28-10-2015 [12:07]
Аzərbаycаnın inkişaf hədəfləri, iqtisadiyyatda baş verən keyfiyyət dəyişiklikləri, ölkənin beynəlxalq statusunun dəyişməsi, islahat proqramları sоn illər dövlət səviyyəsində kоrrupsiyаyа qаrşı sistеmli və аrdıcıl şəkildə mübаrizə аpаrılmаsını, korrupsiyaya qarşı mübarizənin hökumətin priоritеt vəzifələrindən biri kimi еlаn оlunmasını şərtləndirən həlledici amillərdəndir.
Korrupsiyaya qarşı mübarizə və Azərbaycanın strateji hədəfləri
"Gələcəyə baxış-2020: İnkişaf Konsepsiyası”-nda qloballaşmanın üstünlüklərindən yararlanan önləyici inkişaf modelinə keçidin təmin olunması kimi hədəflər xüsusi yer tutur. Korrupsiyaya qarşı effektiv mübarizə əsas bu hədəfə çatılmasında yerinə yetirilməli olan əsas vəzifələrdən biridir. Son illərdə isə bu istiqamətdə fundamental xarakterə malik addımalr atılıb. Azərbaycanda korrupsiyaya qarşı mübarizə sahəsində qаnunvеricilik və institusiоnаl bаzа yаrаdılıb və müəyyən irəliləyişlər əldə olunub.
Azərbaycan Respublikasının Milli Məclis tərəfindən 13 yanvar 2004-cü ildə «Korrupsiyaya qarşı mübarizə haqqında» Qanunun qəbul edilməsi, Azərbaycan Respublikası Prezidentinin 3 sentyabr 2004-cü il tarixli Sərəncamı ilə təsdiq olunmuş "Korrupsiyaya qarsı mübarizə üzrə Dövlət Proqramı»nın (2004-2006-cı illər) icrası , bu istiqamətdə sonradan qəbul edilmiş digər normativ hüquqi aktlar korrupsiyaya qarşı mübarizə aparılması üçün təminatlı qanunvericilik bazası yaratmış, korrupsiyaya qarşı mübarizəni dövlət siyasətinin mühüm istiqamətlərindən biri səviyyəsinə yüksəltmiş, bu mübarizənin daha da məqsədyönlü aparılmasına şərait yaratmışdır.
2006-cı ilin sonunda "Korrupsiyaya qarsı mübarizə üzrə Dövlət Proqramı»nın icra müddəti bitdiyindən yeni milli strategiya üzərində iş başlanmış və Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 28 iyul tarixli Sərəncamı ilə «Şəffaflığın artırılması və korrupsiyaya qarsı mübarizə üzrə Milli Strategiya» və onun həyata keçirilməsi ilə bağlı 2007-2011-ci illəri əhatə edən Fəaliyyət Planı təsdiq edilmişdir.
Milli Strategiya və Fəaliyyət Planının qəbulu Azərbaycan hökumətinin korrupsiyaya qarsı mübarizədə siyasi iradəsini bir daha təsdiq edərək, bu istiqamətdə ardıcıl siyasət yürüdüldüyünü, hökumətin korrupsiyaya qarşı mübarizə sahəsində aydın, tədricən innovativ alət və modellərin tətbiqi, institusional islahatların aparılması, həmçinin korrupsiya hüquqpozmalarının səmərli araşdırılması və effektiv cinayət təqibi tədbilərinin həyata keçirilməsi ilə korrupsiya mədəniyyətinin əsaslarını sarsıtmağa hesablanmış aydın baxışının olduğunu nümayiş etdirdi.
Korrupsiyaya qarşı mübarizənin növbəti mərhələsinin əsas aspektlərinin müəyyən edilməsi və qarşıya yeni vəzifələr qoyulması baxımından Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin Nazirlər Kabinetinin 2011-ci il 14 yanvar tarixli iclasında, "Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının ikinci ilinin yekunlarına həsr olunmuş konfransda çıxışı mühüm hadisə oldu.
Dövlət başçısı bəyan etmişdir ki, "ölkəmizin tərəqqisi o cümlədən sahibkarlığın inkişafı üçün vacib olan məsələlərdən biri də Azərbaycanda korrupsiya və rüşvətxorluğa qarşı mübarizəni gücləndirməkdir”. Prezident həmçinin bildirib ki, "bu proses birillik, ya ikiillik proses deyil və bu, kampaniya deyil, bizim şüurlu seçimimizdir.”
Dövlət başçısının təşəbbüsü ilə Azərbaycanda korrupsiyaya qarşı mübarizədə keyfiyyətcə yeni mərhələsi başladı. Hazırda bu mərhələ daha çox elektron hökumət konsepsiyasının sürətlə gerçəkləşdirilməsi, dövlət xidmətlərinin göstərilməsində yeniyanaşma və innovasiyaların tətbiqi, uğurla sınaqdan çıxarılmış müxtəlif xidmətlərin göstərilməsi zamanı "bir pəncərə” modelinin daha geniş miqyasda tətbiqi, informasiyaya çıxış, şəffaflığın artırılmasına yönəlik praktik addımların atılması ilə xarakterizə olunur.
Dövlət başçısnın 5 sentyabr 2012-ci il tarixli sərəncamı ilə təsdiq olunan "Korrupsiyaya qarşı mübarizəyə dair 2012-2015-ci illər üçün Milli Fəaliyyət Planı” və "Açıq Hökumətin təşviqinə dair 2012-2015-ci illər üçün Milli Fəaliyyət Planı”, 02 aprel 2014-cü il tarixli sərəncamı ilə təsdiq olunan "Azərbaycan Respublikasında informasiya cəmiyyətinin inkişafına dair 2014-2020-ci illər üçün Milli Strategiya”sı hazırda antikorrupsiya siyasətinin əsas çərçivəsi və prioritetlərini müəyyənləşdirir.
Korrupsiyaya qarşı mübarizədə eyfiyyətcə yeni mərhələ - "ASAN xidmət” modeli
Dövlət başçısının təşəbbüsü ilə Azərbaycanda korrupsiyaya qarşı mübarizədə keyfiyyətcə yeni mərhələsinin start götürməsinin əyani təzahürü "ASAN xidmət” Mərkəzlərinin fəaliyyətiə başlamasının göstərmək olar.
ASAN - Azərbaycan Xidmət və Qiymətləndirmə Şəbəkəsi Azərbaycan Respublikasının Prezidentinin təşəbbüsü ilə 13 iyul 2012-ci il tarixli, fərmanla Azərbaycan Respublikası Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin himayəsi altında yaradılmışdır.
"ASAN xidmət" mərkəzləri dövlət qulluqçularının fəaliyyətində əhaliyə münasibətdə vətəndaş məmnunluğunun təmin edilməsi istiqamətində yeni yanaşmanın formalaşdırılmasına, ölkədə dövlət qulluqçusu-vətəndaş münasibətlərinin keyfiyyətcə yeni müstəviyə keçməsinə xidmət edir.
"ASAN xidmət" Azərbaycan məhsulu,brendi olaraq beynəlxalq tərəfdaşlar və ekspertlər tərəfindən yüksək maraq və rəğbətlə xarakterizə olunur.
Azərbaycan hökumətinin korrupsiyaya qarşı mübarizə sahəsində təşəbbüslərinin nəticələri beynəlxalq səviyyədə də dəyərləndirilir.
2013-ci il Korrupsiya Qavrama İndeksində Azərbaycan 28 balla, 177 ölkə arasında 127-ci sırada yer alıb. 2012-ci ildə Azərbaycan 27 balla, 176 ölkə arasında 139-cu sırada göstərilmişdir. 2013-ci il KQİ-nin hazırlanmasında ümumilikdə 13 fərqli hesabatın göstəriciləri nəzərə alınıb. Azərbaycanla bağlı isə 6 mənbənin məlumatlarından istifadə olunub.
Azərbaycan İndeksə daxil edildiyi dövrdən (2000-ci ildən) bu yana ilk dəfədir ki, bu qədər yüksək nəticə qeydə alınır.
Eyni zamanda Dünya İqtisadi Forumunun Rəqabətlilik İndeksində 2011-2012-ci illər üzrə hesabatda Azərbaycan 142 ölkə arasında 55-ci sırada yer almışdı. 2012-2013-cü illər üçün Rəqabətlilik İndeksində Azərbaycan xeyli irəliləyib, 144 ölkə arasında 46-cı sıraya yüksəlmişdir. 2013-2014-cü illər üçün açıqlanan İndeksdə Azərbaycanın 148 ölkə arasında 39-cu yeri tutub.
"Transparency İnternational” təşkilatının "2013-cü il Qlobal Korrupsiya Barometri” hesabatı da Azərbaycanda korrupsiyaya qarşı mübarizə sahəsində ciddi irəliləyişlərin olmasını təsdiq etmişdir. Belə ki, hesabata əsasən ölkəmizdə bütün sahələrdə korrupsiyanın səviyyəsi azalmışdır. Azərbaycanda respondentlərin 73%-i hesab edir ki, ölkədə korrupsiyanın səviyyəsi artmayıb.
68% respondent isə o qənaətdədir ki, Azərbaycanda dövlət tərəfindən həyata keçirilən korrupsiyaya qarşı mübarizə tədbirləri səmərəlidir. Bu isə dünya ölkələri üzrə müəyyən edilmiş 22% orta göstəricidən 3 dəfə artıqdır.
Son illər korrupsiyaya qarşı mübarizə sahəsində əldə olunan nəticələrin yaxşılaşması, yuxarıda qeyd olunan yeni mərhələnin əsas fərqləndirici xüsusiyyəti kimi innovasiyalara əsaslanan addımların təsirinin vətəndaşların gündəlik həyatında daha qabarıq nəzərə çarpması tendensiyası bu tədqiqatın nəticələrində bir daha özünü göstərmişdir. Eyni zamanda gözlənildiyi kimi, vətəndaşların korrupsiya hallarına qarşı mübarizə ilə bağlı əzmkarlığı da artmışdır.
Vətəndaşlar korrupsiyaya qarşı mübarizə tədbirləri çərçivəsində aparılan institusional islahatların nəticələrini gündəlik həyatlarında hiss edərək müsbət qiymətləndirsələr də ictimai şüurda hələ də, sərt cəza tədbilərinin ön plana çıxmalı olması ilə bağlı fikir dominant olaraq qalmaqdadır. Belə yanaşma Azərbaycan hökumətinin yuxarıda təsvir edilən antikorrupsiya strategiyasının prioritetləri ilə uzalşmır. Bu isə gələcəkdə müəyyən problemlərə müşaiyət oluna bilər. Bu baxımdan cəza tədbirlərinin zərurətini vurğulamaqla yanaşı müasir metodların tətbiqi, elektron hökumətin qurulması istiqaməsində işlər daha da sürətləndirilməsinin, "hökumət-vətəndaş”, "hökumət-biznes” qarşılıqlı əlaqələrinin "bir pəncərə” sxemi ilə həyata keçirilməsi təcrübəsinin daha geniş miqyasda tətbiq olunması, institusional və struktur islahatların aparılmasının davamının, dövlət qulluğunun təşkili və tənzimlənməsi, dövlət orqanlarının fəaliyyətində şəffaflığın artırılması sahəsində islahatlar sürətləndrilməsinin vacibliyinin anladılması üçün xüsusi tədbirlər görülməsi zəruridir.
Vətəndaş müraciətləri ilə bağlı sistemin səmərli idarəedilməsi, bu istiqamətdə islahatların sürətləndirilməsi, informasiya-kommunikasiya texnologiylarının tətbiqnin genişləndirilməsi və bu sahədə vahid standratların tətbiqi aktual vəzifələrdən biri kimi qarşıda durmaqdadır.Görülmüş işlər bu sahədə müəyyən müsbət dinamikanı nümayiş etdirir. Lakin bu istiqamətdə daha radikal yeniliklərə ehtiyac duyulur.
Prezidentin "İctimai nəzarət gücləndirməldir!” çağrışı - Korrupsiya qarşı mübarizədə vətəndaş iştirakçılığının genişləndirilməsinin aktuallığı
Bununla bağlı Prezident İlham Əliyevin 2015-ci ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasda bildirib ki, "İctimai nəzarət olmadan korrupsiyaya, rüşvətxorluğa qarşı mübarizədə biz qalib gələ bilmərik". Bundan əvvəl 28 may Respublika Günü münasibətilə keçirilən rəsmi qəbuldakı nitqində dövlət başçısı qeyd edib ki, "İdarəetmə sahəsində müsbət islahatlar aparılır. Mən burada ictimai nəzarətin əhəmiyyətini xüsusi qeyd etmək istəyirəm. İctimai nəzarət olmasa ölkəmiz uğurla inkişaf edə bilməz. Bir adam - Prezident, yaxud da rəhbər işçilər hər bir sahəni daim diqqət mərkəzində saxlaya bilməz. Ona görə, bəzi hallarda qanunsuzluqlar, qanun pozuntuları, sosial ədalətin pozulması halları baş verir. Bu, bizi çox üzür”.
Prezidentin çağrışları və tövsiyyələri ictimai nəzarətin genişləndirilməsi, ictimai nəzarət institutlarının səmərli fəaliyyətinin zəruriliyini bir daha aktuallaşdırıb.
Korrupsiya hallarına qarşı vətəndaş müqavimətinin artırılması, antikorrupsiya mədəniyyətinin əsaslarının sarsıdılması da əsas hədəf kimi nəzərdən keçirilməlidir.
Prezident də qeyd edilən çıxışında məhz bu məsələləri cəmiyyətin diqqətinə çatdırdı.
Qabqacıl ölkələrin təcrübəsi göstərir ki, korrupsiyaya qarşı mübarizə sahəsində əldə olunan naliyyətlərin davamlı olmasını təmin etməkdən ötrü korrupsiya fenomeninə mənəvi-əxalqi prizmadan yanaşmanın üstünlük qazanmasına nail olmaq zəruridir. Azərbaycanda isə bununla bağlı problemlər müşahidə olunur. Korrupsiya sövdələşmələrində iştiraka çox zaman mənəvi cəhətdən bəraət qazandırılır. Təəssüf ki, respondentlərin çoxunun davranışında və qiymətləndirmələrində müqavimət yox, adaptasiya meyilləri daha çox qabarır. Bu isə gələcəkdə antikorrupsiya tədbirlərinin effektivliyini aşağı sala bilər. Bunu nəzərə alaraq xüsusən gənc nəslin yeni, antikorrupsiya mədəniyyəti dəyərləi ilə yetişməsinə xüsusi diqqət yetirilməlidir. Təhsil sistemi bu fəaliyyətə fəal cəlb olunmalıdır.
Kadr islahatalrının davam etdirilməsi də vətəndaş gözləntiləri sırasında ilk yerlərdən birini tutur. Kadr islahlatlarının aparılması, dövlət qulluğunda kadralrın roatsiyası, onalrın fəaliyyətinin qiymətləndirilməsi ilə bağlı yeni yanaşmaların tətbiqi, dövlət qulluğuna imtahanla qəbulu mexanizminin daha da təkmilləşdirilməsi antikorrupsiya siyasətinin aparıcı komponentinə çevrilməlidir.
Sonda qeyd edilməlidir ki, bütün yuxarıda qeyd edilən tədbilərlə yanaşı korrupsiyaya qarşı mübarizədə siyası iradənin davamlı, ardıcıl nümayişini vacib sayırlar. Qeyd etdiyimiz kimi, dövlət başçısı artıq bununla bağlı öz mövqeyini açıqlayıb. Bu baxımdan antikorrupsiya siyasətinə məsul qurumlar prioritetlər, hədəflər, planlar barədə müntəzəm açıq, aydın mesajlar verməlidirlər.
Bu məqalə Azərbaycan Respublikası Prezidentinin yanına QHT-lərə Dövlət Dəstəyi Şurasının dəstəyi ilə "Konstitusiya” Araşdırmalar Fondu tərəfindən həyata keçirilən "Korrupsiyaya qarşı mübarizədə vətəndaş iştirakçılığının genişləndirilməsi məqsədilə maarifləndirmə kampaniyasının təşkili” layihə çərçivəsində dərc olunub.
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi
“Azercell Telekom” MMC “Tələbə Təqaüdü Proqramı”nın qaliblərini təbrik edib - Bu il 15 tələbə “Azercell”dən təqaüd qazanıb
Prezident İlham Əliyev Bidzina İvanaşvili ilə bir arada - FOTOLAR
Mehriban Əliyeva Gürcüstanın Birinci xanımı ilə lançda - FOTOLAR
Xoşqədəm, Zaur Kamal, Zaur Baxşəliyev, Elgiz Əkbər və... - Verilişi bağlanan aparıcılar sosial mediada reklama girişiblər
“Yaxın vaxtlarda ölüb gedəcəyəm, mənə söz verin” - Məşhur müğənni sevənlərindən elə şey istədi ki…
“Bakcell” ilə ingilis dilini “Singit” tətbiqində öyrən
Həkim Azər Maqsudov cəzadan azad edilib
İlham Əliyev İrakli Kobaxidze ilə görüşdü, birgə bəyanat verildi - VİDEO, FOTOLAR (YENİLƏNİB)
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
İran İsrail və ABŞ hədəflərinə yeni zərbələr endirib
Mehriban Əliyeva Gürcüstan Milli Muzeyində olub - FOTO
“Araz-Naxçıvan”ın prezidenti kim olacaq? - VİDEO
Polkovnik Azər Paşayev cinayət məsuliyyətinə cəlb edilib
İcra başçısının müavini vəzifədən azad olunub
Ukrayna hərbi əsiri Azərbaycana təhvil verib - VİDEO, FOTO
"Azərişıq” ASC fəsadları aradan qaldırmaq üçün gücləndirilmiş iş rejimində çalışır - VİDEO
Türkiyə Ali Məhkəməsinin Baş prokuroru Azərbaycanda yubiley medalı ilə təltif olunub
İran Ordusu: “Müharibə qarşı tərəf peşman olana qədər dayanmayacaq”
İran ABŞ-a məxsus daha bir MQ-9-u vurub
“Veysəloğlu” və “Avrora”nın həmtəsisçisi olduğu voleybol komandası Azərbaycan birinciliyinin qalibi oldu
Məmurlar Bibiheybətdə bağlanan yolda... - VİDEO
Muzeylər Dövlət Xidmətinin tabeliyinə verilir
Tehranda iki bina vurulub: 9 nəfər ölüb – 4-ü uşaqdır
Qida borusunda yemək qalan 64 yaşlı qadın ölüb
Sabah hava necə olacaq? - Proqnoz
Bibiheybət yolunda torpaq sürüşməsi təhlükəsi yaranıb - Nəqliyyatın hərəkət qismən məhdudlaşdırılıb
ABŞ və İRAN ARASINDA İKİ MƏRHƏLƏLİ SÜLH PLANI HAZIRLANIB: atəşkəs, saziş və şərtlər…
Diplomatik xidmətə qəbul üzrə növbəti müsabiqə başlayır
Azərbaycanlı nazir Londonda 4.6 milyon funt sterlinqə mənzil alıb - Jurnalist elə fakt açıqladı ki...
İLHAM ƏLİYEV GÜRCÜSTANDA - FOTOLAR (YENİLƏNİR)
İrandan Azərbaycana narkotik keçirmək istəyiblər
“Yol hərəkəti haqqında” Qanun dəyişir