03-12-2015 [11:26]
Azərbaycanda dini radikalizmin sürətlə yayıldığını bildirən Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyevə görə, partiyaların fəaliyyətinə xüsusi diqqət ayırılmqla yanaşı, demokratik islahatrların həyata keçirilməsi də çox vacibdir:
"Siyasətdə bəzi məsələləri məhdudlaşdıranda dinlə əlaqəli qurumlar çox sürətlə inkişaf edirlər və öz ətraflarını genişləndirirlər. Ona görə də Azərbaycanda demokratik müxalifətə geniş yer verilməlidir. Müxalifət öz fikirlərini cəmiyyətə çatdırmalıdır və cəmiyyətlə sıx təmasda olmalıdır. Biz bunu tam bərpa edə bilməsək də, Azərbaycanda islamçı müxalifət, din pərdəsi altında maskalanmış insanlar daha çox təşkilatlanıb üzə çıxacaqlar. Bunun qarşısını almaq üçün partiya olaraq xalq arasında daha çox təbliğatlarımızı qura bilərik, xalqla daha sıx təmasda ola bilərik. Azərbaycanda partiyaların inkişafına sərbəstlik verilməlidir. Bizim partiyamızda müxalifət partiyasıdır.
Partiya olaraq xalqla təmasımızda əngəllər yaradılmamlıdır. Eyni zamanda televiziyalarda bizlərə yer verilsin ki, təmaslar qura bilək. Əgər bu olmasa əlbəttə ki, ikinci bir qüvvə ortaya çıxmalıdır. Ortalığa çıxan qüvvələr isə daha çox radikalizmə meyllənirlər və din pərdəsi altında ölüm-itimlə nəticələnən hadisələr baş verir. Məsələn, bu gün Suriyada niyə millət qırılır? Ona görə ki, Suriyada demokrativ hakimiyyət yoxdur. Bunun nəticəsində din pərdəsi altında bir çox təşkilatlar əmələ gəlib. Belə təşkilatlar hər zaman fəaliyyət göstərirlər.
Bugünkü Nardaran hadisələrinə fikir verəndə görürük ki, xalq orda sıxılmış vəziyyətdə 5-10 nəfərin əlində qalıblar. Nardaran camaatı ağıllı camaatdır. Orda ləyaqətli ziyalılar yetişib. Ancaq orda müəyyən təsir altında olan 5-10 nəfər ölkədə qarşılıqlıq yaratmaq istəyirlər. Buna görə də ölkədə demokratiyanın inkişafına xüsusi diqqət ayırmaq lazımdır. Demokratiyanı xaosa çevirmək də olmaz. Ölkədə idarəolunun demokratiya formalaşmalıdır. Azərbaycanda yaranmış bugünkü vəziyyət bizi qane etmir. Azərbaycanda sağlam müxalifətə imkan yaradılmalıdır ki, o boşluğu doldura bilək. Azərbaycanda ənənəvi, dünyəvi müxalifəti islamçı müxalifətin əvəz etməməsi üçün partiyaların inkişafına geniş meydan açılmalıdır.
Dini radikalizmin qarşısını almaq üçün insanların incidilməsinin, bəzi məmur təbəqəsinin özbaşınalığının qarşısı alınmalıdır. Bizdə olan məlumata görə, Nardaran hadisələrində Sabunçu İcra başçısının da rolu böyük olub. Dini radikalizmin yaradılmasında xarici qüvvələrin də böyük rolu var. Iran parlamentinin deputatı Nardaran çağırışı edir ki, fəallaşın. İran bugünkü gündə Azərbaycandan üzr istəməlidir. Bu gün Azərbaycanda dini radikalizm artmaqda davam edir və heç bir tədbir görə bilmirik. Çox təəssüf edici haldır ki, bizim din rəhbərlərindən heç biri Nardarana gedib camaatla söhbət emədi. Bu xoşagəlməz bir haldır. Mən bunun gələcəyini çox qorxulu görürəm. Qarşısının alınması üçün yeganə yol Azərbaycanda demokratik islahatların aparılmasıdır”.
Xoşqədəm, Zaur Kamal, Zaur Baxşəliyev, Elgiz Əkbər və... - Verilişi bağlanan aparıcılar sosial mediada reklama girişiblər
“Yaxın vaxtlarda ölüb gedəcəyəm, mənə söz verin” - Məşhur müğənni sevənlərindən elə şey istədi ki…
“Bakcell” ilə ingilis dilini “Singit” tətbiqində öyrən
Həkim Azər Maqsudov cəzadan azad edilib
İlham Əliyev İrakli Kobaxidze ilə görüşdü, birgə bəyanat verildi - VİDEO, FOTOLAR (YENİLƏNİB)
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
İran İsrail və ABŞ hədəflərinə yeni zərbələr endirib
Mehriban Əliyeva Gürcüstan Milli Muzeyində olub - FOTO
“Araz-Naxçıvan”ın prezidenti kim olacaq? - VİDEO
Polkovnik Azər Paşayev cinayət məsuliyyətinə cəlb edilib
İcra başçısının müavini vəzifədən azad olunub
Ukrayna hərbi əsiri Azərbaycana təhvil verib - VİDEO, FOTO
"Azərişıq” ASC fəsadları aradan qaldırmaq üçün gücləndirilmiş iş rejimində çalışır - VİDEO
Türkiyə Ali Məhkəməsinin Baş prokuroru Azərbaycanda yubiley medalı ilə təltif olunub
İran Ordusu: “Müharibə qarşı tərəf peşman olana qədər dayanmayacaq”
İran ABŞ-a məxsus daha bir MQ-9-u vurub
“Veysəloğlu” və “Avrora”nın həmtəsisçisi olduğu voleybol komandası Azərbaycan birinciliyinin qalibi oldu
Məmurlar Bibiheybətdə bağlanan yolda... - VİDEO
Muzeylər Dövlət Xidmətinin tabeliyinə verilir
Tehranda iki bina vurulub: 9 nəfər ölüb – 4-ü uşaqdır
Qida borusunda yemək qalan 64 yaşlı qadın ölüb
Sabah hava necə olacaq? - Proqnoz
Bibiheybət yolunda torpaq sürüşməsi təhlükəsi yaranıb - Nəqliyyatın hərəkət qismən məhdudlaşdırılıb
ABŞ və İRAN ARASINDA İKİ MƏRHƏLƏLİ SÜLH PLANI HAZIRLANIB: atəşkəs, saziş və şərtlər…
Diplomatik xidmətə qəbul üzrə növbəti müsabiqə başlayır
Azərbaycanlı nazir Londonda 4.6 milyon funt sterlinqə mənzil alıb - Jurnalist elə fakt açıqladı ki...
İLHAM ƏLİYEV GÜRCÜSTANDA - FOTOLAR (YENİLƏNİR)
İrandan Azərbaycana narkotik keçirmək istəyiblər
“Yol hərəkəti haqqında” Qanun dəyişir
Sel Siyəzəndə körpünü apardı - FOTO
İsrail ordusu Livana zərbə endirib – 7 nəfər ölüb, yaralılar var
Ayağının altında torpaq sürüşdü, selə qapıldı - Qusarda toya hazırlaşan gənci sel apardı (VİDEO)
Mirça Luçesku komaya düşüb: "Vəziyyəti kritikdir"
Bu rayonlarda qar yağıb - SİYAHI
Yağış davam edəcək - Xəbərdarlıq
İran dini lideri əməliyyat otağında üzə çıxdı: şok videonun açıq siqnalı və... - İsrailin nüvə obyekti niyə nəhəng ekranda görüntüləndi? (VİDEO)
"İnter" - "Roma" oyunu: qapılara 7 qol vurulub
İran İsrailə raket atıb - Ölənlər var
Eldar Əzizov Keşlədə su basmış ərazidə - VİDEO