Ərdoğan İlham Əliyevə başsağlığı verdi

img

06-12-2015 [11:20]


Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan "Günəşli” yatağındakı 10 saylı dərin dəniz özülündə baş vermiş bədbəxt hadisəilə bağlı Azərbaycan prezidenti İlham Əliyevə başsağlığı verib.

Türkiyə prezidenti baş vermiş faciədən kədərləndiyini bildirib: "Baş vermiş faciə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə və yaxınlarına, bütün Azərbaycan xalqına öz adımdan və Türkiyə xalqı adından dərin hüznlə başsağlığı verir, yaralananlara şəfa diləyirəm. Türkiyə bu çətin anlarda hər zaman olduğu kimi Azərbaycan dövləti və xalqına lazımi köməyi göstərməyə hazırdır”.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA