14-12-2015 [11:07]
"4 ilə yaxındır ki, Novxanıda bağ evində yaşayıram, qışı da, yayı da. Hər cür şərati var. Əvvəl Bakıda 9-cu mikrorayonda yaşayırdım. Bundan əlavə "Sovetski”də yaşamışam, dəniz kənarında da evim var, ancaq orda yaşamıram”.
Mia.az xəbər verir ki, musavat.com saytı sabiq təhsil naziri Misir Mərdanovun "İnteraz” telekanalında yayınlanan proqramda bu fikirlərin yer aldığı müsahibəsini dərc edib.
Şəxsi həyatı ilə bağlı geniş danışan keçmiş nazir deyib ki, şəxsi avtomobilini həmişə özü idarə edir: "Şənbə-bazar günləri həmişə şəxsi avtomobilimi özüm idarə edirəm. Sürücüyə deyirəm, get, ailə-uşağının yanına”.
Radara düşüb-düşməməsinə gəldikdə, M.Mərdanov maraqlı etiraf edib: "Nazir vəzifəsində çalışmasam da, hər kəs mənə hörmət edir, xüsusilə də yol polisi əməkdaşları. Hansısa səbəbdən avtomobili saxlayanda görürlər və "Misir müəllim, Sizsiniz, sağ-salamat gedin”, deyib yola salırlar. Hansı müəssisəyə gedirəmsə, hörmət görürəm. 15 il təhsil naziri işlədiyim vaxt və BDU-ya rəhbərlik etdiyim dövrdəki fəaliyyətim hədər getməyib. Nə etmişəmsə, onun cavabını alıram”.
İdmana münasibətindən bəhs edən M.Mərdanov deyib ki, 30 ilə yaxındır, hər gün 3 saat, səhər və axşam üst-üstə 13 km piyada gəzir: "Nə qədər ki, ayağım və başım çalışır, bu qrafikə əməl edəcəyəm. Çünki məni gümrah saxlayır”.
"Həyatda həmişə ehtiyatlı adam olmuşam, ona görə də qeyri-adi hadisə ilə qarşılaşmamışam”-deyən M.Mərdanov özünün mənfi xüsusiyyətləri barədə bunları deyib: "İnsanlara tez inanıram. Təəssüf ki, insanlara çox tez inanmışam, etibar emişəm, zaman keçdikcə görmüşəm ki, səhv etmişəm.
Rəsmi dövlət adamları gərək inanmaq məsələsində bir az ehtiyatlı olsunlar. Bu gün ayağımın altını qazanlar var, amma gərək adamın amalı saf olsun. Nə qədər qazsalar da, heç vaxt yıxılmamışam”.
44 ildir alman əsilli həyat yoldaşı ilə yaşadığını, peşman olmadığını deyən M.Mərdanov 3 övladından 7 nəvəsinin olduğunu vurğulayıb. "Uğurlarıma görə ata-anamdan sonra həyat yoldaşıma minnətdaram” deyən sabiq nazir əlavə edib ki, həyat yoldaşı ilə bir-birini qısqanması halı heç vaxt olmayıb.
Ancaq söhbət əsnasında verilişin bir neçə ay bundan əvvəl çəkildiyi ortaya çıxıb. Belə ki, M.Mərdanov ailə üzvləri barədə danışarkən qardaşının nazirlikdə çalışdığını vurğulayıb. Ancaq fakt budur ki, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Aparat rəhbərinin müavini vəzifəsində çalışan qardaşı İlham Mərdanov bir həftə öncə tutduğu vəzifədən azad edilib. Hər halda kifayət qədər maraqlı epizodlarla zəngin olan söhbətin tam həcmdə yalnız indi efirə verilməsi diqqət çəkir.
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
İran İsrail və ABŞ hədəflərinə yeni zərbələr endirib
Mehriban Əliyeva Gürcüstan Milli Muzeyində olub - FOTO
“Araz-Naxçıvan”ın prezidenti kim olacaq? - VİDEO
Polkovnik Azər Paşayev cinayət məsuliyyətinə cəlb edilib
İcra başçısının müavini vəzifədən azad olunub
Ukrayna hərbi əsiri Azərbaycana təhvil verib - VİDEO, FOTO
"Azərişıq” ASC fəsadları aradan qaldırmaq üçün gücləndirilmiş iş rejimində çalışır - VİDEO
Türkiyə Ali Məhkəməsinin Baş prokuroru Azərbaycanda yubiley medalı ilə təltif olunub
İran Ordusu: “Müharibə qarşı tərəf peşman olana qədər dayanmayacaq”
İran ABŞ-a məxsus daha bir MQ-9-u vurub
“Veysəloğlu” və “Avrora”nın həmtəsisçisi olduğu voleybol komandası Azərbaycan birinciliyinin qalibi oldu
Məmurlar Bibiheybətdə bağlanan yolda... - VİDEO
Muzeylər Dövlət Xidmətinin tabeliyinə verilir
İlham Əliyev İrakli Kobaxidze ilə görüşdü, birgə bəyanat verildi - VİDEO, FOTOLAR (YENİLƏNİB)
Tehranda iki bina vurulub: 9 nəfər ölüb – 4-ü uşaqdır
Qida borusunda yemək qalan 64 yaşlı qadın ölüb
Sabah hava necə olacaq? - Proqnoz
Bibiheybət yolunda torpaq sürüşməsi təhlükəsi yaranıb - Nəqliyyatın hərəkət qismən məhdudlaşdırılıb
ABŞ və İRAN ARASINDA İKİ MƏRHƏLƏLİ SÜLH PLANI HAZIRLANIB: atəşkəs, saziş və şərtlər…
Diplomatik xidmətə qəbul üzrə növbəti müsabiqə başlayır
Azərbaycanlı nazir Londonda 4.6 milyon funt sterlinqə mənzil alıb - Jurnalist elə fakt açıqladı ki...
İLHAM ƏLİYEV GÜRCÜSTANDA - FOTOLAR (YENİLƏNİR)
İrandan Azərbaycana narkotik keçirmək istəyiblər
“Yol hərəkəti haqqında” Qanun dəyişir
Sel Siyəzəndə körpünü apardı - FOTO
İsrail ordusu Livana zərbə endirib – 7 nəfər ölüb, yaralılar var
Ayağının altında torpaq sürüşdü, selə qapıldı - Qusarda toya hazırlaşan gənci sel apardı (VİDEO)
Mirça Luçesku komaya düşüb: "Vəziyyəti kritikdir"
Bu rayonlarda qar yağıb - SİYAHI
Yağış davam edəcək - Xəbərdarlıq
İran dini lideri əməliyyat otağında üzə çıxdı: şok videonun açıq siqnalı və... - İsrailin nüvə obyekti niyə nəhəng ekranda görüntüləndi? (VİDEO)
"İnter" - "Roma" oyunu: qapılara 7 qol vurulub
İran İsrailə raket atıb - Ölənlər var
Eldar Əzizov Keşlədə su basmış ərazidə - VİDEO
İranın Qum şəhərində bina raketlə vurulub – Ölənvə yaralananlar var
Tehranda iki ev və universitet bombalandı – Azı 13 nəfər həlak olub, xeyli yaralı var
İran eyni anda 4 ölkəni birdən vurdu – Müharibə daha da şiddətlənr