18-12-2015 [12:05]
Türkiyənin Suriya ilə sərhəddə Rusiyaya məxsus Su-24 təyyarəsini vurması Rusiya-Türkiyə münasibətlərinin gərginləşməsinə səbəb olub. İki dövlət arasında vəziyyətin gərginləşməsindən istifadə edən bəzi Rusiyapərəstlər isə açıq şəkildə Türkiyənin bu addımını tənqid etməyə başlayıb.
Bunlardan biri də Milli Məclisə deputat seçilən, Azərbaycan Sosial Demokrat Partiyasının (ASDP) sədri Araz Əlizadədir. O, Azərbaycanla Türkiyə arasında dostluq, qardaşlıq münasibətinin olduğunu unudaraq Rusiyanı müdafiə edir.
Müasir Müsavat Partiyasının sədriHafiz Hacıyev Modern.az saytına ASDP sədri Araz Əlizadənin Rusiyapərəst mövqeyi ilə bağlı münasibətini bildirib.
"Araz Əlizadə kimiləri Milli Məclisdə yalnızca Rusiyanı müdafiə etmək üçündürlər. Araz Əlizadə avantürist, azərbaycançılıqla əlaqəsi olmayan biridir. Türk olmayan biri türkün qədrini necə bilsin? Biz bir millət, iki dövlətik. Hər zaman da bunu nümayişkaranə şəkildə göstərmişik. Avantürist, vaxtilə Ayaz Mütəllibovu satan birindən bundan başqa nə gözləmək olar? Araz Əlizadə keçmişi ləkəli biridir. Bir insanı ki, qardaşı danışdırmaya, ondan nə gözləyəsən.
Türkün tək düşməni var, o da haylardır. Onlar da özlərini haqlı çıxartmaq üçün müxtəlif yollara əl atırlar. Günah Araz Əlizadəyə Milli Məclisdə mandat verib, Rusiyapərəst mövqe nümayiş etdirməsini istəyəndədir. Tapşırıq verilir, o da yerinə yetirir. Düşünürəm ki, millətimizin səbri tükənmək üzrədir. Nə vaxta qədər qeyri-millətlərdən, müəyyən kabinetlərdən tapşırıq alan insanların türk dünyasını təhqir etməsinə göz yummalıyıq. Rusiyapərəst insanlara Milli Məclisdə mandat verən insanlara səslənirəm: "Mandat verib, söz haqqı qazandırmısınız, onların ipini yığın!”.
Hafiz Hacıyev türk millətini təhqir edib onlara qara yaxanları müdafiə etməyin yanlış addım olduğu fikrindədir: "Araz Əlizadə kimilərə demək istəyirəm ki, ayıbdır, abır-ismətləri olsun. Adam türk millətinə bu qədər qara yaxmaz. Ruslar Azərbaycanda 20 yanvar və Xocalı soyqırımını törətdi, eyni zamanda, Dağlıq Qarabağımızı alıb düşmənlərə verdilər. Bundan artıq bizə nə edəcəklər? 4 milyon yarım azərbaycanlımızı dədə-baba torpağı olan İrəvanımızdan qovub çıxarıblar. Araz Əlizadə anlamalıdır ki, bu qədər müsibəti bizim başımıza gətirən elə ruslardır. Həyat bununla bitmir, insan öz millətini, xalqını təhqir edənə bu qədər haqq qazandırmaz. Putin də təhqir edir, siz də.
Araz Əlizadə və onun kimilər bilməlidir ki, Dağlıq Qarabağın işğal altında olmasına səbəb, Xocalı və 20 yanvar faciəsini törədənlər məhz elə ruslar olub. Türk xalqına bu qədər həqarət etməklə heç nə dəyişmir, hər kəs gözəl bilir, kim kimdir. Araz Əlizadə kimilər kiçik insanlardır, onlar təkbaşına heç nə edə bilməzlər, əsas səbəbkarlar onlara istiqamət verib, yol göstərənlərdir. Hər halda, cənab prezident hər şeyi görür, ona görə də türklər arasında narazılıq yaratmağa çalışmasınlar.
Bir mandat veriblər, getsinlər başlarını saxlasınlar, aranı qarışdırmaq lazım deyil. Hayların fikirləri ilə türkləri təhqir etmək doğru deyil. Tənzilə Rüstəmxanlının gözəl bir sözü var: "Bu haylar bizdən nə istəyir axı?”.
Hesab edirəm ki, Araz Əlizadə öz səhvinin gec, ya tez qurbanı olacaq. Biz bir millət, iki dövlətik. Ulu öndər Heydər Əliyev bizə belə öyrədib, biz də həmin yolla gedirik. Bizi onun yolundan döndərmək istəyənlər buna nail ola bilməyəcəklər. Bu gün cənab prezidentin fikirlərinə tam şərikik və Türkiyənin də yanındayıq. Türklərin əleyhinə gedənlərin fikirləri ilə isə barışmırıq”.
İran ABŞ-a məxsus daha bir MQ-9-u vurub
“Veysəloğlu” və “Avrora”nın həmtəsisçisi olduğu voleybol komandası Azərbaycan birinciliyinin qalibi oldu
Kəmaləddin Heydərov Bibiheybətdə bağlanan yolda - VİDEO
Muzeylər Dövlət Xidmətinin tabeliyinə verilir
İlham Əliyev İrakli Kobaxidze ilə görüşdü, birgə bəyanat verildi - VİDEO, FOTOLAR (YENİLƏNİB)
Tehranda iki bina vurulub: 9 nəfər ölüb – 4-ü uşaqdır
Qida borusunda yemək qalan 64 yaşlı qadın ölüb
Sabah hava necə olacaq? - Proqnoz
Bibiheybət yolunda torpaq sürüşməsi təhlükəsi yaranıb - Nəqliyyatın hərəkət qismən məhdudlaşdırılıb
ABŞ və İRAN ARASINDA İKİ MƏRHƏLƏLİ SÜLH PLANI HAZIRLANIB: atəşkəs, saziş və şərtlər…
Diplomatik xidmətə qəbul üzrə növbəti müsabiqə başlayır
Azərbaycanlı nazir Londonda 4.6 milyon funt sterlinqə mənzil alıb - Jurnalist elə fakt açıqladı ki...
İLHAM ƏLİYEV GÜRCÜSTANDA - FOTOLAR (YENİLƏNİR)
İrandan Azərbaycana narkotik keçirmək istəyiblər
“Yol hərəkəti haqqında” Qanun dəyişir
Sel Siyəzəndə körpünü apardı - FOTO
İsrail ordusu Livana zərbə endirib – 7 nəfər ölüb, yaralılar var
Ayağının altında torpaq sürüşdü, selə qapıldı - Qusarda toya hazırlaşan gənci sel apardı (VİDEO)
Mirça Luçesku komaya düşüb: "Vəziyyəti kritikdir"
Bu rayonlarda qar yağıb - SİYAHI
Yağış davam edəcək - Xəbərdarlıq
İran dini lideri əməliyyat otağında üzə çıxdı: şok videonun açıq siqnalı və... - İsrailin nüvə obyekti niyə nəhəng ekranda görüntüləndi? (VİDEO)
"İnter" - "Roma" oyunu: qapılara 7 qol vurulub
İran İsrailə raket atıb - Ölənlər var
Eldar Əzizov Keşlədə su basmış ərazidə - VİDEO
İranın Qum şəhərində bina raketlə vurulub – Ölənvə yaralananlar var
Tehranda iki ev və universitet bombalandı – Azı 13 nəfər həlak olub, xeyli yaralı var
İran eyni anda 4 ölkəni birdən vurdu – Müharibə daha da şiddətlənr
İstefaya göndərilən Amerikalı general Trampa “ilişdi”: “Ordunun başında xarakerli lider olmalıdır”
İran PA Trampın tələbini lağa qoydu: “Təzminat ödə, sonra…”
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Türkiyə derbisi: "Fənərbağça" son dəqiqədə "Beşiktaş"ı devirdi
"Rusiya tərəfinə bir daha xatırlatmaq istərdik ki..." - Rəsmi Bakıdan Kreml sözçüsünə etiraz
Sabah gücü külək olacaq - Xəbərdarlıq
Silinməmş vəsaitlər... - "Bakıkart" NFC funksiyası olan bank kartlarından istifadə edən şəxslərə müraciət edib
Sulutəpə - Hökməli yolunda subasma: tədbir görüldü - VİDEOLAR
Badamdar yamacında sürüşmə: nəqliyyatın hərəkəti dayandırılıb - Kəmaləddin Heydərov əraziyə gəlib (VİDEO)
Bu gün 49 mindən çox şagird buraxılış imtahanı verdi - 4 nəfər zaldan qovuldu (YENİLƏNİB)
Sabah yağış yağacaq