Əli Abbasovun işdən çıxarılmasına reaksiya - YAP-dan açıqlama

img

12-11-2015 [16:36]


"Rabitə və yüksək texnologiyalar naziri Əli Abbasovun vəzifəsindən azad edilməsi Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin konstitusion səlahiyyətlərinə daxil olan məsələdir”.

Bu fikirləri azvisiona-a açıqlamasında hakim Yeni Azərbaycan Partiyası İcra Katibliyinin Siyasi Təhlil və Proqnozlaşdırma şöbəsinin müdiri, deputat Aydın Mirzəzadə deyib.

Onun sözlərinə görə, nazir Əli Abbasovun ölkə başçısı tərəfindən vəzifəsindən azad edilməsi hökumətin işinin daha da təkmilləşməsinə xidmət edir: "Hökumət üzvlərinin təyini və azad edilməsi ölkə başçısının səlahiyyətlərinə daxil olunan məsələdir. Əli Abbasovun nazir vəzifəsindən azad edilməsi növbəti kadr dəyişikliyidir. Hesab edirəm ki, prezident İlham Əliyevin atdığı bütün addımlar ölkənin inkişafına xidmət edir. Yəni, ölkə başçısı tərəfindən qəbul edilən hər bir qərar kadr dəyişikliyindən daha çox cəmiyyət qarşısında dayanan problemlərin həllinə yönəlib. Təcrübə göstərir ki, prezident İlham Əliyevin bu istiqamətdə gördüyü işlər daim öz müsbət nəticəsini verir”.

A. Mirzəzadə vurğulayıb ki, prezident İlham Əliyevin hər bir qərarı xalqın milli maraqlarına cavab verir.

Qeyd edək ki, Əli Abbasov bu gün prezident İlham Əliyevin sərəncamı ilə rabitə və yüksək texnologiyalar naziri vəzifəsindən azad edilib.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA