"Eldar Mahmudovun qurduğu şəbəkədə Əli Kərimli fiquru da var" - Hafiz Hacıyev

img

09-12-2015 [15:45]


"Müasir Müsavat” partiyasının rəhbəri Hafiz Hacıyev AXCP sədrinin müavini Fuad Qəhrəmanlının həbsi ilə əlaqədar Femida.az-a danışıb.

Onun fikrincə, Fuad Qəhrəmanlı Eldar Mahmudovun biznes şəbəkəsinin əsas simalarından biri olub: "Elə bir paradoks yaranıb ki, Əli Kərimli öz ətrafında olan şəxsləri bir bir "baqaja qoyur”. Fuad Qəhrəmanlı tutulmasının səbəbini çox yaxşı bilir. O, həmişə Eldar Mahmudovun himayəsində olub. Məhz Eldar Mahmudovun himayəçiliyi ilə Fuad Qəhrəmanlı həm Azərbaycanda, həm də ölkədən kənarda özü üçün geniş biznes qurub. Lakin artıq bütün qaranlıq məsələlər bir-bir aydınlığa çıxır. Eldar Mahmudov şəbəkəsinin əsas simaları bir-bir məsuliyyətə cəlb olunur. Düşünürəm ki, AXCP daxilində Fuad Qəhrəmanlı kimiləri çoxluq təşkil edir. Şübhəsiz ki, Eldar Mahmudovun qurduğu şəbəkədə Əli Kərimli fiquru da var. Yaxın zamanlarda hələ çox həbslər görəcəyik. Azərbaycana xəyanət edən qüvvələr bir-bir cəzalarını alacaqlar”.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA