17-11-2015 [12:17]
ABŞ kəşfiyyatının "kölgəsi” hesab olunan "Stratfor” beyin mərkəzi "Dağlıq Qarabağ münaqişəsinin həlli qaçılmazdır” başlıqlı məqalə yayımlayıb.
Mərkəz onilliklər sonra Ermənistan-Azərbaycan-Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı diplomatik irəliləyişə nail oluna biləcəyini yazır: "Hər iki ölkə bu bölgəyə iddia edir, lakin o da faktdır ki, 1994-cü ildə altı illik müharibədən sonra Ermənistan Azərbaycanın Dağlıq Qarabağ və yeddi rayonunu öz nəzarəti altına alıb. 15 il ərzində Azərbaycan Rusiyanın Ermənistana dəstəyi nəticəsində bu əraziləri geri qaytara bilməyib. Buna baxmayaraq, Qərblə Rusiyanın arasında yaranan kövrək vəziyyət tezliklə Dağlıq Qarabağ ətrafına bir neçə rayonun Azərbaycana qaytarılması ilə nəticələnə bilər”.
Moskva ərazilərin qaytarılmasında Bakı üçün lobbiçilik edir
"Stratfor” yazır ki, müharibədən sonrakı dövrdə münaqişə bölgəsində nisbi sakitlik hökm sürürdü: "Lakin ötən ildən başlayaraq sərhəd boyu toqquşmalar gücləndi. Noyabrın 9-da Rusiya Xarici İşlər naziri Sergey Lavrovun Ermənistana gözlənilməz səfərini yerli media Dağlıq Qarabağla bağlı "məxfi” müzakirələrin aparılması ilə əlaqələndirdi. Ola bilsin ki, bu münaqişədə irəliləyişin müjdəçisidir. Ermənistanın faktiki təhlükəsizlik qarantı olan Rusiya münaqişədə hər iki ölkə arasındakı siyasi danışıqlarda əsas vasitəçi rolunu oynayıb. Lakin indiki halda Qərbin təzyiqləri altına olan Rusiya Ermənistanın müdafiə tələblərinin artması fonunda Azərbaycanla danışıqlar aparmağa açıq görünür. Eyni zamanda, Azərbaycan avropalılar üçün potensial enerji tədarükçüsüdür. Bakı isə Dağlıq Qarabağda vəziyyəti dəyişmək üçün Moskvanın lobbiçiliyindən istifadə edir”.
Məqalədə qeyd olunur ki, Azərbaycan iqtisadiyyatını inkişaf etdirib və Rusiya ilə təhlükəsizlik və diplomatik sahəsindəki əlaqələri aktiv şəkildə genişləndirib: "Eyni zamanda, Azərbaycan torpaqlarını geri qaytarmaq üçün Ermənistana ciddi təzyiqlər edir”.
Beş rayon Azərbaycana qaytarılır
"Stratfor” münaqişənin həlli üçün yeni imkanların yaradılması haqda bundan əvvəl apardığı analizi xatırladaraq yazır ki, problemin həllində razılıq əldə oluna bilər: "Əgər diplomatik marşrut uğursuz olacaqsa, Azərbaycanın hərbi yola əl atacağı variantı həmişə gündəmdədir. Bu yaxınlarda baş verən proseslər münaqişənin diplomatik həll yolunu mümkün edir. Noyabrın 11-də bir neçə erməni qəzeti öz mənbələrinə istinadən məlumat verdi ki, Dağlıq Qarabağ ətrafındakı yeddi rayonun beşi Azərbaycana qaytarılır. Lavrovun İrəvan səfərində də bu məsələ müzakirə olunub. Plana görə, beş rayonun qaytarılması əvəzində Rusiya müharibənin yenidən başlamamasının zəmanəti olaraq öz qoşunlarını bölgəyə yerləşdirir, həmçinin, Azərbaycanı Ermənistanın iqtisadi blokadasını aradan qaldırmağa inandırır. Rusiyanın "Kommersant” nəşri də diplomatik mənbələrə istinad edərək yazdı ki, Laçın rayonu dəhliz olaraq saxlanılmaqla digər ərazilər qaytarılır”.
İddiaların ciddi qəbul olunması üçün bir neçə səbəb...
Mərkəz diqqətə çatdırır ki, heç bir ölkə bu məlumatları rəsmi olaraq təsdiq etməsə də, bunu ciddi qəbul etmək üçün bir neçə səbəb var.
"Əvvəllər də münaqişə ilə bağlı aparılan danışıqların haqda mətbuata sızmalar olmuşdu. Lakin onların heç biri bu qədər təfsilatlı deyildi. Bundan başqa, Rusiya bu yaxınlarda Ermənistanın hava məkanının təhlükəsizliyini tamamilə öz üzərinə götürdü. Bunun Dağlıq Qarabağ münaqişəsində ərazi güzəştlərinə qarşılıq olduğu deyilir. Həmçinin, bölgədə yaradılmış "DQR” liderləri rus hərbiçilərinin terrorizmə qarşı mübarizədə Xankəndi aeroportundan istifadə edə biləcəyini açıqladılar”, - deyə məqalədə bildirilir.
Oyuna Ankara və Vaşinqton da qoşulur
"Stratfor” onu da əlavə edir ki, mediada yayılan məlumatlar hələlik Ermənistanın əraziləri geri qaytarmağa razı olacağı demək deyil: "Çünki bu məsələ ölkədə hələ də siyasi problemdir. Sonuncu dəfə status-kvonun dəyişməsinə razılıq verən Levon Ter-Petrosyan istefa verməyə məcbur edildi. Ermənistanın indiki hökumətinin irəliyə doğru istənilən addımı ölkəni daha təhlükəsiz şəraitdə yaşaması deməkdir. Lakin münaqişənin sülh yolu ilə həllinə nail olunsa da, bölgədə yaşayan ermənilərin statusu daxil olmaqla loqistik problemlər olacaq. Danışıqlara digər xarici oyunçular, xüsusən Türkiyə və Birləşmiş Ştatlar da qoşula bilər. Onlar istənilən diplomatik həllin tərəfdarı kimi çıxış edəcək. Çünki Ankara və Vaşinqton getdikcə diqqətini Qafqaz regionuna cəmləşdirir. Türkiyədə yeni hökumət formalaşan kimi bu ölkənin baş naziri Əhməd Davudoğlu ilə ABŞ hərbi-dəniz qüvvələrinin rəhbərinin Bakıya səfəri də bu kontekstdə diqqət çəkdi. İnkar edilə bilməz ki, bu, Dağlıq Qarabağ münaqişəsinin diplomatik həlli ilə bağlı idi. Rusiya və Ermənistan da münaqişədə qeyri-müəyyən status-kvonun qalması ilə öz mövqelərini tam qoruyub saxlaya bilmir. Buna görə də Dağlıq Qarabağ münaqişəsində dəyişikliklərin olması ehtimalı getdikcə daha aydın və şəffaf olur”.
Publika.az
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi
“Azercell Telekom” MMC “Tələbə Təqaüdü Proqramı”nın qaliblərini təbrik edib - Bu il 15 tələbə “Azercell”dən təqaüd qazanıb
Prezident İlham Əliyev Bidzina İvanaşvili ilə bir arada - FOTOLAR
Mehriban Əliyeva Gürcüstanın Birinci xanımı ilə lançda - FOTOLAR
Xoşqədəm, Zaur Kamal, Zaur Baxşəliyev, Elgiz Əkbər və... - Verilişi bağlanan aparıcılar sosial mediada reklama girişiblər
“Yaxın vaxtlarda ölüb gedəcəyəm, mənə söz verin” - Məşhur müğənni sevənlərindən elə şey istədi ki…
“Bakcell” ilə ingilis dilini “Singit” tətbiqində öyrən
Həkim Azər Maqsudov cəzadan azad edilib
İlham Əliyev İrakli Kobaxidze ilə görüşdü, birgə bəyanat verildi - VİDEO, FOTOLAR (YENİLƏNİB)
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
İran İsrail və ABŞ hədəflərinə yeni zərbələr endirib
Mehriban Əliyeva Gürcüstan Milli Muzeyində olub - FOTO
“Araz-Naxçıvan”ın prezidenti kim olacaq? - VİDEO
Polkovnik Azər Paşayev cinayət məsuliyyətinə cəlb edilib
İcra başçısının müavini vəzifədən azad olunub
Ukrayna hərbi əsiri Azərbaycana təhvil verib - VİDEO, FOTO
"Azərişıq” ASC fəsadları aradan qaldırmaq üçün gücləndirilmiş iş rejimində çalışır - VİDEO
Türkiyə Ali Məhkəməsinin Baş prokuroru Azərbaycanda yubiley medalı ilə təltif olunub
İran Ordusu: “Müharibə qarşı tərəf peşman olana qədər dayanmayacaq”
İran ABŞ-a məxsus daha bir MQ-9-u vurub
“Veysəloğlu” və “Avrora”nın həmtəsisçisi olduğu voleybol komandası Azərbaycan birinciliyinin qalibi oldu
Məmurlar Bibiheybətdə bağlanan yolda... - VİDEO
Muzeylər Dövlət Xidmətinin tabeliyinə verilir
Tehranda iki bina vurulub: 9 nəfər ölüb – 4-ü uşaqdır
Qida borusunda yemək qalan 64 yaşlı qadın ölüb
Sabah hava necə olacaq? - Proqnoz
Bibiheybət yolunda torpaq sürüşməsi təhlükəsi yaranıb - Nəqliyyatın hərəkət qismən məhdudlaşdırılıb
ABŞ və İRAN ARASINDA İKİ MƏRHƏLƏLİ SÜLH PLANI HAZIRLANIB: atəşkəs, saziş və şərtlər…
Diplomatik xidmətə qəbul üzrə növbəti müsabiqə başlayır
Azərbaycanlı nazir Londonda 4.6 milyon funt sterlinqə mənzil alıb - Jurnalist elə fakt açıqladı ki...
İLHAM ƏLİYEV GÜRCÜSTANDA - FOTOLAR (YENİLƏNİR)
İrandan Azərbaycana narkotik keçirmək istəyiblər
“Yol hərəkəti haqqında” Qanun dəyişir
Sel Siyəzəndə körpünü apardı - FOTO
İsrail ordusu Livana zərbə endirib – 7 nəfər ölüb, yaralılar var
Ayağının altında torpaq sürüşdü, selə qapıldı - Qusarda toya hazırlaşan gənci sel apardı (VİDEO)
Mirça Luçesku komaya düşüb: "Vəziyyəti kritikdir"
Bu rayonlarda qar yağıb - SİYAHI
Yağış davam edəcək - Xəbərdarlıq