"...bundan başqa əlavə məlumat verilməyəcək" - Usubov Nardaran Olayından danışdı

img

27-11-2015 [14:00]


Daxili İşlər Naziri Ramil Usubov ötən gün Nardaranda baş verən hadisələrə münasibət bildirib.

Nazir hadisənin təfərrüatı ilə bağlı rəsmi qurumların məlumat yaydığı diqqətə çatdırıb. "Hadisə baş verəndən sonra rəsmi qurumlar cəmiyyətə məlumat verib. Aidiyyatı qurumlar rəsmi açıqlama yayaraq hadisənin təfərrüatlarını ictimaiyyətə açıqladı. Odur ki, bundan başqa əlavə məlumat verilməyəcək”-deyə Ramil Usubov vurğulayıb(azvision.az).

Qeyd edək ki, ötən gün Nardaranda baş verən silahlı insident zamanı həlak olan polis əməkdaşları Nəsibov Vüqar Eyyub oğlu və Tağıyev İsmayıl Rəsul oğlunun II Fəxri Xiyabanda dəfn mərasimi keçirilir. Dəfn mərasimində Azərbaycan Respublikasının Baş Prokuroru Zakir Qaralov, Milli Təhlükəsizlik nazirinin birinci müavini Mədət Quliyev, Daxili İşlər Naziri Ramil Usubov, Baş Prokurorun müavini Rüstəm Usubov, daxili işlər nazirinin müavini Vilayət Eyvazov, Baş Dövlət Yol Polisi İdarəsinin rəisi, general-mayor Ramiz Zeynalov, Daxili İşlər Nazirliyi Baş Mühafizə İdarəsinin rəisi, general-mayor Yaşar Əliyev və yüksək rütbəli polis zabitləri iştirak edirlər.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA