"Din xadiminin əlində Quran olur, qumbara yox..." - Siyavuş Novruzov

img

01-12-2015 [14:56]


"Heç kəs dövlət qarşısında şərt qoya bilməz". Bunu Nardaranda əməliyyat keçirilməsinə münasibət bildirən Milli Məclisin İctimai birliklər və dini icmalar komitəsinin sədri Siyavuş Novruzov deyib.

S. Novruzov bildirib ki, Azərbaycan vətəndaşı qanuna tabe olmalı, heç bir ayrı-seçkilik olmamalıdır: "Dövlətə qarşı ərköyünlük şəraiti yaratmaq olmaz. Dövlətin hansısa kənddən çəkindiyini söyləmək də düzgün deyil. Din xadiminin əlində Quran olur, avtomat, qumbara yox. Bu, sırf təhlükəsizlik məsələsidir. Azərbaycan hüquq-mühafizə orqanları tərəfindən lazımi addımlar atılacaq ki, hər bir vətəndaş qanuna tabe olsun, sabitlik qorunsun”.
S. Novruzov qeyd edib ki, Nardaranda baş verən adi kriminal hadisə deyil: "Burada ixtisaslaşmış, xüsusi hazırlanmış dəstədən söhbət gedir. Saxlanılanların əksəriyyətinin Nardarana heç bir aidiyyəti yoxdur, başqa rayonlardan gəlib, başqa ölkənin ərazisində təlim keçiblər. Bu, sırf terror hadisələrinin həyata keçirilməsi, insanlarda xof yaradılması üçün yaradılmış dəstədir. Bu, terror qrupudur. Onlar dövlət və hökumət nümayəndələrinə qarşı sui-qəsdlər təşkil etmək, Konstitusiya quruluşunu dəyişmək istəyiblər".


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA