"Bu cür silahlı qarşıdurmalar..." - Müsavat başqanından açıqlama

img

26-11-2015 [22:21]


Xəbər verdiyimiz kimi bu gün Nardaranda polislə dindarlar arasında qarşıdurma yaşanıb.

Hadisə ilə bağlı Müsavat partiyasının başqanı Arif Hacılının mövqeyi belədir: 

" Hadisə zamanı 6 vətəndaşımızın həlak olması hamını dərindən düşünməyə vadar edir. Müsavat partiyası olaraq biz məsələnin baş vermə səbəblərini, mahiyyətini araşdırırıq. İlk olaraq onu deyə bilərəm ki, bu baş verən hadisə faciədir. Biz istənilən məsələnin dinc yolla, siyasi üsullarla həllinin tərəfdarıyıq. Bu cür silahlı qarşıdurmalar Azərbaycan üçün arzuolunmazdır və arzuolunmaz nəticələrə gətirib çıxara bilər. İndilik hadisə ilə bağlı birtərəfli məlumata sahibəm və hadisənin detalları ilə bağlı fikir yürütmək mənim üçün çətindir”. 

Bu gün həbs olunanların adlarını daha sonra müxalifətin hər zaman təqdim etdiyi siyasi məhbus siyahısında görəcəyikmi sualına Arif Hacılı belə cavab verib: 

"Biz detalları araşdıracağıq. Əgər məsələdə başqa motivlər yox, məhz siyasi amil olsa, bunla bağlı münasibət bildirəcəyik. İlkin olaraq məsələni öyrənməyimiz vacibdir”.

Reaksiya.az

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA