08-12-2015 [12:58]
"Nardaranda stabillikdir, amma evlərdə axtarışlar davam etdirilir. Bəzən ayrı-ayrı şəxslər hüquq mühafizə orqanları tərəfindən aparılır, dindirildikdən sonra evinə buraxılır. Hər halda, bunun təhlükəsizlik tədbirləri ilə bağlı olduğunu güman edirəm”.
Bu haqda Modern.az saytına Nardaran Ağsaqqallar Şurasının sədri Natiq Kərimov məlumat verib. O qeyd edib ki, kənddə intensiv işlər gedir: "Mən, şəxsən bildirirəm ki, bu neçə ildə Nardaran kəndində belə bir şey görünməmişdi. "Azəriqaz” və "Azərişıq”ın işçiləri tam şəkildə çalışırlar. Yəqin ki, yaxın müddətdə kəndin qaz və işıq problemi aradan qalxacaq. Sağ olsun, müvafiq qurumlar.
Amma məni düşündürən məsələ başqadır. 42 milyon manat borcun kəndin adına yazılması doğru deyil və bu, yüksək səviyyədə həll olunmalıdır. Nəinki 42 milyon, 1 milyon borcumuz olsa belə, onu vermək iqtidarında deyilik. Camaatın 95 faizi işsizdir. İş yerləri bağlanıb, insanların çoxu da ixtisara düşüb. İnanırıq ki, problem həll olunacaq.
2300 abonent 2 min, 3 min, lap 5 min manat borclu ola bilər. Axı bunların hamısı 42 milyon manat etmir?! Hesab edirəm ki, kimsə bu məsələdə əllərini bir-birinə dolaşdırır. İnanıram ki, borc cənab prezident tərəfindən silinəcək, çünki onu heç kim verə bilməz. Hamı bilsin ki, bizim 42 milyon manat borcumuzun olması mümkün deyil. Həm də istəmirəm ki, bir qrup insana görə Nardaranın adı pisə çəkilsin. Gec-tez hər şey aydınlaşmalıdır”.
Mətbuatda məşədi Natiqin həbs edilən təxribatçı qrupla əlbir olduğu, uzun müddət onları himayə etdiyi barədə informasiyalar da yer alıb. İddialara görə, Natiq Kərimov MTN-də əməkdaşlıq etdiyi qurumun etibarını qazandıqdan sonra uzun illər ərzində qəsəbədə cinayətkar şəbəkə quran Taleh Bağırzadə və dəstəsini də öz qanadı altına alaraq, onları hüquq-mühafizə orqanlarının diqqətindən yayındıra və beləliklə, daha rahat fəaliyyət göstərmələrini təmin edə bilib.
Natiq Kərimov iddiaları, sadəcə absurd adlandırır: "Absurd ittihamlara cavab vermək istəməzdim. Bircə onu deyə bilərəm ki, heç vaxt o səviyyəyə düşmərəm. Yazılanların hamısını qeyd etmişəm. İnşallah, problem kökündən tam həll olunduqdan sonra o saytın redaksiyasına gedəcəyəm. Hərəkatdan gələn adamam, islamçıyam, məni hamı tanıyır. Sosial şəbəkədə paylaşılan xəbərə yazılan rəyləri oxudum, bir nəfər də olsun yazmamışdı ki, doğrudur, Natiq agentə oxşayır. Yəqin ki, o sifarişlə yazılıb. Yaxşı ki, məni hələ başqa ölkələrin agenti kimi təqdim etməyiblər. Amma yazmamışdan əvvəl gərək dərk edələr ki, yalan bir ailə üçün nə deməkdir. Əvvəla, MTN Azərbaycanının nazirliyidir, burda utanc gətirəcək heç bir şey yoxdur. Qurumda yüzlərlə, on minlərlə vətəninə, elinə, obasına sadiq olan insan var. Onlar pula görə məsələ həll etmirlər. Sadəcə, təəssüflər”.
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
İran İsrail və ABŞ hədəflərinə yeni zərbələr endirib
Mehriban Əliyeva Gürcüstan Milli Muzeyində olub - FOTO
“Araz-Naxçıvan”ın prezidenti kim olacaq? - VİDEO
Polkovnik Azər Paşayev cinayət məsuliyyətinə cəlb edilib
İcra başçısının müavini vəzifədən azad olunub
Ukrayna hərbi əsiri Azərbaycana təhvil verib - VİDEO, FOTO
"Azərişıq” ASC fəsadları aradan qaldırmaq üçün gücləndirilmiş iş rejimində çalışır - VİDEO
Türkiyə Ali Məhkəməsinin Baş prokuroru Azərbaycanda yubiley medalı ilə təltif olunub
İran Ordusu: “Müharibə qarşı tərəf peşman olana qədər dayanmayacaq”
İran ABŞ-a məxsus daha bir MQ-9-u vurub
“Veysəloğlu” və “Avrora”nın həmtəsisçisi olduğu voleybol komandası Azərbaycan birinciliyinin qalibi oldu
Məmurlar Bibiheybətdə bağlanan yolda... - VİDEO
Muzeylər Dövlət Xidmətinin tabeliyinə verilir
İlham Əliyev İrakli Kobaxidze ilə görüşdü, birgə bəyanat verildi - VİDEO, FOTOLAR (YENİLƏNİB)
Tehranda iki bina vurulub: 9 nəfər ölüb – 4-ü uşaqdır
Qida borusunda yemək qalan 64 yaşlı qadın ölüb
Sabah hava necə olacaq? - Proqnoz
Bibiheybət yolunda torpaq sürüşməsi təhlükəsi yaranıb - Nəqliyyatın hərəkət qismən məhdudlaşdırılıb
ABŞ və İRAN ARASINDA İKİ MƏRHƏLƏLİ SÜLH PLANI HAZIRLANIB: atəşkəs, saziş və şərtlər…
Diplomatik xidmətə qəbul üzrə növbəti müsabiqə başlayır
Azərbaycanlı nazir Londonda 4.6 milyon funt sterlinqə mənzil alıb - Jurnalist elə fakt açıqladı ki...
İLHAM ƏLİYEV GÜRCÜSTANDA - FOTOLAR (YENİLƏNİR)
İrandan Azərbaycana narkotik keçirmək istəyiblər
“Yol hərəkəti haqqında” Qanun dəyişir
Sel Siyəzəndə körpünü apardı - FOTO
İsrail ordusu Livana zərbə endirib – 7 nəfər ölüb, yaralılar var
Ayağının altında torpaq sürüşdü, selə qapıldı - Qusarda toya hazırlaşan gənci sel apardı (VİDEO)
Mirça Luçesku komaya düşüb: "Vəziyyəti kritikdir"
Bu rayonlarda qar yağıb - SİYAHI
Yağış davam edəcək - Xəbərdarlıq
İran dini lideri əməliyyat otağında üzə çıxdı: şok videonun açıq siqnalı və... - İsrailin nüvə obyekti niyə nəhəng ekranda görüntüləndi? (VİDEO)
"İnter" - "Roma" oyunu: qapılara 7 qol vurulub
İran İsrailə raket atıb - Ölənlər var
Eldar Əzizov Keşlədə su basmış ərazidə - VİDEO
İranın Qum şəhərində bina raketlə vurulub – Ölənvə yaralananlar var
Tehranda iki ev və universitet bombalandı – Azı 13 nəfər həlak olub, xeyli yaralı var
İran eyni anda 4 ölkəni birdən vurdu – Müharibə daha da şiddətlənr