Milli Məclisin yeni komitələrinin üzvləri məlum olub - SİYAHI

img

01-12-2015 [12:43]



Milli Məclisdə yeni yaradılan 4 komitənin üzvləri müəyyənləşib. 
Mia.az "report”a istinadən xəbər verir ki, Əhliman Əmiraslanovun sədri olduğu Səhiyyə komitəsinə deputatlar Məlahət İbrahimqızı, Kəmaləddin Qafarov, Rəşad Mahmudov və Rafiq Məmmədhəsənov seçilib.
Aqiyə Naxçıvanlının sədri olduğu Ailə, qadın və uşaq məsələləri komitəsinə deputatlar Dilarə Cəbrayılova, Sona Əliyeva, Sədaqət Vəliyeva, Siyavuş Novruzovun sədri olduğu İctimai birliklər və dini qurumlar komitəsinə deputatlar Nizami Cəfərov, Nəriman Əliyev, Səttar Möhbalıyev, Cavanşir Paşazadə, Fuad Muradovun sədri olduğu Gənclər və idman komitəsinə deputatlar Naqif Həmzəyev, Elşad Həsənov, Sevinc Hüseynova və Şahin İsmayılov seçilib.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA