"Milli Təhlükəszilik Nazirliyi ölkənin təhlükəsizliyini təmin etmək əvəzinə, əksinə ölkəyə təhlükəsizlik baxımından böyük bir təhlükə gətirdi”.
Bu sözləri Prezident İlham Əliyevin sərəncamı ilə Milli Təhlükəsizlik Nazirliyinin (MTN) ləğv edilməsi və onun bazasında iki yeni qurumun - Dövlət Təhlükəsizliyi Xidməti və Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidməti yaradılmasına münansibətini bildirən Müasir Müsavat Partiaysının sədri Hafiz Hacıyev deyib.
O bildirib ki, Milli Təhlükəsizlik Nazirliyi ölkənin milli təhlükəsizliyini yox, ancaq İlham Əliyevin dayaqlarını sarsıtmaqla məşğul olublar:
"Milli Təhlükəsizlik Nazirliyi ölkənin milli təhlükəsizliyini qorumaqla yox, ancaq İlham Əliyevin dayaqlarını sarsıtmaqla məşğul olublar. Ona görə də, bu qurum ləğv olunmalıydı. Yəni Milli Təhlükəszilik Nazirliyi ölkənin təhlükəsizliyini təmin etmək əvəzinə, əksinə ölkəyə təhlükəsizlik baxımından böyük bir təhlükə gətirdi. Bu da heç də, xoş olmayan bir hadisə oldu. Bu hadisəni də inkar etmək olmaz. Düzdür bəziləri buna dırnaqarası baxırlar, amma dünya medyasında bu hadisə bizə çox böyük bir zərbə vurdu. Mən dəfələrlə demişəm ki, Eldar Mahmudov tək deyil. Cənab prezident də çox düzgün bir addım atdı. Milli Təhlükəsizlik Nazirliyini ləğv etdi və Dövlət Təhlükəsizlik Xidmətin yaratdı. Milli Təhlükəsizlik Nazirliyində oturanlar ölkəmizdə qarışıqlıqlar yaratdılar, prezidentə baş ağrısına çevrildilər. Görünən budur ki, oraya qoyulan adam kimlərinsə himayədarıyla, prezidentin yox, başqa adamların təsiri altına düşüb. Bu gün ölkədə elə bir vəziyyət yaradıblar ki, bütün variantlarla çalışırlar ki, bu işlərin hamısın bir nəfərin üzərinə yazsınlar.
Bu məsəsləni araşdırsaq görərik ki, məsələnin kökü çox dərinliklərə gedir. Bu dərinlikləri araşdırmağa da imkan vermirlər, çünki çox təzyiqlər olur. Mən cənab prezidentə görə öz həyatımı qurban vermişəm. Buna görə də mənə basqılar çox olur. Prezident aparatında oturanlar, xöşbəxt həyat sürənlər, villaları olanlar interneti açıb baxsalar ki, Hafiz Hacıyevə ictimaiyyətdən nə qədər böyük basqı var ki, sən niyə İlahm Əliyevi bu qədər müdafiə edirsən. Bütün güclər, istər daxili istərsə də, xarici qüvvələr ancaq bir nəfərin üstünə düşüb. Bəlkə ölkədə prezidentdən başqa məsuliyyət daşıyan adam yoxdur. Bu ölkədə baş nazir, baş nazirin müavinləri, nazirlər, aparata rəhbərlik edənlər və s. var.Sual olunur, bunlar hara baxırlar?
Hafiz Hacıyev: "Heydər Əliyevin yadigarı olan İlham Əliyevə xəyanət etmək çox böyük bir insafsızlıqdır”.
Təsəvvür edin,Milli Təhlükəsizlik Nazirliyi ləğv olunur Azadlıq qəzeti Milli Təhlükəsizlik Nazirliyinin ləğv edilməsini, guya ki, aparatda başqa bir adamın adıyla bağlayır. Yəni bu gün Azərbaycanda özünü "ana müxalifət” adlandıran Kərimov Əlilər, Həsənov Cəmillər ancaq bir nəfərin üzərinə hücüma keçirlər. Onların da həm daxildən həmdə xaricdən maliyələşdiyi "Azərbaycan saatı” var. Fikir versək görərik ki, bütün bu işlərdə prezidentədən başqa heç kəsin adı hallanmır. Əksinə prezident aparatında başqa adamlar müdafiə olunur, ancaq həmişə prezident haqsız yerə vurulur, hər yerdə prezidentin adı çəkilir.
Mən də bunuları açmaq istəyirəm. Kərimov Əliylə, Həsənov Cəmilin medyası ancaq prezidentin üzərinə hücüma keçirlər. Bu Milli Şuranı yaradan, Rusiyanın layihəsi olan adamlarıı kimlər qoruyurlar? Məsələn Kərimov Əliylə, Həsənov Cəmili Azərbaycan hakimiyyəti içində görünməz əllər qoruyur. Mən də o görünməz əlləri bilirəm. Həmin əllər də bütün istiqamətləri prezidentin üzərinə yönləndirilər. Ölkədə kimsə öləndə də, kimsə yalnış iş görəndə də deyirlər prezident hara baxır. Onların məqsədi odur ki, dünya ictimaiyyəti gözündə belə bir səhnə yaratsınlar ki, ölkəni ancaq prezident bu hala salır.
Amma prezidenti təhqir edən Kərimov Əli vaxtilə Elçibəyə zəhər verib öldürübdür və Bakı şəhər prokurorluğunda da yüzlərlə adam danışdırılıb və bu fakt sübuta yetirilibdir. Amma prokurorluqdan mənə deyirlər ki, aparatdan çox mötəbər bir adam imkan vermir biz onu həbs edək. Həmin Kərimov Əlini müdafiə edən adamlar da, bu gün çalışırlar ki, ölkədə qarışıqlıq yaratsınlar ki, prezidentin başı ancaq daxili intiriqalara qarışsın, bunlar da ölkəni istədikləri kimi dağıtsınlar, talasınlar.
Bu məqsədlərinə də, qismən olsa da nail olublar, çünki Milli Təhlükəsizlik Nazirliyi buna bir sübütdür. Milli təhlükəsizlik naziri istədiyi anda özünün yaratdığı müxalifəti və Milli Təhlükəsizlik Nazirliyinə dərs verən müəyyən insanın təkidi ilə mitinqlərə başlarırdılar, istənilən anda sakitləşirdilər. Məsələn bir neçə il bundan əvvəl əsgər ölümünə görə Fəvvarələr meydanındakı qarşılıqları da Milli Təhlükəszilik Nazirliyi və aparatda oturan bir neçə nəfər yaratmışdılar. Mən bunları deyirəm, sonra ünvanıma hədə-qorxular gəlir.
Yenə deyirəm Eldar Mahmudov tək deyil. Eldar Mahmudov bir stolda oturacaqdı. Bəs burda hökümətin müavinləri, prezident kim olacaqdı? Tutaq ki, Akif Çovdarov baş nazir olacaqdı, bəs baş nazirin müavinləri kim olacaqdı? Bu barədə siyahı var və o siyahı ortaya çıxmalıdır. Nə qədər ki, o siyahı ortaya çıxmayıb Azərbaycanda hər an qarışıqlıq olacağını gözləməliyik.
Bu gün ölkədə silah müharibəsi yox, ideoloji müharibə gedir. Bu gün də o ideoloji müharibədə mən mübarizə aparıram. Heydər Əliyevin Bakıya qayıdışında da xidmətlərim olub. H. Əliyevin təhlükəsizliyini mən üzərimə götürmüşdüm. Bunları mən yox, başqaları açdı. Çünki mən istəmirdim etdiyim xidmətlər açılsın. Mən bu işləri görmüdüm, çünki bilirdim ki, Heydər Əliyev Azərbaycana lazımdır. Amma o dövrdə bizi öldürməklə hədələyənlər, indi Azərbaycan hakimiyyətindədir. Bunu deməyəndə də, Azərbaycan fəlakətə uçurumlanır. Onlar böyük bir mafiya yaradıblar və istəmirlər ki, o orbitə başqa insanlar daxil olsun. Onlar bilirdilərki, Eldar Mahmudov dövlətə xəyanət edir, sadəcə demirdilər. Çünki bu onlara xeyriydi. İstəmirəm ad çəkəm ki, ara qarışsın. Onsuzda prezident bunların hamısın gözəl bilir və əminəm ki tədbir görəcək. Heydər Əliyevin yadigarı olan İlham Əliyevə xəyanət etmək çox böyük bir insafsızlıqdır.
Hafiz Hacıyev: "Nə qədər ki, o siyahı ortaya çıxmayıb Azərbaycanda hər an qarışıqlıq olacağını gözləməliyik”
Millətimə demək istəyirəm ki, onlar hesab etməsinlər ki Cəmilov Həsən onların maraqların güdür. Bu günlərdə Cəmilov Həsən gedib ABŞ-da hər şeyi danışıb. Sual yaranır ki, Cəmilov Həsən niyə təkcə prezident haqqında danışır? Niyə hökümətin və digərlərinin haqqında da danışmır?
Yenə deyirəm onların əsas məqsədi bütün dünyanı bir nəfərin üzərinə qaldırmaqdır. Onların da hamısı hakimiyyətin öz daxilindən qidalanır. Mən də bunlara qarşı ideoloji müharibə aparıram, amma sağ ol deyən belə, yoxdur. Vaxtilə Heydər Əliyevin ölkəyə qayıtmasını istəməyənlərin indi milyardları, triliyonları var, amma Hafiz Hacıyev kirayədə qalır. Mən məsələ qoyuram ki, harda çətin yer varsa, Hafiz Hacıyev onu öz çiyninə götürməyə hazırdır. Mən millətim naminə bütün bunları etməyə hazıram. Nazir olmuşam və işlədiyim dövrdə də Azərbaycan tarixində balıqçılıq sahəsində dünyada görünməmiş bir naliyyət əldə etmişəm. İndi də həmin dövlətdir, həmin ərazidir.
Mən prezidentə xəyanət edənlərin gözlərin çıxardacam. Prezidentə xəyanət edənlər yaxşı olar ki,indi istefa verib getsinlər. Yoxsa hər şeyin üstü açılacaq. Vaxtilə Heydər Əliyevə təzyiq etdilər indi də İlham Əliyevə təzyiq edirlər. Hökümətin əksər üzvləri Eldar Mahmudovla əlbir olan adamlardır. Əli Abbasovla əlaqəsi olduğu kimi başqa nazirlərlə də əlaqəsi olubdur. İndi də hamısı qorxurlar, amma qorxmaq lazım deyil. İnqilab qurban tələb edir. Biz bu dövləti qurmamışıq ki, kimlərsə gəlib bu dövləti yıxsın. Vaxtında Eldar Mahmudovun işin açılsaydı indi bu vəziyyət də yaranmazdı.
İndi mən soruşuram bütün günü prezidentə qarşı planlar hazırlayan bir adam niyə prezident aparatında oturmalıdır? Niyə qoymurlar Kərimov Əli həbs edilsin? Mən bu məsələləri aldırmışam. Əgər yalan deyirəmsə məni həbs etsinlər.
Kərimov Əlinin müavinin həbs edirlər, amma onun özün həbs etmirlər. Bütün yaşıl işıqlar onun üçün yanıbdır. Bəzi dirnaqarası vətəni sevən məmurlar vətəni bataqlıqlara aparırlar. Ona görə istefa verib getsinlər. Prezident də ölkəni bu vəziyyətdən çıxartmaqdan ötrü çalışacaq.
Bizim partiya çox səbrlə gözləyir. Onlar elə etməsinlər ki, mən prezidentə görə ana müxalifətə keçəm və prezidenti axıra qədər müdafiə edib onun ətrafındakı bütün xəyanətkarları xalqa göstərək. Belə getsə biz prezidentin müdafiə komitəsin yaradacağıq. Biz bu variantı seçsək onların axırı yaxşı olmayacaq”(Pia.az).