Qarsdakl baş konsulun "taxt"ına təhlükə - MTN olayı diplomatı "vurur"

img

13-11-2015 [12:34]


Bakı Telefon Rabitəsi İstehsalat Birliyinin rəhbəri Beytulla Hüseynovun diplomat qaynının işinə xitam verilə bilər. 

Bu barədə verilən məlumata görə, Azərbaycanın Qars şəhərindəki baş konsulu Ayxan Süleymanov həbs edilən BTRİB rəisi ilə qohumluğuna görə vəzifəsini itirə bilər. 

Onun milli təhlükəsizlik naziri olmuş Eldar Mahmudovla da qohumluğu baş konsulun postundakı mövqelərini laxladıb. 

Mənbənin qeydlərinə görə, onun Qarsdakı fəaliyyəti yenidən nəzərdən keçiriləcək(Tia.az). 

Həbsdəki rəisin konsul qaynının başı dərddə

Yada salaq ki, B.Hüseynov barəsində Cinayət Məcəlləsinin 179.3.2 (Mənimsəmə və ya israf etmə, külli miqdarda törədildikdə), 308.2 (Vəzifə səlahiyyətlərindən sui-istifadə, bu Məcəllənin 308.1-ci maddəsi ilə nəzərdə tutulmuş əməllər ağır nəticələrə səbəb olduqda və ya seçkinin (referendumun) nəticələrinə təsir məqsədilə törədildikdə), 313 (Vəzifə saxtakarlığı, yəni vəzifəli şəxs tərəfindən rəsmi sənədlərə və ya informasiya resurslarına bilə-bilə yalan məlumatların daxil edilməsi, habelə göstərilən sənədlərdə və ya informasiya resurslarında onların həqiqi məzmununu təhrif edən düzəlişlərin edilməsi, bu əməllər tamah və ya sair şəxsi niyyətlərlə törədildikdə) maddələri ilə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən cinayət işi açılıb. 


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA