Ərdoğandan Putinə xəbərdarlıq: “Bizi növbəti addımlar atmağa vadar etməsinlər”

img

27-11-2015 [11:09]


Türkiyənin baş naziri Rəcəb Tayyip Ərdoğan Rusiuyanın Suriyada yerləşdirdiyi S-400 "Trimf” raketlərinin Türkiyə təyyarələrini vurarsa, bunu təcavüz aktı hesab edəcəyini deyib. Modern.az xəbər verir ki. bu barədə Ərdoğan "CNN” telekanalına müsahibəsində bildirib.

Jurnalistin ehtimal olaraq Ruisiyanın Türkiyə təyyarəsini vurmasına rəsmi Ankaranın hansı reaksiyanı verəcəyi sualını cavablandırarkən Ərdoğan belə bir hadisənin baş vermə ehtimalının yüksək olduğunu və buna qarşı təxirəsalınmaz addımlar ata biləcəklərini deyib:

"Biz regionda hər hansı gərginlik ocağı görmək istəmirik. Biz bunda iştirak ertmək istəmirik. Hesab edirəm ki, Suriyaya dəstək olanlar və onu silahlandıranlar baş verənlərə görə məsuliyyət daşıyır. Əgər Türkiyə təyyarəsi vurularsa, bu bizə növbəti addımlar atmağa vadar edəcək”.

Ərdoğan Rusiyanın hələ Bəşər Əsədin atası Hafiz Əsədin zamanında Suriyanı silahlandırdığını deyib.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA