“Onun tamamilə yanlış bir yolda olduğuna əminəm" - Eldar Həsənov danışdı

img

21-11-2015 [15:48]


Bu günlərdə yeni açıqlamaları ilə bir daha gündəmə gəlməyə çalışan keçmiş səfir Arif Məmmədov Azərbaycanın Serbiya, Monteneqro, Bosniya və Herseqovinadakı fövqəladə və səlahiyyətli səfiri Eldar Həsənov barəsində də fikirlər bildirib.

Onun sözlərinə görə, səfir ölkəmizi biabır edə biləcək addımları tənqid edirmiş.  

Bu məsələ ilə bağlı Eldar Həsənov Hafta.az-ın sualını cavablandırıb və keçmiş səfir Arif Məmmədovun hərəkətlərini pisləyib:  

"Onun tamamilə yanlış bir yolda olduğuna əminəm və heç bir çərçivəyə sığmayan bu fəaliyyətini kəskin şəkildə qınayıram. Onu ölkəmizə, xalqımıza və dövlətimizə qarşı ədalətsiz, qərəzli mövqeyi, ölkəmizin nüfuzuna zərbə vuran, təzyiq və təhdidlərini davam etdirən, bu istiqamətdə əllərindən gələni əsirgəməyən, ölkəmizin uğurlarını həzm edə bilməyən bəzi bədxah qüvvələrin "dəyirmanına su tökmək” kimi dəyərləndirir və onu bu əməllərindən əl çəkməyə çağırıram. Bəzi mətbuat orqanlarının mənim Arif Məmmədovla hər hansı bağlılığım olması barədə yaydığı uydurmaları isə tam əsassız və gülünc hesab edirəm. O mənim də Avropadakı fəaliyyətimi tənqid edənlərdən biridir”.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA