İcra başçısından daha bir sərt qərar; Zaman İsgəndərovun qızı işdən çıxarıldı

img

19-11-2015 [15:09]


Sumqayıt şəhər İcra Hakimiyyəti Başçısı Zakir Fərəcov səhiyyə sistemində, xüsusilə də doğum evlərində neqativ hallarla bağlı çıxışlarında dəfələrlə vurğulamış və bu kimi halların aradan qaldırılması istiqamətində səhiyyə şöbəsinin müdiri Ələkbər Tağıyevə iradlarını bildirmişdi. Görünən odur ki, heç bir nəticə hasil olmayıb və artıq Sumqayıt şəhər 1 və 2 saylı doğum evlərinin baş həkimləri vəzifələri ilə vidalaşmalı olublar.

Xeberle.com-un məlumatına görə Sumqayıt şəhər 1 saylı Doğum evinin baş həkimi Sevda İsgəndərova və 2 saylı Doğum evinin baş həkimi İmmi Ələkbərova işdən çıxarlıblar.

İşdən çıxarılan baş həkimlərin yerinə isə hələlik təyinat olmayıb.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA