"Prezident təcili hökuməti buraxmalıdır, yeni komanda formalaşdırılmalıdır" - Partiya sədri

img

14-12-2015 [17:06]


«Hökumətin fəaliyyətinin yarıtmaz olduğunu dəfələrlə demişəm. İndi də qorxmadan, çəkinmədən öz sözümü deyəcəyəm».

Bu fikirləri mia.az-a açıqlamasında Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev deyib. Onun sözlərinə görə, Azərbaycan hökumətinə rəhbərlik edən şəxslər öz şəxsi maraqlarını güddüklərinə görə ölkə iqtisadiyyatı bu vəziyyətə düşüb: «Artıq elə bir vəziyyət yaranıb ki, qardaşım İlham Əliyevin naminə hər şeyi açıb deməliyəm. Bu gün Azərbaycanda iqtisadi komanda yoxdur. Hökumətdə bir-iki naziri çıxmaq şərtiylə hamısı provakasiya ilə məşğuldur. Azərbaycan kənd təsərrüfatı naziri olanda bu sahəni bərbad vəziyyətə qoyan İsmət Abbasov baş nazirin müavinidir. Onun bu ölkənin iqtisadiyyatına hər hansı bir töhfəsi yoxdursa, niyə bu dövlətin imkanlarından yararlanır, xidməti maşın verilir, katibələri var? Bu adamlar Azərbaycanı tamamilə qurudublar. Onlar Azərbaycanı iqtisadi sınağa çəkirlər».

Partiya sədri qeyd edib ki, hökumətin səriştəsiz fəaliyyəti nəticəsində ölkədə böyük etiraz dalğası başlaya bilər: «Samir Şərifovun verdiyi açıqlamalar, Beynəlxalq Bankın keçmiş rəhbərinin onun üzünə durması ortada ciddi provakasiyanın olduğunu göstərir. Əgər iqtisadiyyatı idarə edə bilmirlərsə, dövlət başçısının qarşıya qoyuduğu vəzifələri yerinə yetirə bilmirlərsə, təcili istefa versinlər. Kənara çəkilsinlər, kənd təsərrüfatını versinlər Hafiz Hacıyevə, altı aydan sonra xalq yağ-balın içində üzməsə, gətirib məni Azadlıq Meydanında assınlar. Hazırkı məmurlar bunu edə bilməz. Ona görə ki, onların əksəriyyəti Eldar Mahmudovun dəstəsinin üzvləridir, quyruqları başqa adamların əlindədir. Bu adamların üst-üstə 94 miylard dollar pulu xarici banklardadır. Xarici dövlətlər də bunlara təzyiq edir ki, əgər biz deyəni eləməsəniz, pulunuzu ala bildməyəcəksiz. Bu gün kəndli əlindəki südü sata bilmirsə, kənd təsərrüfatı nazirini danışmağa mənəvi haqqı yoxdur. İsmət Abbasov nə işlə məşğuldur? Bir dəfə də olsun, mütərəqqi bir adıbmı? Xeyir. Bunlar göydən zəmbillə düşməyiblər ki, xalqa bu qədər zülm verirlər».

H.Hacıyev onu da nəzərə çatdırıb ki, prezidentin apardığı islahatlar, qarşıya qoyduğu hədəflərə indiki komanda cavab vermir. «Prezident güclüdür, amma komandasında xalqə xəyanət edənlər var. Belə bir komandada təbii ki, problemlər yaranacaq. Ona görə də düşünürəm ki, Prezident təcili hökuməti buraxmalıdır, yeni komanda formalaşdırılmalıdır. Mənim vəziyyətdən çıxış kimi bu yolu görürəm. Yoxsa bunlar Azərbaycanda qan salacaqlar», - deyə Partiya sədri fikrini tamamlayıb.




Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA