Parisə terrorçularının kimliyi məlum oldu

img

15-11-2015 [12:06]


Parisdə törədilən terror aktlarında şübhəli bilinən 3 nəfərin kimliyi məlum olub.

Terrorçu-kamikadzelərdən birinin adını Fransanın Şartr şəhərinin meri Jan-Pyer Jorj öz Facebook səhifəsində açıqlayıb, daha iki nəfərin kimliyini isə KİV öz mənbələrinə istindən açıqlayıb.

Jan-Pyer Jorjun məlumatına əsasən, terrorçulardan biri 29 yaşlı Fransa vətəndaşı Mostefa İsmayıl Omardır (Mostefai Ismael Omar). Onun atası və qardaşı artıq polis tərəfindən saxlanılıb. "Şartrda o ən azı 2012-ci ildən yaşayırdı”, - Jorj yazıb.

Paris prokuraturasının məlumatına görə, Omar Paris yaxınlığındakı Kurkuron (Eson departamenti) yaşayış məntəqəsində doğulub. 2004-2010-cı illər ərzində o səkkiz dəfə məsuliyyətə cəlb edilb, lakin heç vaxt həbs olunmayıb. Ehtimal edilir ki, o Suriyada 2013-2014-cü illərdə olub. Terrorçu Fransa xüsusi xidmət orqanlarını nəzarəti altında idi.

Digər terrorçu-kamikadzenin kimliyi onun cəsədinin yanından tapılan şəxsiyyət vəsiqəsi vasitəsi ilə müəyyən edilib. 

Abdulakbak.B (Abbdulakbak B.) 1990-cı ildə doğulub. Onun barəsində ətraflı məlumat verilmir.

Üçüncü terrorçunun adını Serbiyanın Blic qəzeti yayıb. Nəşrin məlumatına görə, Suriya vətəndaşı Əhməd Əlməhəmməd oktyabrın 3-də Yunanıstanın ərazisindən Serbiyaya keçib və Preşevo şəhərində müvəqqəti sığınacaq almaq üçün müvafiq qurumlara müraciət edib.

Nəşr bildirir ki, terror aktlarının təşkilatçısı məhz Əhməd Əlməhəmməd olub. (oxu.az)

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA