"Təxribatın qarşısı alınmalıdır..." - Əli Əhmədov

img

24-11-2015 [13:00]


"Sərsəng su anbarına qarşı təxribat törədilməsi ehtimalı qalır”.

Bunu baş nazirin müavini, YAP-ın icra katibi Əli Əhmədov deyib. Onun sözlərinə görə, Beynəlxalq qurumlar, dünya ictimaiyyəti erməni təxribatının qarşısının alınması üçün tədbirlər görməlidirlər.

O, qeyd edib ki, Azərbaycan ərazilərinə hücum etmiş və torpaqlarının 20 faizinə qədərini işğal etmiş erməni işğalçıları digər vasitələrlə də Azərbaycana problemlər yaratmağa çalışıblar:

"Bu istiqamətdə Sərsəng su anbarı məsələsi bizi ciddi narahat edir. Su anbarına qarşı təxribat törədilməsi təhlükəsi qalmaqdadır. Beynəlxalq qurumlar, dünya ictimaiyyəti erməni təxribatın qarşısının alınması üçün tədbirlər görməlidirlər. Güman edirəm ki, bu istiqamətdə müzakirələr də yəqin ki, həqiqətin ortaya çıxmasına kömək edəcək”.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA