MSK sədrinin müavininin qardaşına şok ittiham; ”MTN-də məndən 100 min manat tələb etdilər” - VİDEO

img

15-11-2015 [17:41]


Ramiz Əliyev erməni əsirliyində olan qohumu Dilqəm Əsgərovla bənzər taleyi paylaşdığını deyir. Ötən il MTN-nin əməkdaşları tərəfindən qaçaqmalçılıq adı ilə tutularaq nazirliyə gətirildiyini bildirir. Keçmiş kəşfiyyatçı maddi imkanı zəif olduğu üçün ara-sıra Gürcüstandan qızıl gətirib yaşadığı Gəncə şəhərində və Bakıdakı dükanlara qızılları satmaqla ailəsini dolandırdığını deyir. Buna görə o 6 ayını Mtn-nin təcridxanasında keçirməli olub.

Ramiz Əliyev zaminə buraxılmaq üçün İstintaq İdarəsinin müstəntiq qrupunun rəhbəri Yasin Məmmədovun ondan 100 min manat tələb etdiyini deyir. Yasin Məmmədov Mərkəzi Seçki Komissiyasının sədrinin müavini Natiq Məmmədovun qardaşıdır. O, bu ilin martında ölkə başçısı İlham Əliyevin sərəncamı ilə ədliyyə mayoru rütbəsinə qaldırılıb.

MTN-dən sonra 3 ay Gəncədə həbsxanada saxlanılan Ramiz Əliyev 5 il şərti işlə azadlığa buraxılıb. Onun sözlərinə görə Mtn-də saxlanılarkən qızıl satdığı şəxslər nazirliyə gətirilib və yüksək məbləğdə pulun qarşılığında sərbəst buraxılıblar. Onlardan 14-nün evində də axtarış aparıblar. Ramiz Əliyevin əsas narahatlığı da həmin şəxslərlə bağlıdır.




Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA