Əli Əhmədov xəsarət almış neftçiləri ziyarət etdi

img

07-12-2015 [17:40]


Yeni Azərbaycan Partiyası (YAP) sədrinin müavini - icra katibi, Baş nazirin müavini Əli Əhmədov bu gün Mərkəzi Neftçilər Xəstəxanasında müalicə alan, "Günəşli" yatağında baş vermiş yanğın zamanı xəsarət almış neftçiləri ziyarət edib.

Məlumata görə, bü gün neftçiləri ziyarətə həmçinin Xoşbəxt Yusifzadə, Əhliman Əmiraslanov, Musa Yaqubov gəlib.

Xatırladaq ki, dekabrın 4-də saat 17:40 radələrində güclü tufan nəticəsində "Günəşli” yatağındakı 10 saylı dərin dəniz özülündə yüksək atmosfer təzyiqi ilə işləyən sualtı qaz xəttinin dayaq borusu qırılmış, boru kəməri zədələnmiş və yanğın baş vermişdir. Xilasetmə əməliyyatı nəticəsində 33 nəfər xilas edilib. Hazırda 26 nəfərin axtarışı davam etdirilir.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA