Eldar Mahmudov nəinki, daxildə hətta xaricdə də özünün nəzarətində olan bir çevrə yaradıb

img

14-12-2015 [15:32]


Barəsində həbs qətimkan tədbiri seçilmiş AXCP sədrinin müavini Fuad Qəhrəmanlının MTN-in keçmiş şefinin "poçtalyon”u olduğu bildirilir.

Nardaranda baş verən məlum hadisələrdə qızışdırıcı fəaliyyətdə ittiham olunaraq həbs edilən Xalq Cəbhəsi Partiyası (AXCP) sədrinin müavini Fuad Qəhrəmanlı sabiq milli təhlükəsizlik naziri Eldar Mahmudovun müxalifət daxilindəki əsas "kadr”larından biri kimi təqdim olunur.

Bu barədə gün.Az-a açıqlama verən Müasir Müsavat Partiyasının (MMP) sədriHafiz Hacıyevbildirib ki, Eldar Mahmudovun ölkədə bütün sahələri əhatə edən şəbəkəsində çox sayda müxalifət partiyalarının funksionerləri də təmsil olunur:

"Konkret Fuad Qəhrəmanlının Eldar Mahmudovun "poçtalyon”luğunu eləməsi xəbəri mənim üçün yenilik deyil.
Bəli, MTN-in keçmiş rəhbəri öz ətrafında mətbuatı, QHT-ləri, siyasi partiyaları, başqa qurumları əhatə edən cinayətkar şəbəkə formalaşdırmışdı. O şəbəkəyə özlərini radikal kimi göstərən müxalifət partiyalarının nümayəndələri də daxil edilib. Bu barədə çoxdan məlumatımız var. Ümumiyyətlə, Eldar Mahmudov nəinki, daxildə hətta xaricdə də özünün nəzarətində olan bir çevrə yaradıb. O çevrəyə bəzi mühacirlər, o cümlədən dövlətə qarşı çıxan sabiq diplomatlar da daxildir.

Eldar Mahmudov kurasiya etdiyi müxalifətçilər vasitəsilə radikal qüvvələri müxtəlif aksiyalara sövq edirdi və əlbəttə ki, buna görə pul da verirdi.

Sonra da o aksiyaları səngidirdi və bununla da guya dövlətə xidmət etdiyini göstərməyə çalışırdı.

Fuad Qəhrəmanlıya gəldikdə isə, bu adam əslində Eldar Mahmudovla Əli Kərimli-Cəmil Həsənli cütlüyü arasında söz aparıb-gətirirdi – işi bundan ibarət idi və hər kəs də bunu bilirdi. Yəqin ki, istintaq bununla bağlı bütün həqiqətləri üzə çıxaracaq.

Hesab edirəm ki, Eldar Mahmudovun şəbəkəsinin azadlıqdakı bütün nümayəndələrinin adları açıqlanmalı və onlar barədə qəti tədbirlər görülməlidir”.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA