Yeni İldə 100 məhbus əfv olunacaq – “Siyahıda tanınmışlar da var”

img

15-12-2015 [13:00]


"Dekabrın 31-də imzalanacaq Əfv fərmanı ilə əlaqədar komissiyaya 27 nəfərlik siyahı tədqim etmişik”.

Bu barədə aznews.az İnsan Hüquqları üzrə Birgə Qrupun üzvü, hüquq müdafiəçisi Novella Cəfəroğlu məlumat verib. Onun sözlərinə görə, əfv fərmanı siyahı əsasında olacaq: 

"Kimlərin əfv olunacağı ilə bağlı nəsə demək çətindir. Amma onu deyə bilərəm ki, siyahıda tanınmış şəxslərin də adları var”.

N.Cəfəroğlu onu da qeyd edib ki, Yeni İl bayramı ilə bağlı imzalanan fərman ümumilikdə 100 nəfərdən yuxarı məhbusa şamil olunacaq.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA