Partiya sədrindən deputata sərt təpki

img

02-12-2015 [17:52]


Müasir Müsavat Partiyası (MMP) yeni seçilmiş deputat Naqif Həmzəyevin Məhəmməd Əmin Rəsulzadə ilə bağlı səsələndirdiyi fikirlərə etiraz edib.

Bu barədə mia.az-a açıqlama verən partiya sədri Hafiz Hacıyev deyib ki, Rəsulzadənin kim olduğunu anlamayan bir adamın parlamentdə oturdulması Azərbaycan xalqına təhqirdir: "Bu adamın dediyi fikirlər əziz qardaşım prezident İlham Əliyevin Rəsulzadəyə verdiyi qiymətin üstündən xətt çəkir. Belə çıxır ki, bu adam dövlət başçısının da mövqeyinin əleyhinə gedir. Bu cür adamlar xalqın qınağına tuş gəlməlidir. Mən gəncəliləri səsləyirəm ki, onu parlamentdən geri çağırsınlar. Parlamentdə oturan deputatlara da üzümü tutub deyirəm ki, bu barədə mövqelərini sərt şəkildə bildirsinlər".

MMP sədri onu da nəzərə çatdırıb ki, parlamentdəki deputatlardan bu məsələdə həmrəylik nümayiş etdirilməsini gözləyir.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA