"Qanunsuzluğa yol verən icra başçılarına qarşı ciddi tədbirlər görüləcək" - Hafiz Hacıyev

img

17-12-2015 [12:59]


Mətbuatdan xəbər verildiyi kimi, Füzuli rayon icra başçısı Alı Alıyevin qanunsuz əməlləri bitib-tükənmir. İcra başçısı prezidentə təqdim etdiyi obyektləri bağlatdırıb, işsizlik tüğyan edir. Rayon isə kommunal problemlər içərisində boğulur.

Sözügedən icra başçılarının özbaşınalıqları ilə bağlı aim.az-a danışan Müasir Müsavat Partiyasının sədri Hafiz HACIYEV qeyd edib ki, onlar ölkə başçısının iradəsinin əksinə gedirlər. Təşkilat sədrinin sözlərinə görə, həmin adamları MTN rəhbəri və generallarının aqibəti gözləyir: "Həmin icra başçıları çox sırtılıb. Görünür, çalışırlar ki, prezidentin addımlarının əleyhinə getsinlər. Belə bir fikir formalaşdırsınlar ki, prezident heç kimi saymır. Prezidentlə xalq arasında dərin yarğan yaratmaq istəyirlər. Onlar harınlayıblar. Ölkə başçısının xalqa göstərdiyi xidmət və diqqətin bircə faizini etmək istəmirlər. Onların vicdanı yoxdur. Görürlər ki, prezident və ən yaxın ətrafıgecə-gündüz bu millətin rifahıüçün nə qədər əziyyət çəkir. Buni bilə-bilə yenə də qanunsuzluq və özbaşınalıq edirlər. Onların vicdanı harada qalıb? Allahı, peyğməbəri yoxdurmu belələrinin? Prezident xalqınrifahına xidmət edir. Millətin qayğısını çəkir, problemlərini həll edir. Belə olan halda icra başçılarının vicdanı harada qalıb? Görünür, kimsə onlara deyir ki, prezidentin iradəsinin əleyhinə çıxış edin. Prezidentin fikirləri ilə razılaşmırlar. Harınlayıblar”.

Müsahibimizin qənaətincə, icra başçılarının qanunsuz yollarla əldə etdikləri mal- mülk əllərindən alınmalıdır: "Belələrinin övladlarının da qudurğanlıqları bağışlanılmalı deyil. Bu cür icra başçıları asılmalıdır. Onları güllələmək lazımdır. Prezident millətilə birdir. Siz niyə prezidentin əksinə gedirsiniz!.. Prezident gecə-gündüz çalışır ki, Azərbaycan xalqı yaxşı yaşasın. Hətta dövlət başçısı dəfələrlə deyib ki, məmurlar millətin xidmətçiləridir. Amma onlar millətin xidmətçiləri kimi çıxış etmirlər. Millətin "başında qoz sındırırlar”.

H.Hacıyev düşünür ki, bu cür icra başçıları getməli və onları yeni qüvvələr əvəzləməldir: "Prezidentin ətrafında onu sevənlər olmalıdır. Prezidentin tapşırıqlarını can-başla yerinə yetirsələr, Azərbaycanda böyük əmin-amanlıq yaranar. İcra başçılarıisə tam əksini edirlər. Sabotajla məşğuldurlar. Cəhd edirlər ki, milləti prezidentə incik salsınlar. Bəlkə də onların bir hisəsi keçmiş nazir Eldar Mahmudovun dövlət başçısına qarşı gerçəkləşdirmək istədiyi təxribatın iştirakçısı olub. Belə düşünürəm. Hər halda, qanunsuzluğa yol verən icra başçılarına qarşı ciddi tədbirlər görüləcək. Buna heç kimin şübhəsi olmasın.”

Müasir Müsavat Partiyasının sədri Hafiz HACIYEV qeyd edib ki, onlar ölkə başçısının iradəsinin əksinə gedirlər. Təşkilat sədrinin sözlərinə görə, həmin adamları MTN rəhbəri və generallarının aqibəti gözləyir: "Həmin icra başçıları çox sırtılıb. Görünür, çalışırlar ki, prezidentin addımlarının əleyhinə getsinlər. Belə bir fikir formalaşdırsınlar ki, prezident heç kimi saymır. Prezidentlə xalq arasında dərin yarğan yaratmaq istəyirlər. Onlar harınlayıblar. Ölkə başçısının xalqa göstərdiyi xidmət və diqqətin bircə faizini etmək istəmirlər. Onların vicdanı yoxdur. Görürlər ki, prezident və ən yaxın ətrafıgecə-gündüz bu millətin rifahıüçün nə qədər əziyyət çəkir. Buni bilə-bilə yenə də qanunsuzluq və özbaşınalıq edirlər. Onların vicdanı harada qalıb? Allahı, peyğməbəri yoxdurmu belələrinin? Prezident xalqınrifahına xidmət edir. Millətin qayğısını çəkir, problemlərini həll edir. Belə olan halda icra başçılarının vicdanı harada qalıb? Görünür, kimsə onlara deyir ki, prezidentin iradəsinin əleyhinə çıxış edin. Prezidentin fikirləri ilə razılaşmırlar. Harınlayıblar”.

Müsahibimizin qənaətincə, icra başçılarının qanunsuz yollarla əldə etdikləri mal- mülk əllərindən alınmalıdır: "Belələrinin övladlarının da qudurğanlıqları bağışlanılmalı deyil. Bu cür icra başçıları asılmalıdır. Onları güllələmək lazımdır. Prezident millətilə birdir. Siz niyə prezidentin əksinə gedirsiniz!.. Prezident gecə-gündüz çalışır ki, Azərbaycan xalqı yaxşı yaşasın. Hətta dövlət başçısı dəfələrlə deyib ki, məmurlar millətin xidmətçiləridir. Amma onlar millətin xidmətçiləri kimi çıxış etmirlər. Millətin "başında qoz sındırırlar”.

H.Hacıyev düşünür ki, bu cür icra başçıları getməli və onları yeni qüvvələr əvəzləməldir: "Prezidentin ətrafında onu sevənlər olmalıdır. Prezidentin tapşırıqlarını can-başla yerinə yetirsələr, Azərbaycanda böyük əmin-amanlıq yaranar. İcra başçılarıisə tam əksini edirlər. Sabotajla məşğuldurlar. Cəhd edirlər ki, milləti prezidentə incik salsınlar. Bəlkə də onların bir hisəsi keçmiş nazir Eldar Mahmudovun dövlət başçısına qarşı gerçəkləşdirmək istədiyi təxribatın iştirakçısı olub. Belə düşünürəm. Hər halda, qanunsuzluğa yol verən icra başçılarına qarşı ciddi tədbirlər görüləcək. Buna heç kimin şübhəsi olmasın.”


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA