Çovdarovun general rütbəsi alına bilər

img

16-11-2015 [12:37]


Ötən gün Səbail Rayon Məhkəməsinin qərarı ilə MTN-in Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin sabiq rəisi, general-mayor Akif Çovdarov həbs edilib.

Onun barəsində 3 ay müddətinə həbs-qətimkan tədbiri seçilib.

A.Çovdarov Cinayət Məcəlləsinin 308.2, 309.1, 302.2-ci və 311-ci maddələri ilə ittiham edilir.

Çovdarovun həbsindən sonra onun general-mayor rütbəsinin əlindən alınması məsələsi gündəmə gəlib.

Vəkil Adəm Məmmədov AzVision.az-a açıqlamasında bildirib ki, Çovdarov yalnız hökm çıxarılandan sonra, məhkəmənin təqdimatı əsasında hərbi rütbədən məhrum edilə bilər.

Onun sözlərinə görə, hökmü çıxarmış məhkəmə həmin şəxsin hərbi rütbədən məhrum edilməsi barədə ona ali xüsusi rütbəni vermiş vəzifəli şəxsə təqdimat göndərir.

Həmin şəxsin hansı hallarda hərbi rütbədən məhrum edilməsinə gəlincə, A.Məmmədov bildirib ki, bu məhkəmənin qərarından asılıdır: "Cinayətin xüsusilə ağır olması, dövlət əhəmiyyəti, törətdiyi cinayətin daha təhlükəli olması və s. məsələlər araşdırılır. Məhkəmə bunların hamısını araşdırdıqdan sonra nəticəyə gələcək ki, həmin şəxs hərbi rütbədən məhrum edilsin”.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA