11-12-2015 [12:47]
V çağırış Milli Məclis xeyli dəyişiklərlə fəaliyyətə başladı. Parlamentdə komitələrin sayı 11-dən 15-ə qaldırıldı, əvvəlkilərin adlarında dəyişiklər edildi. Eyni zamanda, bir neçə komitənin sədri dəyişdirildi. Bir deputat bir neçə komitənin üzvü ola biləcək və s…
Təbii ki, bütün bunlar irəliyə doğru atılan addımlardır. Ancaq bu addımlar müəyyən problemlər də yaradıb.
Məsələn, Elm və təhsil komitəsinin sədri artıq Şəmsəddin Hacıyev deyil, İsa Həbibbəylidir. Lakin bu dəyişiklik deyəsən heç də hər kəsin ürəyincə olmayıb, xüsusilə keçmiş komitə sədri artıq komitə üzvü olmasını o qədər də həzm edə bilmir.
Bunu elə V çağırış Milli Məclisin Elm və Təhsil komitəsinin ilk iclasında jurnalistlər də müşahidə edib. Belə ki, iclas zamanı deputat Şəmsəddin Hacıyevin fikirləri ya sədr İsa Həbibbəyli tərəfindən qəbul edilməyib, ya da onun sözü kəsilib.
Şəmsəddin Hacıyevin də üz cizgilərindən bu vəziyyətdən razı olmadığı hiss olunub.
Hər dəqiqə qanun layihələri ilə bağlı etirazlarını yanında oturan həmkarlarına bildirib və s.
Onlar arasında ilk "mübahisə” Şəmsəddin Hacıyevin fikirlərinin İsa Həbbibəyli tərəfindən kəsilməsi ilə başlayıb. Daha sonra "Elm haqqında” qanun layihəsinin müzakirəsi zamanı İsa Həbibbəylinin bu sənədin payız sessiyasının gündəliyindən çıxarılıb, təkmilləşdirilərək yaz sessiyasının gündəliyinə salınması təklifinə Şəmsəddin Hacıyev etiraz edib və bildirib ki, qanun layihəsini o qədər yubatmağa ehtiyac yoxdur.
Keçmiş komitə sədrinin etirazı da əbəs deyildi, çünki özünün də qeyd etdiyi kimi 5 ilə yaxındır qanun layihəsi komitədə müzakirə olunub və yalnız bir dəfə, bu ilin fevralında parlamentin plenra iclasına çıxarılaraq birinci oxunuşdan keçib. Lakin millət vəkilləri qanun layihəsindən o qədər də razı qalmayıb və yeni təklifləri nəzərə alınması üçün yenidən komitəyə qaytarılıb.
Yenidən "Elm haqqında” qanun layihəsinin gecikdirilməsi isə sabiq komitə rəhbərinin imicinə təsir edir və o, buna qarşı çıxır.
Elm və təhsil komitəsinin sədri İsa Həbbibəyli sələfinin fikirləri ilə razı olmadığını deyib.
Onu da nəzərə çatdıraq ki, bu qanun layihəsinin gecikməsində əsas problem elə Milli Elmlər Akademiyası (AMEA) ilə komitə arasında anlaşılmanın olmamsı ilə əlaqələndirilirdi.
İsa Həbbibəyli indi yalnız Milli Məclisi təmsil etmir, o, həm də AMEA-nın vitse-prezidentidir və bu vəsilə ilə o, qanun layihəsində AMEA-nın etiraz etdiyi məqamlara yenidən baxılmasını istəyir.
Məhz bu səbəbdən İsa Həbibyəli Şəmsəddin Hacıyevin "qanun layihəsinə bu qədər vaxt sərf etməyə dəyməz, mənim sədrliyim vaxtı edilən təkliflər məndə qalır, onları bir həftəyə toplayıb İsa müəllimə verərəm, yenidən baxılar və müzkairə edilib, gündəliyə çıxarıla bilər” fikirlərinə etiraz edərək, qanun layihəsinin təkmilləşdirilməsi üçün yaz sessiyasına saxlanılmasının vacibliyini bildirib.
O, eyni zamanda deputatdan yalnız təklifləri soruşduğunu və bundan sonrası ilə özü məşğul olacağını deyib.
Görünən odur ki, keçmiş komitə sədri ilə yenisi arasında problemlər hələ çox davam edəcək. Çünki yeni sədr köhnəsinin hazırladığı qanun layihəsini dolayısı ilə kənara itələyib.
Şəmsəddin Hacıyevin isə bununla razılaşmadığı açıq hiss olunur.
Modern.az
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
İran İsrail və ABŞ hədəflərinə yeni zərbələr endirib
Mehriban Əliyeva Gürcüstan Milli Muzeyində olub - FOTO
“Araz-Naxçıvan”ın prezidenti kim olacaq? - VİDEO
Polkovnik Azər Paşayev cinayət məsuliyyətinə cəlb edilib
İcra başçısının müavini vəzifədən azad olunub
Ukrayna hərbi əsiri Azərbaycana təhvil verib - VİDEO, FOTO
"Azərişıq” ASC fəsadları aradan qaldırmaq üçün gücləndirilmiş iş rejimində çalışır - VİDEO
Türkiyə Ali Məhkəməsinin Baş prokuroru Azərbaycanda yubiley medalı ilə təltif olunub
İran Ordusu: “Müharibə qarşı tərəf peşman olana qədər dayanmayacaq”
İran ABŞ-a məxsus daha bir MQ-9-u vurub
“Veysəloğlu” və “Avrora”nın həmtəsisçisi olduğu voleybol komandası Azərbaycan birinciliyinin qalibi oldu
Məmurlar Bibiheybətdə bağlanan yolda... - VİDEO
Muzeylər Dövlət Xidmətinin tabeliyinə verilir
İlham Əliyev İrakli Kobaxidze ilə görüşdü, birgə bəyanat verildi - VİDEO, FOTOLAR (YENİLƏNİB)
Tehranda iki bina vurulub: 9 nəfər ölüb – 4-ü uşaqdır
Qida borusunda yemək qalan 64 yaşlı qadın ölüb
Sabah hava necə olacaq? - Proqnoz
Bibiheybət yolunda torpaq sürüşməsi təhlükəsi yaranıb - Nəqliyyatın hərəkət qismən məhdudlaşdırılıb
ABŞ və İRAN ARASINDA İKİ MƏRHƏLƏLİ SÜLH PLANI HAZIRLANIB: atəşkəs, saziş və şərtlər…
Diplomatik xidmətə qəbul üzrə növbəti müsabiqə başlayır
Azərbaycanlı nazir Londonda 4.6 milyon funt sterlinqə mənzil alıb - Jurnalist elə fakt açıqladı ki...
İLHAM ƏLİYEV GÜRCÜSTANDA - FOTOLAR (YENİLƏNİR)
İrandan Azərbaycana narkotik keçirmək istəyiblər
“Yol hərəkəti haqqında” Qanun dəyişir
Sel Siyəzəndə körpünü apardı - FOTO
İsrail ordusu Livana zərbə endirib – 7 nəfər ölüb, yaralılar var
Ayağının altında torpaq sürüşdü, selə qapıldı - Qusarda toya hazırlaşan gənci sel apardı (VİDEO)
Mirça Luçesku komaya düşüb: "Vəziyyəti kritikdir"
Bu rayonlarda qar yağıb - SİYAHI
Yağış davam edəcək - Xəbərdarlıq
İran dini lideri əməliyyat otağında üzə çıxdı: şok videonun açıq siqnalı və... - İsrailin nüvə obyekti niyə nəhəng ekranda görüntüləndi? (VİDEO)
"İnter" - "Roma" oyunu: qapılara 7 qol vurulub
İran İsrailə raket atıb - Ölənlər var
Eldar Əzizov Keşlədə su basmış ərazidə - VİDEO
İranın Qum şəhərində bina raketlə vurulub – Ölənvə yaralananlar var
Tehranda iki ev və universitet bombalandı – Azı 13 nəfər həlak olub, xeyli yaralı var
İran eyni anda 4 ölkəni birdən vurdu – Müharibə daha da şiddətlənr