"Bölücülük aparmaq istəyən heç bir qüvvə öz bəd niyyətinə nəsib ola bilməyəcəkdir"- Kəramət Salayev

img

28-11-2015 [13:08]


Doğru Yol Partiyası təşkilat komitəsinin sədri Kəramət Salayev 26 noyabr tarixində Nardaran kəndində baş verən hadisəyə münasibət bildirmişdir. Mia.az Kəramət Salayevin sosial şəbəkədə hadisə haqqında status yazısını öz oxucularına təqdim edir.

Nardaranda məmləkətimizin övladlarının şəhid olması nəticəsində baş verən hadisədən çox üzüldüm. Hadisə nəticəsində günahsız olaraq dünyasını dəyişənlərə uca Allahdan rəhmət diləyir, yaxınlarına baş sağlığı verir və yaralılara şəfa diləyirəm.

Ölkəmizi qan gölünə çevirib, qardaş qırğını yaratmaq istəyən mənfur qüvvələr bilməlidirlər ki, Azərbaycan xalqı bütün tarix boyu birliyini, bərabərliyini, qardaşlığını tarixin ən ağır dövrlərində qoruyub saxlamışdır. Heç bir bədxah qüvvə xalqımızı milli etnik baxımdan, dini təriqət baxımdan bölə bilməz.

Hadisə nəticəsində anti İslam əhval ruhiyyəsini yaymaqla əslində özlərinin də simalarını pərdəarxasında gizlətdiyi qüvvələr arxayın olsunlar ki, vəziyyətdən yararlanıb müqəddəs dinimizə qarşı qarayaxma, aşağılama niyyətləri puç olacaqdır. Azərbaycan xalqını 70 illik Allahsız, materialist mənfur kommunist rejimi məhv edib, xalqımızı öz dinindən ayıra bilmədisə xərcələnən milyon dollarların hesabına da bu mümkün olmayacaqdır.

Nardaran hadisəsindən sonra cəmiyyətimizdə dış güclərin əlində marionet olub ölkəsinə, xalqına qarşı radikal addımlarla zərbə vuran insanlar haqqında bir daha təhlillərin getdiyini müşahidə etdim. Qəlbində ALLAH eşqi, ilahi haqq- ədalət qanunlarına bağlı müxtəlif təriqətlərdə olanların bir birinə daha da yaxınlaşmasını gördüm.

Azərbaycanda bölücülük aparmaq istəyən heç bir qüvvə öz bəd niyyətinə nəsib ola bilməyəcəkdir.

ALLAH məmləkətimizin, xalqımızın birliyinə, bərabərliyinə, qardaşlığına nifaq salmaq istəyənlərə fürsət verməsin !

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA