18-11-2015 [14:03]
Xəbər verdiyimiz kimi, "Aztelekom"un həbs edilən sabiq baş direktoru Məhəmməd Məmmədov Yeni Azərbaycan Partiyasındakı (YAP) vəzifəsindən - Nəzarət-Təftiş Komissiyasının sədrliyindən çıxarılıb.
Bu haqda hakim partiya özü məlumat verib. Bəs Məhəmməd Məmmədov YAP üzvlüyündən də çıxarıla bilərmi?
YAP mətbuat xidmətinin rəhbəri Hüseyn Paşayev bu barədə Modern.az saytına açıqlama verib. O deyib ki, Məhəmməd Məmmədovun partiya üzvlüyündən çıxarılması kimi bir məsələ hazırda müzakirə olunmur:
"Məhəmməd Məmmədovun YAP-dakı vəzifəsindən azad olunması ilə bağlı rəsmi məlumat verilib və əlavə şərhə ehtiyac yoxdur. Onun partiya üzvlüyündən çıxarılmasına gəlincə isə, belə bir məsələ müzakirə olunmur”.
YAP rəsmisi keçmiş rabitə və yüksək texnologiyalar naziri Əli Abbasovun partiyanın Siyasi Şurasından çıxarıla bilmə ehtimalı barədə sualı da cavablandırıb:
"Əli Abbasov dövlətdə tutduğu vəzifəsindən azad olunub, cinayət məsuliyyətinə cəlb olunmayıb. Bu isə onun siyasi məsuliyyətinə xitam verilməsi demək deyil. Onun partiyada tutduğu vəzifədən azad olunmasına ehtiyac yoxdur. Əli Abbasov Siyasi Şuranın üzvü olaraq qalır”.
Hüseyn Paşayev "MTN işi” ilə əlaqədar həbs olunanların neçəsinin YAP üzvü olması məsələsinə toxunaraq deyib ki, bu barədə statistika aparmayıblar:
"Əli Abbasov Siyasi Şuranın üzvüdür, o, vəzifəsindən azad olunub, həbs olunmayıb. Yeganə həbs olunanlar içində partiya üzvü olan Məhəmməd Məmmədovdur. Ola bilər ki, həbs olunan partiya üzvləri arasında rabitə sistemində çalışanlar olsun, ancaq olsalar belə, onlar sıravi üzvlərdir. Həbs olunanlardan neçəsinin partiya üzvü olduğu ilə bağlı bizdə dəqiq bir məlumat yoxdur, bu barədə heç nə deyə bilmərəm”.
Qeyd edək ki, son bir neçə gündə Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin 10-dan çox əməkdaşı həbs edilib.
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi
“Azercell Telekom” MMC “Tələbə Təqaüdü Proqramı”nın qaliblərini təbrik edib - Bu il 15 tələbə “Azercell”dən təqaüd qazanıb
Prezident İlham Əliyev Bidzina İvanaşvili ilə bir arada - FOTOLAR
Mehriban Əliyeva Gürcüstanın Birinci xanımı ilə lançda - FOTOLAR
Xoşqədəm, Zaur Kamal, Zaur Baxşəliyev, Elgiz Əkbər və... - Verilişi bağlanan aparıcılar sosial mediada reklama girişiblər
“Yaxın vaxtlarda ölüb gedəcəyəm, mənə söz verin” - Məşhur müğənni sevənlərindən elə şey istədi ki…
“Bakcell” ilə ingilis dilini “Singit” tətbiqində öyrən
Həkim Azər Maqsudov cəzadan azad edilib
İlham Əliyev İrakli Kobaxidze ilə görüşdü, birgə bəyanat verildi - VİDEO, FOTOLAR (YENİLƏNİB)
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
İran İsrail və ABŞ hədəflərinə yeni zərbələr endirib
Mehriban Əliyeva Gürcüstan Milli Muzeyində olub - FOTO
“Araz-Naxçıvan”ın prezidenti kim olacaq? - VİDEO
Polkovnik Azər Paşayev cinayət məsuliyyətinə cəlb edilib
İcra başçısının müavini vəzifədən azad olunub
Ukrayna hərbi əsiri Azərbaycana təhvil verib - VİDEO, FOTO
"Azərişıq” ASC fəsadları aradan qaldırmaq üçün gücləndirilmiş iş rejimində çalışır - VİDEO
Türkiyə Ali Məhkəməsinin Baş prokuroru Azərbaycanda yubiley medalı ilə təltif olunub
İran Ordusu: “Müharibə qarşı tərəf peşman olana qədər dayanmayacaq”
İran ABŞ-a məxsus daha bir MQ-9-u vurub
“Veysəloğlu” və “Avrora”nın həmtəsisçisi olduğu voleybol komandası Azərbaycan birinciliyinin qalibi oldu
Məmurlar Bibiheybətdə bağlanan yolda... - VİDEO
Muzeylər Dövlət Xidmətinin tabeliyinə verilir
Tehranda iki bina vurulub: 9 nəfər ölüb – 4-ü uşaqdır
Qida borusunda yemək qalan 64 yaşlı qadın ölüb
Sabah hava necə olacaq? - Proqnoz
Bibiheybət yolunda torpaq sürüşməsi təhlükəsi yaranıb - Nəqliyyatın hərəkət qismən məhdudlaşdırılıb
ABŞ və İRAN ARASINDA İKİ MƏRHƏLƏLİ SÜLH PLANI HAZIRLANIB: atəşkəs, saziş və şərtlər…
Diplomatik xidmətə qəbul üzrə növbəti müsabiqə başlayır
Azərbaycanlı nazir Londonda 4.6 milyon funt sterlinqə mənzil alıb - Jurnalist elə fakt açıqladı ki...
İLHAM ƏLİYEV GÜRCÜSTANDA - FOTOLAR (YENİLƏNİR)
İrandan Azərbaycana narkotik keçirmək istəyiblər
“Yol hərəkəti haqqında” Qanun dəyişir
Sel Siyəzəndə körpünü apardı - FOTO
İsrail ordusu Livana zərbə endirib – 7 nəfər ölüb, yaralılar var
Ayağının altında torpaq sürüşdü, selə qapıldı - Qusarda toya hazırlaşan gənci sel apardı (VİDEO)
Mirça Luçesku komaya düşüb: "Vəziyyəti kritikdir"
Bu rayonlarda qar yağıb - SİYAHI
Yağış davam edəcək - Xəbərdarlıq