövdələşirlər və...
Filippində 359 nəfəri daşıyan bərə batıb - 208 nəfər itkin düşüb
ABŞ-da şəxsi təyyarə qəzaya uğrayıb - 8 nəfər ölüb
Türkiyədə Polis İdarəsinə bomba atılıb - Açıqlama
Premyer Liqa: Lider "Arsenal" "Mançester Yunayted"ə təslim oldu
İtaliya A seiyası: türk futbolçu qol atdı, "Yuventus" qazandı
ABŞ-da soyuq hava on minlərlə evi işıqsız qoyub - Milyonlarla insan marketləri boşaldıb
İsrail Qəzzanı bombalayıb
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Türkiyədə zəlzələ olub
"Belə yol olar?! Buna baxın, görün nə gündəyik" - Salyan problemlərin məngənəsində + VİDEO
Şirvanda toyda 36 yaşlı şəxs bıçaqlanıb
Azərbaycanda “Şəhərsalma və Memarlıq İli” elan olunması ilə əlaqədar tədbir keçirilib - Rumıniyada + VİDEO, FOTOLAR
Bəzi dağlıq və dağətəyi rayonlarda yollar buz bağlayacaq
Göl qurudulub, plansız tiklilər artıb - Məmurlar Masazırı elə günə qoyub ki... (VİDEO)
Sabah hava necə olacaq? - Proqnoz
Keçmiş vəzifəli şəxs ata evində öldü
Hindistanda müalicəsi olmayan ölümcül Nipah virusu yayılıb
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
İcra başçısına xəbərdarlıq edilib?
Hikmət Hacıyev İran XİN başçısının müavini ilə görüşüb - Açıqlama
Kəmaləddin Heydərov musayevləri üz-üzə gətirdi, müğənni açıq sual verdi: "Onun qızı necə işə götürülüb?" - VİDEO
Salyan sakini dəm qazından ölüb
Ukrayna, Rusiya və ABŞ nümayəndələri BƏƏ-də bir arada - İkigünlük müzakirələr yekunlaşıb (Yeniləniib)
"Mədət müəllim çox xarizmatik kişidir, mən isə hələ də subayam" - ANS-in keçmiş əməkdaşı elə paylaşma etdi ki...
"Qarabağ" "Kəpəz"ə məğlub olub
Sumqayıtda bu binalar söküləcək - SİYAHI
“Bir il içində özünə ev də, maşın da aldın, səni Türkiyəyə, Dubaya..." - Müğənilər arasında "atışma düşdü"
Fəzail Ağamalı: "Qızım yeni sədrdir, oğlum isə partiyadan çıxarılıb"
Neftçalada bir ailə qəzaya düşdü - Biri öldü, 3-ü xəsarət aldı
BAKIDA ŞOK OLAY: 5 milyonluq şantaj və alınan 840 min dollar... - Evinə gizli kamera quraşdırılan yüksək vəzifəli şəxs kimdir?
"The Washington Post": "İranın gələcəyi və Azərbaycan faktoru"