Fazil Məmmədovun 1-ci müavinindən işdən çıxarılma ilə bağlı - Açıqlama

img

17-11-2015 [17:16]


Vergilər nazirinin müavini Natiq Əmirov nazir Fazil Məmmədovun işdən çıxarılması ilə bağlı yayılan məlumatlara münasibət bildirib.

N. Əmirov bildirib ki, nazirliyin Mətbuat Xidmətinin rəhbəri iki saytda belə məlumat getdiyi barədə onlara məlumat verib: "Daimi ünsiyyətdə olduğumuz mətbu orqanlarda belə məlumatlar getməyib. Cəmiyyətdə, ailə daxilində də hər hansı söhbətlər olur. Hər bir nazirin işdən çıxarılması prezidentin səlahiyyətlərinə aiddir. Və bununla bağlı informasiya yaymaq tərəfimizdən ədəbsizlik kimi qəbul edilir.

Hazırda nazirliyin fəaliyyətində problemin olduğunu müşahidə etmirik. Qarşıya qoyulan vəzifələr icra edilib. Ciddi qəbul etdiyimiz heç bir mətbu orqanda bu haqda məlumat görməmişik”.



Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA