04-12-2015 [19:59]
Noyabrın 26-da güc strukturlarının Nardaran qəsəbəsində qəfil həyata keçirdikləri və 2-si polis olmaqla 7 nəfərin ölümü, 40-ya yaxın şəxsin isə həbsiylə nəticələnən əməliyyatın səbəbləri və təfərrüatları ilə bağlı hər gün yeni-yeni xəbərlər yayılır.
Hökumət qüvvələrinin davranışlarından və bütün ölkə boyu güc strukturlarının hazırlıq vəziyyətinə gətirilməsindən açıqca görünür ki, hakimiyyət terrora, dövlət çevrilişinə və ölkədə şəriət dövləti qurmağa hazırlaşmaqda ittiham edərək həbsə atdığı "Müsəlman Birliyi Hərəkatı”nın lideri Tale Bağırzadənin və tərəfdarlarının arxasında həm də hansısa böyük bir xarici gücün durduğu qənaətindədir. Hətta ola bilsin ki, hakimiyyətdəməhz o gücün ölkədə kütləvi iğtişaşlar törədəcəyi haqda hansısa konkret informasiyalar, əməliyyat siqnalları da var və bütün bu fövqəladə ehtiyat tədbirləri bununla bağlıdır.
Ancaq hansı gücün, hansı dövlətin?
Hazırda cəmiyyətin diqqətinin bu məsələyə yönəldiyi bir vaxtda, dünən Qafqaz Müsəlmanları İdarəsinin sədriHacı Allahşükür Paşazadə olduqca maraqlı açıqlama verib. Bütün Qafqazın Şeyxi Nardaranda baş verənlərin kökünün "başqa yerlərə gedib çıxdığı”haqda bəyanat verərək, deyib: "Bunların kökü xaricdən gəlir. Xaric deyəndə bəziləri qonşuluqdakı dövlətləri nəzərdə tutur. Lakin nə Türkiyə, nə də İran Azərbaycanda iğtişaşın tərəfdarıdır. İran Azərbaycanda sülh olmasını istəyir”…
Qeyd edək ki, Şeyxin bu açıqlamasında dərhal İran və Türkiyənin Azərbaycanda iğtişaşda maraqlı olmadığını, xüsusən də "İran Azərbaycanda sülh olmasını istəyir” fikrini qabartması avtomatik olaraq diqqəti Azərbaycanda hakimiyyəti dəyişmək məqsədiylə daxildə iğtişaş təşkil etmək imkanlarına və marağına sahib digər güclərə – xüsusən də Rusiya və Qərbə yönəldir. Şeyxin özünün Rusiya ilə də olduqca isti və hətta deyərdik ki, qırılmaz münasibətlərini nəzərə aldıqda isə, hədəf bir qədər də konkretləşir: aydın olur ki, Şeyx ad çəkməsə də, dolayısıyla bu məsələdə Qərbin əlinin olduğuna eyham vurur və nəyin bahasına olursa-olsun Taleh Bağırzadənin arxasında İranın durmadığı mesajını vermək istəyir…
Qeyd edək ki, Şeyxin bu açıqlaması hazırda ciddi müzakirəyə çevrilməklə yanaşı, Qərbə yaxın siyasətçilərin də qəzəbinə və adekvat reaksiyalara səbəb olub.
Belə ki, "AzPolitika.info”nun müxbiriylə bu mövzuda söhbəti zamanı Azərbaycanın tanınmış qəbmeylli siyasətçilərindən biri olduqca maraqlı informasiyalar verib.
Həmin siyasətçinin dediyinə görə, Şeyx Taleh Bağırzadənin İranla əlaqələrinin olmadığını və son vaxtlar Qərblə yaxınlaşdığını, onu son davranışlara da məhz Qərbyönümlü qüvvələrin təhrik etdiyi fikrini yaymağa çalışsa da, əslində ortadakı dəlil-sübutlar tamam başqa şey deyir: "Hazırda hakimiyyət, o cümlədən də Şeyx Allahşükür Paşazadə Taleh Bağırzadənin Milli Şura üzvü olması faktından istifadə edərək, onu bu düşərgəyə bağlamaq istəyirlər. Ancaq çox az adam bilir ki, Taleh Bağırzadəyə dəfələrlə Qərb institutlarıyla işləmək təklifi olsa da, o, məhz İranla olan əlaqələrinin kəsiləcəyindən ehtiyatlanaraq, bundan imtina edib. Hətta məndə olan məlumata görə, Milli Şura rəhbərliyindən Əli Kərimli və Cəmil Həsənli ötən ay ABŞ səfirliyinə Taleh Bağırzadənin adını noyabrın 23-24 Bakıda səfərdə olan ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisinin müavini xanım Bridget Brinklə görüş protokoluna da salmaq istəyiblər. Baxmayaraq ki, belə bir görüş Taleh Bağırzadəyə ciddi nüfuz gətirə və onu Azərbaycanda siyasi islamın faktiki liderinə çevirə bilərdi, ancaq Taleh Bağırzadə məhz İranla sabit maddi-siyasi əlaqələrinin qırılacağı və bunun da ona əlavə problemlər gətirəcəyi səbəbiylə bu görüşdən imtina etdi. İndi Şeyxin böyük canfəşanlıqla Tale Bağırzadənin hamisi kimi İranın adını çəkməkdən yayındırması xeyli suallar yaradır”.
Qeyd edək ki, "AzPolitika.info” digər mənbələrlə dəqiqləşdirib ki, həqiqətən də ötən ayın 18 və 24-də ABŞ səfirliyində Milli Şura rəhbərliyinə daxil olan şəxslərlə görüş keçirilib.
Bildirildiyinə görə, noyabrın 18-də keçirilən görüş təxminən bir həftə sonra ölkəmizə səfəri planlaşdırılan ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisinin müavini xanım Bridget Brinkin başçılığı ilə gələcək nümayəndə heyətiylə qəbula hazırlıq məqsədi daşıyıb. Noyabrın 24-də isə AXCP sədri Əli Kərimli və Milli Şuranın sədri Cəmil Həsənli, həmçinin Müsavat başqanı Arif Hacılı səfirlikdə ABŞ-dan gəlmiş nümayəndə heyətiylə görüşüblər.
Xatırladaq ki, Dövlət katibinin köməkçisinin müavini hakimiyyət düşərgəsindən isə Prezident İlham Əliyev və Xarici İşlər naziri Elmar Məmmədyarovla görüşüb.
AzPolitika.info
Xoşqədəm, Zaur Kamal, Zaur Baxşəliyev, Elgiz Əkbər və... - Verilişi bağlanan aparıcılar sosial mediada reklama girişiblər
“Yaxın vaxtlarda ölüb gedəcəyəm, mənə söz verin” - Məşhur müğənni sevənlərindən elə şey istədi ki…
“Bakcell” ilə ingilis dilini “Singit” tətbiqində öyrən
Həkim Azər Maqsudov cəzadan azad edilib
İlham Əliyev İrakli Kobaxidze ilə görüşdü, birgə bəyanat verildi - VİDEO, FOTOLAR (YENİLƏNİB)
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
İran İsrail və ABŞ hədəflərinə yeni zərbələr endirib
Mehriban Əliyeva Gürcüstan Milli Muzeyində olub - FOTO
“Araz-Naxçıvan”ın prezidenti kim olacaq? - VİDEO
Polkovnik Azər Paşayev cinayət məsuliyyətinə cəlb edilib
İcra başçısının müavini vəzifədən azad olunub
Ukrayna hərbi əsiri Azərbaycana təhvil verib - VİDEO, FOTO
"Azərişıq” ASC fəsadları aradan qaldırmaq üçün gücləndirilmiş iş rejimində çalışır - VİDEO
Türkiyə Ali Məhkəməsinin Baş prokuroru Azərbaycanda yubiley medalı ilə təltif olunub
İran Ordusu: “Müharibə qarşı tərəf peşman olana qədər dayanmayacaq”
İran ABŞ-a məxsus daha bir MQ-9-u vurub
“Veysəloğlu” və “Avrora”nın həmtəsisçisi olduğu voleybol komandası Azərbaycan birinciliyinin qalibi oldu
Məmurlar Bibiheybətdə bağlanan yolda... - VİDEO
Muzeylər Dövlət Xidmətinin tabeliyinə verilir
Tehranda iki bina vurulub: 9 nəfər ölüb – 4-ü uşaqdır
Qida borusunda yemək qalan 64 yaşlı qadın ölüb
Sabah hava necə olacaq? - Proqnoz
Bibiheybət yolunda torpaq sürüşməsi təhlükəsi yaranıb - Nəqliyyatın hərəkət qismən məhdudlaşdırılıb
ABŞ və İRAN ARASINDA İKİ MƏRHƏLƏLİ SÜLH PLANI HAZIRLANIB: atəşkəs, saziş və şərtlər…
Diplomatik xidmətə qəbul üzrə növbəti müsabiqə başlayır
Azərbaycanlı nazir Londonda 4.6 milyon funt sterlinqə mənzil alıb - Jurnalist elə fakt açıqladı ki...
İLHAM ƏLİYEV GÜRCÜSTANDA - FOTOLAR (YENİLƏNİR)
İrandan Azərbaycana narkotik keçirmək istəyiblər
“Yol hərəkəti haqqında” Qanun dəyişir
Sel Siyəzəndə körpünü apardı - FOTO
İsrail ordusu Livana zərbə endirib – 7 nəfər ölüb, yaralılar var
Ayağının altında torpaq sürüşdü, selə qapıldı - Qusarda toya hazırlaşan gənci sel apardı (VİDEO)
Mirça Luçesku komaya düşüb: "Vəziyyəti kritikdir"
Bu rayonlarda qar yağıb - SİYAHI
Yağış davam edəcək - Xəbərdarlıq
İran dini lideri əməliyyat otağında üzə çıxdı: şok videonun açıq siqnalı və... - İsrailin nüvə obyekti niyə nəhəng ekranda görüntüləndi? (VİDEO)
"İnter" - "Roma" oyunu: qapılara 7 qol vurulub
İran İsrailə raket atıb - Ölənlər var
Eldar Əzizov Keşlədə su basmış ərazidə - VİDEO