11-12-2015 [12:42]
Xəbər verdiyimiz kimi, Azərbaycanın birinci prezidenti Ayaz Mütəllibov ölkə mediasına verdiyi son müsahibəsində xələfi – ikinci prezident Əbülfəz Elçibəyin ünvanına bir sıra ifadələr işlədib.
O, Əbülfəz Elçibəyi primitiv millətçi adlandırıb və qeyd edib ki, eks-prezident bilərəkdən Kəlbəcəri ermənilərə verib. Məqsəd isə Ermənistanın demokratikləşməsinə yardım etmək olub. Mütəllibovun sözlərinə görə, onun arxivində Elçibəyin qeyd olunan məsələ ilə bağlı müraciəti də var.
Ayaz Mütəllibovun ölkə mediasında xalq hərəkatı liderinin ünvanına səsləndirdiyi bu kəskin ittihamlar ictimaiyyətdə birmənalı qarşılanmayıb. Hazrda ABŞ- da yaşayan eks-spiker Rəsul Quliyev hafta.az-a açıqlama verərək Ayaz Mütəllibovun fikirlərinə münasibət bildirib:
"Ayaz Mütəllibov həyatın bütün sahələrində, kiçik məişət problemindən tutmuş qlobal dəyişmələrə qədər elə bir primitiv səviyyədədir ki, onun dediklərinə reaksiya vermək, fikir söyləmək mümkün deyildir. Sözsüz, Əbülfəz bəy elə bir fikiri heç vaxt səsləndirməyib və ümumiyyətlə heç ağlına belə gəlməzdi. Ancaq Əbülfəz bəyin kifayət qədər şübhəli, müzakirə ediləsi çıxışları sözləri olub. Həqiqət olan o çıxışlardan misal gətirmək əvəzinə, belə yalan söyləməklə diqqəti cəlb etmək primitivlik etalonudur. Bu insan Azərbaycan xalqının əleyhinə o qədər işlər görüb ki, əbədi susmalı və danışmamalıdır. Əbülfəz bəy kimi müqəddəsliyə yaxın (bəlkədə sadəliyindən) bir adam haqqında onun fikir söyləməsi insanlığa təhqirdir”.
Rəsul Quliyevin sözlərinə görə, Kəlbəcərin işğalı Elçibəyin hakimiyyətinin itirməsinə əsas səbəblərdən biri oldu:
"Kəlbəcərin işğalı faktiki Elçibəy hakimiyyətinin iflasına start verən hadisədir. Azərbaycanın "1-ci prezidentinin’ məhdud ağılı belə bir bəsit məsələni anlamağa imkan vermədiyindən ağzına gələni danışır. Savadsız və bu günə qədər dünyadan xəbərsiz adamın Ermənistanda demokratiyanın keçmiş sovet respublikaları arasında Baltik və Gürcüstanla eyni vaxtda başladığını unudub. Özünü ekonomist adlandırır, ancaq bu günə qədər makro və mikro ekonomikanın fərqini bilmir. Bu adam 1990-cı ildə Azərbaycanda demokratiyanı qanına qəltan edəndə, Ermənistanda demokratik seçkilərin keçirilməsi və hakimiyyətə artıq komunist partiyasının düşməni Ter Petrosyanın gəldiyiuni unudub. O, 1991-ci ilin aprelində sovetlərin tərkibində qalmaq istəyirsənmi deyə, referendumu keçirib. 85 faiz azərbaycanlının guya "hə" dediyini saxtalaşdıranda, Ermənistanın "bunun bizə dəxli yoxdur, biz müstəqilik" deməsindən xəbəri yoxdurmu?
Bu adam 1991-ci il avqustunda QKPÇ-ni, yəni sovet ittifaqında qanlı diktaturanı dəstəkləyəndə demokratik Ermənistanın bunun əleyhinə çıxdığını xatırlamırmı?
Bir sözlə Elçibəy harada demokratiyanın qələbə çalması üçün Kəlbəcəri verirdi, hər halda Ermənistandan söhbət getməməlidir. Əlbəttə o, heç vaxt belə bir fikir irəli sürməyib. Bu ağsaqqal yaşında olan adamın Elçibəy kimi bir şəxsiyətə belə ucuz, məntiqsiz böhtan atması bir daha onun mahiyyətini aşdı. Ömrüboyu millətinə qarşı işlər görmüş bu insanın ölənə qədər dəyişməyəcəyindən xəbər verdi. Bu təsadüflər nəticəsində hərtərəfli məhdud ağıllı bir şəxsin Azərbaycanda ən yüksək post tutmasıdır xalqın faciəsi. Rus imperiyasının qulu olub, onun istənilən tapşırığını yerinə yetirən birisinin Əbülfəz Elçibəy kimi bir adam barədə sayaqlamasına şərh yazmaq çox ağırdır. Bu insan keçdiyi həyat yolunu nəzərdən keçirib, əgər qalıbsa, abrına qısılmalı və susmalıdır. Ancaq bu hərəkəti ilə xalqa xidmət etmiş olar”.
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
İran İsrail və ABŞ hədəflərinə yeni zərbələr endirib
Mehriban Əliyeva Gürcüstan Milli Muzeyində olub - FOTO
“Araz-Naxçıvan”ın prezidenti kim olacaq? - VİDEO
Polkovnik Azər Paşayev cinayət məsuliyyətinə cəlb edilib
İcra başçısının müavini vəzifədən azad olunub
Ukrayna hərbi əsiri Azərbaycana təhvil verib - VİDEO, FOTO
"Azərişıq” ASC fəsadları aradan qaldırmaq üçün gücləndirilmiş iş rejimində çalışır - VİDEO
Türkiyə Ali Məhkəməsinin Baş prokuroru Azərbaycanda yubiley medalı ilə təltif olunub
İran Ordusu: “Müharibə qarşı tərəf peşman olana qədər dayanmayacaq”
İran ABŞ-a məxsus daha bir MQ-9-u vurub
“Veysəloğlu” və “Avrora”nın həmtəsisçisi olduğu voleybol komandası Azərbaycan birinciliyinin qalibi oldu
Məmurlar Bibiheybətdə bağlanan yolda... - VİDEO
Muzeylər Dövlət Xidmətinin tabeliyinə verilir
İlham Əliyev İrakli Kobaxidze ilə görüşdü, birgə bəyanat verildi - VİDEO, FOTOLAR (YENİLƏNİB)
Tehranda iki bina vurulub: 9 nəfər ölüb – 4-ü uşaqdır
Qida borusunda yemək qalan 64 yaşlı qadın ölüb
Sabah hava necə olacaq? - Proqnoz
Bibiheybət yolunda torpaq sürüşməsi təhlükəsi yaranıb - Nəqliyyatın hərəkət qismən məhdudlaşdırılıb
ABŞ və İRAN ARASINDA İKİ MƏRHƏLƏLİ SÜLH PLANI HAZIRLANIB: atəşkəs, saziş və şərtlər…
Diplomatik xidmətə qəbul üzrə növbəti müsabiqə başlayır
Azərbaycanlı nazir Londonda 4.6 milyon funt sterlinqə mənzil alıb - Jurnalist elə fakt açıqladı ki...
İLHAM ƏLİYEV GÜRCÜSTANDA - FOTOLAR (YENİLƏNİR)
İrandan Azərbaycana narkotik keçirmək istəyiblər
“Yol hərəkəti haqqında” Qanun dəyişir
Sel Siyəzəndə körpünü apardı - FOTO
İsrail ordusu Livana zərbə endirib – 7 nəfər ölüb, yaralılar var
Ayağının altında torpaq sürüşdü, selə qapıldı - Qusarda toya hazırlaşan gənci sel apardı (VİDEO)
Mirça Luçesku komaya düşüb: "Vəziyyəti kritikdir"
Bu rayonlarda qar yağıb - SİYAHI
Yağış davam edəcək - Xəbərdarlıq
İran dini lideri əməliyyat otağında üzə çıxdı: şok videonun açıq siqnalı və... - İsrailin nüvə obyekti niyə nəhəng ekranda görüntüləndi? (VİDEO)
"İnter" - "Roma" oyunu: qapılara 7 qol vurulub
İran İsrailə raket atıb - Ölənlər var
Eldar Əzizov Keşlədə su basmış ərazidə - VİDEO
İranın Qum şəhərində bina raketlə vurulub – Ölənvə yaralananlar var
Tehranda iki ev və universitet bombalandı – Azı 13 nəfər həlak olub, xeyli yaralı var
İran eyni anda 4 ölkəni birdən vurdu – Müharibə daha da şiddətlənr