"Belə qruplara qoşulan gəncləri..." - PA-nın şöbə müdirindən gənclərə çağırış

img

04-12-2015 [18:17]


"Mən, Azərbaycanın hər bir gəncinə müraciət edirəm ki, dünyəvilik ideyalarını rəhbər tutsun. Azərbaycanın gələcəyi daha da xoşbəxt olmalıdır. Bizim gənclər sabah Azərbaycan dövlətinin əsasını təşkil edəcək. Onlar dövlətimizi, Vətənimizi qoruyacaqlar. Arzu edirəm ki, gənclərimiz hər zaman ulu öndər Heydər Əliyevin ideyaları əsasında yaşasınlar".

Bu fikirləri jurnalistlərə müsahibəsində Azərbaycan Respublikası Prezidenti Administrasiyasının hüquq mühafizə orqanları ilə iş şöbəsinin müdiri Fuad Ələsgərov deyib.

Fuad Ələsgərov bildirib ki, dini radikalizm və digər neqativ hallar Azərbaycan cəmiyyətinə xas deyil:

"Bizim gənclər də təbliğat işlərində aktiv olmalıdır. Dini radikalizm və ekstremizmlə mübarizə ilə bağlı Azərbaycanda bütün normativ aktlar mövcuddur. Bu hüquqi aktların təkmilləşdirilməsi ilə bağlı Azərbaycan parlamenti təşəbbüslə çıxış edib. Şübhəsiz ki, Azərbaycan gəncləri də dini radikal qruplara qoşulmayacaq və dini radikalizm əleyhinə təbliğat işləri aparacaqlar. Belə qruplara qoşulan gəncləri düz yola dəvət edirik”.

AzerTac


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA