13-11-2015 [14:46]
"Görünən budur və şübhə etmək lazım deyil ki, Əli Abbasov da Eldar Mahmudovun bir nazir kimi şantajına boyun əyib”.
Bunu Milli Məclisin Müdafiə və təhlükəsizlik komitəsinin üzvü Zahid Oruc söyləyib.
Z. Oruc qeyd edib ki, milli təhlükəsizlik nazirinin vəzifəsindən çıxarılmasından sonra bu addımın atılmasına səbəb olan məsələlər artıq bir neçə gündür ki, cəmiyyətə təqdim olunmaqdadır: "Burada dövlət içərisində əldə olunmuş böyük səlahiyyətlərin bir dövr ölkənin təhlükəsizlik məsələləri üçün istifadə edilməsi, daha sonra isə şəxsi maraqlardan çıxış edərək bir imperiya qurmaq niyyətindən söhbət gedir. İstər dövlət elitasına daxil olanları, istərsə də əsasən sahibkarları basqı altına almaq niyyəti ilə həyata keçirilən tədbirlər heç bir halda bağışlana bilməzdi.
Prezidentin addımı sübut etdi ki, toxunulmaz şəxslər yoxdur, nazir vəzifəsini daşısalar da, onlara qarşı ən sərt tədbirlər həyata keçiriləcək. Eldar Mahmudovun nazir olaraq çevrəsinə topladığı generalların vətəndaşlar üzərində qurduqları "haqq əməliyyatları” külli miqdarda vəsaitlərin əldə olunmasına yönəlib və bunu artıq inkar etmək mümkün deyil. O şəxslərin həbsə atılması, gələcəkdə qanun qarşısında cavabdehlikləri də özündə bunu ehtiva edir.
Dünən rabitə və yüksək texnologiyalar nazirinin də vəzifəsindən azad olunması onu göstərdi ki, ötən illər ərzində dövlətin bilavasitə qayğısı, büdcə ayırmaları vasitəsi ilə bu ölkədə telekommunikasiya sistemində, rabitə qovşaqlarının yaradılmasında, vətəndaşların bu xarakterli tələbatlarının təmin olunmasında xeyli işlər görülsə də, bir nazir kimi Əli Abbasov başqa bir nazirin onun rəhbərlik etdiyi strukturdan poliqon kimi istifadə etməsinə imkan verib”.
Z. Oruc vurğulayıb ki, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin milli təhlükəsizlik məsələlərində qanunla müəyyənləşmiş statusu və rolu var:
"Ancaq qanunla sanksiyalaşdırılmadığı təqdirdə Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin nəzarətində olan texniki qurğuları və digər vasitələri vətəndaşlara, sahibkarlara qarşı yönəltmək yolverilməz hallardır, Konstitusiya müddəalarının, qanunvericiliyin açıq-aşkar pozulmasıdır. Düşünürəm ki, hər kəs də illər ərzində bu strukturun prezidentin siyasətində hər zaman öndə olduğunu nəzərə almalı idi və adekvat davranışlar göstərməli idi. Amma görünən budur və şübhə etmək lazım deyil ki, Əli Abbasov da Eldar Mahmudovun bir nazir kimi şantajına boyun əyib və deməli, prezidentin etimadını doğrultmayıb.
Yəni Eldar Mahmudovun xəfiyyə strukturları, əslində isə sümürgənlik sistemi tək sahibkarlar deyil, digər insanların üzərində də bu cür tələləri yaradıb və vəziyyət belə bir duruma gətirib çıxarıb”.
Millət vəkili qeyd edib ki, təhlükəsizlik sferasında atılan son addımlar sahibkarlığın üzərində qurulmuş töycü sistemindən azad olunmasına imkan verir, digər tərəfdən ölkənin təhlükəsizliyi ilə bağlı gerçək peşəkarların, bu sferada uzun illər gizli cəbhələrdə ölkənin mənafeləri üçün çalışmış insanların da öz fəaliyyətlərini rahat həyata keçirmələrinə səbəb olacaq.
Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Fazil Mustafa açıqlamasında bildirib ki, bu məsələdə prezidentin islahat siyasəti tam dəstəklənməlidir:
"İnsanlar bilməlidirlər ki, vəzifə başqalarını soymaq, əzab vermək üçün deyil, xidmət üçün nəzərdə tutulur. Ola bilər ki, hər sahədə nöqsanlar var, sistemin özündən irəli gələn müəyyən neqativ hallar ola bilər ki, insanlar bunların içərisində başqa cür davrana bilmirlər. Tutaq ki, bir nazir bir tələb qoyur və işçilər də o tələbə uyğun fəaliyyət göstərirlər. Amma bütövlükdə bir sistemin korlanmasına yol vermək olmaz. Hər kəs özünə aid sahədə vicdanlı çalışmağa məhkumdur. O baxımdan Rabitə və Yüksək Texnologiyalar Nazirliyi ətrafında baş verənlərlə bağlı bir açıqlama olarsa, cəmiyyət bu məsələdə atılan addımların dəstəklənməsi istiqamətində konkret mövqelər göstərə bilər”.
APA
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi
“Azercell Telekom” MMC “Tələbə Təqaüdü Proqramı”nın qaliblərini təbrik edib - Bu il 15 tələbə “Azercell”dən təqaüd qazanıb
Prezident İlham Əliyev Bidzina İvanaşvili ilə bir arada - FOTOLAR
Mehriban Əliyeva Gürcüstanın Birinci xanımı ilə lançda - FOTOLAR
Xoşqədəm, Zaur Kamal, Zaur Baxşəliyev, Elgiz Əkbər və... - Verilişi bağlanan aparıcılar sosial mediada reklama girişiblər
“Yaxın vaxtlarda ölüb gedəcəyəm, mənə söz verin” - Məşhur müğənni sevənlərindən elə şey istədi ki…
“Bakcell” ilə ingilis dilini “Singit” tətbiqində öyrən
Həkim Azər Maqsudov cəzadan azad edilib
İlham Əliyev İrakli Kobaxidze ilə görüşdü, birgə bəyanat verildi - VİDEO, FOTOLAR (YENİLƏNİB)
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
İran İsrail və ABŞ hədəflərinə yeni zərbələr endirib
Mehriban Əliyeva Gürcüstan Milli Muzeyində olub - FOTO
“Araz-Naxçıvan”ın prezidenti kim olacaq? - VİDEO
Polkovnik Azər Paşayev cinayət məsuliyyətinə cəlb edilib
İcra başçısının müavini vəzifədən azad olunub
Ukrayna hərbi əsiri Azərbaycana təhvil verib - VİDEO, FOTO
"Azərişıq” ASC fəsadları aradan qaldırmaq üçün gücləndirilmiş iş rejimində çalışır - VİDEO
Türkiyə Ali Məhkəməsinin Baş prokuroru Azərbaycanda yubiley medalı ilə təltif olunub
İran Ordusu: “Müharibə qarşı tərəf peşman olana qədər dayanmayacaq”
İran ABŞ-a məxsus daha bir MQ-9-u vurub
“Veysəloğlu” və “Avrora”nın həmtəsisçisi olduğu voleybol komandası Azərbaycan birinciliyinin qalibi oldu
Məmurlar Bibiheybətdə bağlanan yolda... - VİDEO
Muzeylər Dövlət Xidmətinin tabeliyinə verilir
Tehranda iki bina vurulub: 9 nəfər ölüb – 4-ü uşaqdır
Qida borusunda yemək qalan 64 yaşlı qadın ölüb
Sabah hava necə olacaq? - Proqnoz
Bibiheybət yolunda torpaq sürüşməsi təhlükəsi yaranıb - Nəqliyyatın hərəkət qismən məhdudlaşdırılıb
ABŞ və İRAN ARASINDA İKİ MƏRHƏLƏLİ SÜLH PLANI HAZIRLANIB: atəşkəs, saziş və şərtlər…
Diplomatik xidmətə qəbul üzrə növbəti müsabiqə başlayır
Azərbaycanlı nazir Londonda 4.6 milyon funt sterlinqə mənzil alıb - Jurnalist elə fakt açıqladı ki...
İLHAM ƏLİYEV GÜRCÜSTANDA - FOTOLAR (YENİLƏNİR)
İrandan Azərbaycana narkotik keçirmək istəyiblər
“Yol hərəkəti haqqında” Qanun dəyişir
Sel Siyəzəndə körpünü apardı - FOTO
İsrail ordusu Livana zərbə endirib – 7 nəfər ölüb, yaralılar var
Ayağının altında torpaq sürüşdü, selə qapıldı - Qusarda toya hazırlaşan gənci sel apardı (VİDEO)
Mirça Luçesku komaya düşüb: "Vəziyyəti kritikdir"
Bu rayonlarda qar yağıb - SİYAHI
Yağış davam edəcək - Xəbərdarlıq