"Ciddi təhriflərə yol verilib" - Rəsulzadə haqda deyilənlər təkzib olundu

img

01-12-2015 [14:18]


"Millət vəkili Naqif Həmzəyevin Məmməd Əmin Rəsulzadəni guya təhqir etməsi və onun barəsində aşağılayıcı fikirlər söyləməsi barədə musavat.com saytında yayımlanmış materialda jurnalistika prinsiplərinə zidd olan ciddi təhriflərə yol verilib.  

Məqalənin müəllifi Xalidə Gəray bizim layihəmiz çərçivəsində jurnalistlərin Gəncə səfərində iştirak edib və onunla millət vəkili Naqif Həmzəyev arasında sözügedən məsələ barədə həqiqətən də dialoq olub. Lakin Xalidə Gəray söhbəti tamamilə təhrif edərək, millət vəkilinin işlətmədiyi ifadələri onun adına yazıb və bununla da ictimaiyyətdə çaşqınlıq yaradacaq davranışa yol verib”.

Bunu bir qrup jurnalistin Gəncəyə səfərini  təşkil etmiş "İslahatçı Gənclər” İctimai Birliyinin sədri Vüsalə Hüseynli  bildirib.

 O, qeyd edir ki, Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyləşdirdiyi "Səfir olsaydım, Azərbaycan necə təmsil edərdim” adlı layihə üzrə Gəncədə keçirilmiş tədbirdə "Yeni Müsavat” qəzetinin əməkdaşı ilə millət vəkili Naqif Həmzəyev arasında musavat.com-da təqdim olunmuş şəkildə hər hansı dialoq olmayıb:

 "Məqalə həmin dialoqun ruhuna tamamilə ziddir. Orada xanım jurnalistin təqdim etdiyi kimi, təhqiredici ifadələrdən istifadə olunmayıb.

Müəllif həmin söhbəti təhrif edib və millət vəkilinə qarşı açıq qərəz nümayiş etdirib. Təəssüf edirəm ki, yüksək mədəniyyətlə qarşılanmış jurnalist xanım ucuz sensasiya xatirinə belə bir davranışa yol verib”.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA