15-11-2015 [15:58]
Keçmiş millət vəkili, "Yeni Azərbaycan" qəzetinin sabiq baş redaktoru və YAP Siyasi Şurasının üzvü Alqış Musayev maraqlı müsahibə verib.
Mia.az Qafqazinfo-ya istinadən həmin müsahibəni təqdim edir:
- Alqış müəllim, ölkə gündəmini tutan son hadisələrlə bağlı nə deyə bilərsiniz?
- Hələ ki, birmənalı mühakimə yürütmək çətindir. Çünki nə və nələrin baş verdiyi bütün təfsilatıyla, ən xırda detalları ilə yalnız ölkənin siyasi rəhbərliyinə bəlli ola bilər. Biz isə öz kənar müşahidəçi statusumuzdan çıxış edərək ehtimal və mülahizələrimizi söyləyə bilərik. Hər halda, rəhbərliyin qəbul etdiyi qərarlar, atdığı addımlar, respublika prokurorluğunun ictimaiyyətlə paylaşdığı məlumatlar ciddi proseslərin mövcudluğundan xəbər verir...
- Bəs, ictimai fikir bu hadisələri necə qarşılayır...
- Deyim ki, son hadisələrə münasibətdə böyük bir ictimai maraq nümayiş olunur. Amma burada çox vacib və həssas bir məqam da var ki, onu diqqətdən kənarda qoymaq olmaz. Unutmayaq ki, ictimai maraq hələ ictimai fikir demək deyil. İctimai maraq sadəcə xammaldır. Bu xammal müzakirələrdən ələnə-ələnə çözülüb hansı istiqamətə, haraya qarşı yönələcək, müsbət yoxsa mənfi ictimai rəyə çevriləcək, bu sonranın işidir. Ona görə də mən yeri gəldi - gəlmədi ictimai marağa aludə olmağın o qədər də tərəfdarı deyiləm. Düzdür, ortada dövlətə zərbə, dövlət başçsınıın etimadına xəyanət faktı var, mütləq hər kəs öz layiqli cəzasını almalıdır. Ölkə əhalisi istintaqın nəticələri ilə ardıcıl və şəffaf şəkildə məlumatlandırımaldır. Eyni zamanda bu şəffaflıq milli təhlükəsizlik sistemi haqqında qaranlıq təsəvvürlər yaratmadan, bu sistemin mühüm institutlarının gözdən salınmaması şərtilə həyata keçirilməlidir.
Mənə bir məsələ cox qəribə gəlir: təsəvvür edin, əks kəşfiyyat idarəsinə yeni rəis təyin olunur. Və sərəncamın mürəkkəbi qurumamış bütün ölkə mətbuatı onun kimliyi, haradan gəlməyi haqqda cox dəqiq məlumatlar yayır. Bu, necə ola bilər ki? Belə aşırı şəffalığa ehtiyac varmı? Varsa, onda bəs MTN-in əks kəşfiyyat idarəsi ilə QHT-lər arasındakı fərq nədən ibarətdir?
Bu yerdə nə dərəcədə haqlı olduğumu deyə bilməsəm də mən, "belə olmamalıdır”- deyə düşünürəm ...
- Hazırkı prosesi çoxdan gözlənilən kadr islahatlarının startı saymaq olarmı?
- Bu, çoxşaxəli və cəlbedici bir mövzudur. Bu problemə kompleks şəkildə yanaşmaq lazımdır. Burada tələsmək, eksperimentlər aparmaq olmaz. Çünki bu cür eksperimentlər dövləti taqətdən salır, onun müqavimət potensialını darmadağın edir. Yenilənmələr tədricən gerçəkləşməlidir. Və mən bu cür, tədricən yenilənməyi təqdir edrəm.
Düzdür, özünü xərcləmiş şəxslər ola bilər və var. Etiraf edək ki, bitib - tükənmiş hər kadr istifadə müddəti keçmiş ərzaq məhsulu kimidir, istifadəsi cəmiyyəti, idarəçiliyi zəhərləyir. Belələrindən, onların əsassız ambisayalarından, kaprizlərindən qurtulmağın zamanıdır. Həm də bu kosmetik xarakter daşımamaldır. Burada süni şəkildə yaşlı-gənc nəsil qarşıdurması yaratmaq yolverilməzdir. Nəzərə alaq ki, yaşlı olmaq həm də kifayət qədər təcrübə sahibi olmaq deməkdir. Dövlət idarəçiliyində isə təcrübə həlledici amildir.
Nədənsə kadr islahatları deyiləndə bir qayda olaraq iri çaplı məmurlar düşünülür. Hamı onları mühakimə edir, hamı onları ittiham edir. Axı, kadr korpusu təkcə nazirlər, komitə sədrləri, dövlət başçısının sərəncamı ilə təyin olunan digər şəxslərlə məhdudlaşmır. İri çaplı məmurlar mütamadi olaraq KİV-in, ictimai fikrin diqqət mərkəzindədirlər. Bu səbəbdən onlara nəzarət etmək, yaxşı və pis davranşlarını müəyyəlişdirmək, zərurət yaranarsa ifşa etmək xeyli asandır. Ancaq bir qədər aşağı, gözdən - qulaqdan uzaq strukturlarda, dövlətçilik, idarəçilik üçün daha təhlükəli tendensiyalar özünə yer etməkdədir.
- Gəlin konkretləşdirək, hansı təhlükələrdən söhbət gedir?
- Yəqin ki, hələ də unudulmayıb. Bir neçə müddət əvvəl ölkə prezidentinin sədrliyi ilə keçirilən müşavirələrin birində paytaxt küçələrində avtoxuliqanlq edən məmur övladlarından söhbət açıldı. Onda cənab prezident öz qəti və prinsipal mövqeyini bildirmişdi...
Onu demək istəyirəm ki, həmin ərköyün övladların "xod” getdiyi marşrutlar paytaxtımızın küçə və prospektləri ilə məhdudlaşmır. Onlar eyni zamanda dövlət idarəçilik dəhlizlərindən cox rahatlıqla şütüyüb keçə bilirlər.
Bu yaxınlarda tanışım şahidi olduğu bir hadisə danışdı. Bir nazirin qardaşı oğlu mühüm dövlət təsisatlarından birinin əməkdaşıdır. İş yerində nadir hallarda görünür. Demək olar ki, işə gəlmir. Şöbə müdiri onu dəvət edib çox nəzakətlə başa salmaq istəyir ki, işə gəlmək lazımdır, burada səndən başqa da əməkdaşlar var, sənin belə saymazlığın pis nümunə yaradır. Həmin əməkdaş qayıdıb müdirinə deyir ki, sən kimsən mənimlə bu tonda danışırsan, get tullanmağının dalınca. Şöbə müdiri prinsipiallıq göstərib rəhbərliyə bu barədə təqdimat yazır. Nazir işə qarışır. Şöbə müdirindən təqdimatı geri götürməyi tələb edirlər, daha doğrusu cırıb atırlar. Nəticə həmin ərköyün övladın dediyi kimi də yekunlaşır, şöbə müdiri dinməz- söyləməz öz tullanmağının dalınca getməyə məcbur olur. Bax, belə vəziyyətdə hansı idarəçilikdən bəhs etmək olar?
Hesab edirəm ki, dövlət strukturlarına yeridilmış bü cür ərköyün gənclər dövlətin gələcəyi üçün sahibkarın cibinə girən nazir və ya general qədər qorxuludur. Və mən əminəm ki, həm də çox-çox təəssüf edirəm ki, bu səpkili faktlar yeganə deyil, onlarla, yüzlərlədir .
- Nəyə görə belə müqayisə aparırsınız?
- Stabilliyin mütləq tərif vermək imkansızdır. Təxminən belə bir təsnifat vermək olar. Hər kəsin öz işiylə məşğul olduğu, hər kəsin öz yerini bildiyi cəmiyyəti stabil və oturuşmuş cəmiyyət adlandrmaq mümkündür. Bu baxımdan rütbəsindən və məqamından asılı olmayaraq, yerində olmayan bircə məmur varsa belə, bu, stabillik, dövlətçilik idarəçilik üçün potensial təhlükə mənbəyidir. Son günlər adı mətbuatda qiyamçı səfir kimi hallanan Arif Məmmədov komitə sədri və ya nazir deyildi ki? Mənim heç şübhəm yoxdur ki, bu problem birdən-birə sırf təsadüf nəticəsində yaranmamışdır...
- Siz necə düşünürsünüz, səfirin qiyamı hansı səbəblərdən qaynaqlana bilərdi ki...
- Bunun çox sadə bir izahı var. Dediyim kimi, ola bilər əvvəldən onun təyinatı yanlş olub. Əgər belə deyilsə, o, xarici işlər sistemində çalışmağa layiq bir kadr olubsa, başqa nüanslar meydana çıxır. Deməli, onun fəaliyyəti koordinasiya edilməyib, tapşırıq yükü az olub. Və nəticədə o darıxmağa başlayıb. Elə onun çıxışları da bir səfirin qiyamından daha çox darıxan adamın isterikasına oxşayır.
Çox maraqldır, bəzən mətbuatdan oxuyuruq, filan səfir kitab yazdı, filan səfirin kitabının təqdimatı keçirildi. Sual yaranır, bu adamlar xarici ölkələrə yaradıcılq məzuniyyətinə göndəriliblər? Mən nə üçün bu faktları xatırladıram? Çünki təcrübə təsdiqləyir ki, boşluq yaratmaq olmaz. Əgər bircə məmura xüsusü tanınırsa, o çərçivəsindən çıxır, başqa ərazilərə müdaxilə edir, sonra özü haqqda başqa iddialara düşür və yekunda idarəçilik əxlaqı pozulur və bu əxlaq pozğunluğu dövlət idarəçiliyin başqa sahələrinə sirayət edir...
- Cəmiyyətin gözləntiləri çox böyükdür. Necə düşünürsünüz, kadrların islahatı prosesi davam edəcəkmi?
- Bəzən sosial gözləntiləri ilə idarəçiliyin məntiqi üst-üstə düşməyə bilər. Çünki gözləntilər arzu və istəklər üzərində köklənir. Dövlət idarəçiliyi fərqli dəyərlərə hesablanır.
Rəsmi Tehran müharibəyə hazırlaşır: "Ölkəmizə istənilən hücuma o qədər sərt cavab verəcək ki..."
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Rusiya Suriyadan çıxır, yoxsa...? - FOTOLAR
İsa Həbibbəyli istefa ərizəsi yazıb? - AMEA-dan xəbərə reaksiya
Vəkil adından qanunsuz istifadə edənlər cərimələnəcək - Dəyişiklik
Dövlət teatrlarında gözlənilməz ixtisar - Bu vəzifələr ləğv edildi
Prezident İlham Əliyev fərman imzaladı
BU SƏHƏDƏ CƏRİMƏLƏR ARTDI: kənd əhalisinə xəbərdarlıq - Prezident dəyişikliyi təsdiqlədi
Prezident dövlət qulluğu ilə bağlı qanuna dəyişikliyi təsdiqləyib
Prezident Vergi Məcəlləsinə dəyişikliyi təsdiqlədi - DETALLAR
Kamran Əliyev Manamada işgüzar səfərdə olub
Vilayət Eyvazov Qəbələdə vətəndaşları qəbul edəcək
Tağı İbrahimov yenidn hakim qarşısına çıxarıldı
Gəncədə 17 yaşlı oğlan qəfil ölüb
Bakıda kuryoz hadisə: Oğurladıqlarını bölə bilmədilər və...
"Şalke" Dzeko və Kənanın qolları ilə qalib gəldi
İKİ ÖLKƏ İRANA HÜCUMA YAŞIL İŞIQ YANDIRDI - Nə gözlənilir? (TƏHLİL)
Amnistiya aktı: 12 mindən çox şəxsə tətbiq olunub
HAKAN FİDAN AVROPYA ELƏ MEYDAN OXUDU Kİ... - "Gün gələcək özünüz bizə yalvaracaqsınız, o zaman..."
Yeni sədr köməkçisi ilə də yollarını ayırıb
İsrail XİN başçısı Bakıda: "Prezident İlham Əliyevin müdrik siyasəti olmasaydı..." - "İran heç bir şərtlə nüvə silahına sahib olmamalıdır" (YENİLƏNİB)
İcra Hakimiyyətində dəyişiklik: kimlər getdi, kimlər qaldı?
"Bursaspor"un Baş məşqçisi yenə dəyişib
Azərbaycan və İsrail XİN başçıları görüşüb - FOTO (Yenilənib)
Xocalı rayonunun iki kəndinə növbəti köç olub
Bakıya yağış, rayonlara qar yağacaq - Sabahın hava proqnozu
Nazir generalın qardaşını təqaüdə göndərdi
TƏBİB-in keçmiş sədri QHT rəhbəri oldu
Deputat Səməd Seyidovun kürəkəni vəzifəyə təyin edilib
Keçmiş vəkil həbs edilib - Səbəb
Prezident İlham Əliyev general-qubernatora məktub ünvanlayıb - MƏTN
Şəhid şair Bəhmən Abuzəroğlunun xatirəsi yad edildi - FOTOLAR
Bakıda narkokuryer 10 kq narkotiklə tutulub
QIZIL REKORD HƏDDƏ BAHALAŞDI - QİYMƏTLƏR
Bakıda məşhur hoteldə ofisiant iş yoldaşını öldürüb
ƏMƏK PENSİYALARI BU QƏDƏR ARTIRILACAQ - Deputat məbləği açıqladı
MN: "Pirəkəşkül və Ağdərədə yararsız döyüş sursatları məhv ediləcək"
İranda etirazlar davam edir - Ölənlərin sayı 5848-ə çatıb
Göygöl rayonunda 26 yaşlı gənc 37 yaşlı kişini öldürüb
İsrail Livana yenə zərbələr endirib
Bakıda yaşlı qadın öldürülüb
"Bizimlə donuzdan da pis rəftar edirdilər" - Azərbaycanlı əsir Rusiyanı biabır etdi
Çində dünyanı silkələyən skandal: məşhur general nüvə sirlərini ABŞ-a satıb - Cinayət işi açılıb
Türkiyədə zəlzələ olub - 4.4 bal gücündə
Bu gün magistraturaya sənəd qəbulu başa çatır